Çr03202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

İmam Hüseynin (ə) ərbəini

Tarixi mənbələrdə belə nəql olunur ki, Əhli-beyt (ə) Şam şəhərindən qayıdan zaman İraq və Mədinəyə gedən iki yol ayrıcına çatdılar. Karvanın başçısından onları Kərbəlaya aparmasını istədilər. O da, karvanı Kərbəlaya tərəf yönəltdi. Kərbalaya çatanda gördülər ki, Cabir ibn Əbdullah Ənsari Bəni-haşim və Peyğəmbər (s) sülaləsindən ibarət bir neçə nəfərlə imam Hüseynin (ə) ziyarətinə gəlir. Onlar da birlikdə Kərbəlaya daxil olub bərk ağlayıb nalə etdilər. Üzlərinə silli vurdular.
Onlardan soyuq və ürəkyandıran nalələr ucaldı. Zeynəb (ə.s) qadınların arasında gəlib ürəkparçalayan hüzünlü səslə dedi: (Va əxa!Va Hüseyna! Va əhbəbi Rəsullullah! Vəbnə Məkkə və Mina)
-“Vay qardaş, vay Hüseyn, vay Rəsullahın sevimlisi, Məkkə və Minanın oğlu.” Sonra huşunu itiridi.
O zaman Ümmü Gülsüm üzünə sillə vurub uca səslə deyirdi: “Bu gün Məhəmməd Mustəfa, Əli Murtəza, Fatimeyi-Zəhra dünyadan gedib.” O zaman digər qadınlar da üzlərinə sillə vurub ağladı, şivən etdi. Bunu görən Səkinə, belə fəryad etdi: (Va Muhəmməda, va Cədda) “Vay Məhəmməd, vay baba! Sənin Əhli-beytinə edilən zülmlərə dözmək sənin üçün nə çətindir?! Onları qılıncdan keçirib ərəblərə göstərdilər.”
Ətiyyə Ofi deyir: Cabir ibn Əbdullahla mən, İmam Hüseynin (ə) məzarını ziyarət etməyə getdik. Kərbəlaya çatanda, Cabir, Fəratın çayına yaxın gedib qüsl etdi. Ehram bağlamış şəxs kimi özünə bürüncək bağladı. Boxçasını açdı və onda olan xoş iyli ətirlə özünü ətirlədi. Addığı hər bir addımda Allaha zikr deyirdi. Nəhayət müqəddəs məzara çatdı və mənə dedi: “Əlimi məzarın üstünə qoy! Onun dediyini yerinə yetirən kimi məzarın üstündə huşunu itirdi. Cabirin üzünə su səpdim. O, huşa gəlib üç dəfə “ya Hüseyn!” dedi. “Həbibi la yəcibu Həbibih!” Sonra əlavə etdi: “Nə deyəcəksən ki, (daha nə olmalıdı) Hüseyn öz qanına qəltan olub, başı bədənindən ayrılıb!” Yenə dedi: “Mən şəhadət verirəm ki, sən Peyğəmbərlərin ən yaxsının övladı, böyük möminlərin övladısan. Sən, hidayət və təqva sülaləsinin övladı, Əshabi-kəsanın beşincisisən. Sən Seyyidun-Nüqəba və xanımlar Seyidəsi Fatimənin (ə.s) övladısan. Niyə də belə olmasın, Seyyidül-Mürsəlin (s) sənə yemək verib, pərhizkarların qucağında bəslənmisən imanın döşündən süd yemisən, pak yaşayıb, pak da düynadan getmisən. Möminlərin ürəiyini ayrılığınla qəmləndirmisən. Allahın salamı və rizvanı sənə olsun. Qardaşın Yəhya ibn Zəkəriyya kimi şəhid olan yolu getdin” O zaman gözlərini məzarın ətrafına dolandırıb dedi: “Salam olsun sizə, ey Hüseynin kənarında uyuyan ruhlar! Şəhadət verirəm ki, namazı bərpa edib zəkatı vermisiniz əmr bil-məruf edib, münkərdən nəhy etmisiniz. İmansız və kafirlərlə mübarizə edib cihad etmisiniz. Ölənədək Allaha ibadət etmisiniz.” Sonra əlavə etdi: “Peyğəmbəri haqq olaraq məbus edən Allaha and olsun ki, siz şəhidlərin tutduğunuz yolda mən də şərikəm.”
Ətiyə deyir:- Cabirə dedim: “Biz ki, bir iş görməmişik, onlar şəhid olublar!” Dedi: Ey Ətiyyə! Sevimlim Rəsulullahdan (sələllahu ələyi və alini və səlləm) eşitmişəm ki, buyurub: “Hər kəs bir dəstəni sevsə, onlarla məşhur olacaq. Hər kəs hər hansı camaatı sevsə onların yerinə yetirdiyi əməldə onlarla şərik olacaq.”
Oxucuların nəzərinə çatdırırıq ki, mətndə olan hər bir  hadisə, mənbəyə əsaslanır. Mənbələrin adlarını əldə etmək üçün poçtumuza e`mail gördərməniz kifayətdir.
Administrator
www.sibtayn.com/az
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə