Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Haqqın eşqi (Şeir)

Haqqın eşqi- kainatın rəhməti,
Fəxr edir şə`ninlə islam ümməti,
Sənlədir insanlığın hər qiyməti,

Kaş sənə layiq, müsəlman olum,
Ya Məhəmməd adına qurban olum!

Nurlu simanda təbəssüm zinətin,
Həm vüqarlı dağ kimisən, həm mətin,


Səndən ayrı qalmayacaq ümmətin,

Kaş sənə layiq, müsəlman olum,
Ya Məhəmməd, adına qurban olum!

Sən qırıb-atdın dəyərsiz bütləri,
Eşqə çevirdin ürəkdə kinləri,
Sən səfalandırmısan möminləri,

Kaş sənə layiq, müsəlman olum,
Ya Məhəmməd, adına qurban olum!

Hər sözün dürlü məhəbbət mə`dəni,
Ya həbibim,Tanrı sevmişdir səni,
Kim səni sevmiş, atıb hər qüssəni,

Kaş sənə layiq, müsəlman olum,
Ya Məhəmməd, adına qurban olum!

Administrator
Vasif  R. 19-20 yanvar, 2011.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə