Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Belə şadlıqlardan Sənə pənah aparıram...

Öyüd-Nəsihət-Rəvayət

Belə şadlıqlardan Sənə pənah aparıram...

 Mömin insanın dünya sevinci onun ibadətinə yardımçı olmalıdır.
İnsanın mənəvi təkamülünə yardımçı olan bütün şadlıqlar İslam dinində bəyənilir. Elə ruhani insanlar vardır ki, yalnız Allaha ibadət edərkən sevinirlər. Belə insanları şad etmək üçün onlara ibadət şəraiti yaratmaq lazımdır. İmam Səccad (ə) minacatlarının birində belə ərz edir: «Allahım səninlə ünsiyyətdən kənarda duyduğum ləzzətlərə görə tövbə edirəm. Səninlə görüşdən kənardakı sevinclər mənə günahdır. Belə şadlıqlardan Sənə pənah aparıram». Bəli, belə insanları sevindirmək üçün onların qarşısındakı maneələri aradan qaldırmaq lazımdır. Belə insanları sevindirməyin çox böyük savabı vardır. Çünki belələri yalnız Allahla ünsiyyətdən ləzzət alırlar.
Belə də ola bilər ki, insan şadlanmaqla günahdan uzaqlaşa. Məsələn, ailədə şadlıq varsa, bu şadlıq ərlə arvad arasında mehribanlıq yaradır və onların kənarda günaha düşməsinin qarşısını alır.
Mömin insanın dünya sevinci onun ibadətinə yardımçı olmalıdır. İslam dinində yorğunluğun qarşısını almaq üçün səfərdə olan insanlarla zarafat etmək icazəsi verilir. Amma bu zarafat ifrata varmamalı, ətrafdakılar üçün narahatlıq yaratmamalıdır.
Demək, imam Sadiqin (ə) buyurduğu hədisdə mömini sevindirmək nəzərdə tutulur. Mömini isə günahla sevindirmək olmaz. İnsanlar müxtəlif iman mərtəbələrindən olduğundan onları eyni bir işlə sevindirmək çətindir. Yetkinlik yaşına təzə çatmış mömini psixoloji sarsıntıdan çıxarmaq yaxşı iş hesab olunur. Aydın məsələdir ki, imam Hüseyn (ə) üçün qurulmuş əzadarlıq mərasimində ağlamaq faydalı olduğu üçün əzadarı hüzndən ayırmaq olmaz. Gecə yarı Allahla raz-niyaz edərkən ağlayan insana mane olmaq lüzumsuzdur. Çünki bu iki halda qəm-qüssə mənəvi yüksəlişə yardımçıdır.
Mümkündür ki, bəziləri öz nəfs istəklərini doyurmaq üçün bu hədisdən sui-istifadə etsinlər. Onlar deyib-gülür, zarafatlaşır və bəhanə gətirirlər ki, mömini sevindirmək savabdır. Hansı ki, mömini sevindirmək o zaman savabdır ki, bu iş onun imanını artırsın.
Bu dünyada insanlar üçün çeşidli çətinliklər vardır: xəstəlik, kasıblıq, itki, zəlzələ, sel, tufan və s. Bu çətinlikləri yaşayıb bədbin olmuş insanları sevindirib normal həyata qaytarmaq, onları ibadətə həvəsləndirmək böyük savabdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə