Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Ya İmamzaman!

Yetmiş il sürən qeybəti-süğra dövründə bir çox hadisələr baş vermişdir. Həmin dövrdə dörd nəfər canişin vasitəsilə həzrət Mehdidən (əc.) ardıcıllarına, onlardan da həzrətə çoxlu sayda məktublar və xəbərlər göndərilirdi. Bu dövrdə həzrət Mehdinin (əc.) olduğu yer “Müqəddəs nahiyə” adlanırdı. Həmin illərdə İmamın nəzarətdə olması o həddə çatmışdı ki, artıq “Müqəddəs nahiyə”nin harada yerləşməsi və o həzrətlə əlaqə saxlamağın keyfiyyəti möminlərin çoxuna məlum deyildi.
Bu mövzunun aydınlaşması üçün diqqətinizi imamla rabitənin keyfiyyətini bir miqdar aydınlaşdıran və həzrətin (əc.) həmin dövrdə tərəfdarlarına olan xüsusi diqqətini bəyan edən müqəddəs nahiyə hadisələrindən bir neçə-sinə cəlb edirəm.
“Əgər bu ev sizindirsə..."
İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra Mötə`mid Abbasinin Sima adlı zalım əlaltılarından biri, o həzrətin evinin axtarışı sərəncamını aldı. Qeys oğlu Əli belə deyir:
“İraq döyüşçülərindən biri mənə dedi: “Mən İmam Həsən Əsgərinin (ə) qapısını sındırıb, evə daxil olanda Simanı görürdüm. Elə həmin vaxt evdən əlində səbət tutmuş bir şəxs bayıra çıxdı. O, Simanın qarşısında duraraq, ona dedi:
“Mənim evimdə nə edirsən?”
Sima dili dolaşadolaşa dedi:

“Cəfər Kəzzab sizin atanızın vəfat etməsini və onun övladı olmamasını söyləyir. Əgər bu ev sizindirsə, mən qayıdım".
Sima həzrət Mehdinin (əc.) heybəti qarşısında vahi-mələnmiş halda evdən uzaqlaşdı.
Əli Qeys oğlu deyir: “Yaxınlaşıb, evin xidmətçilərinin birindən soruşdum:
–Əlində səbət olan bu uşaq kim idi?
–Onun haqqında sizə kim məlumat vermişdir?
–Mənə İraq döyüşçülərindən biri deyib.
–Doğrudan da, xalqdan bir şey gizlətmək olmur".
Dəccal və Süfyani
Həzrət Mehdinin (əc.) zühur nişanələrindən biri də, Dəccal və Süfyaninin meydana çıxmasıdır. Bu iki nəfər həzrətin qoşunu tərəfindən qətlə yetiriləcəklər.
Bəzi rəvayətlərdə bildirildiyi kimi, bir qrup azğın şəxs, həzrət Mehdinin (əc.) qiyamı zamanı onun əleyhinə qalxacaq. Onlardan Dəccal və Süfyani adlı iki nəfər Şam və Fələstin məmləkəti tərəfdən zahir olacaq. Bu iki nəfər İmam əleyhinə üsyan edəcək tağutlardır.
Dəccal öz hiylələri ilə xalqın bir hissəsini ətrafına toplayıb, İslamın əleyhinə qiyam edəcək. Həzrət Əli (ə) bir xütbəsində buyurur:
“Mehdi (əc.) öz qoşunu ilə Məkkədən Beytül-müqəd-dəsə gələcək. Dəccal və onun qoşunları ilə müharibə aparacaq və onları məhv edəcək".
Bəzi rəvayətlərə görə Dəccal yaxalanıb, “Künaseyi-Kufə” məhəlləsində dar ağacından asılacaq. Onun tərəfdarlarının əksəriyyəti Ərazil, Övbaş və başqa soylardan və zinazadələrdir.
İsa peyğəmbər (ə) həzrət Mehdinin (əc.) köməyinə gələrək Dəccalın qətlində iştirak edəcək və insanları onun fitnəsindən xilas edəcək.
Süfyani özünü müqəddəs göstərərək meydana çıxan başqa bir tağutdur. O, Ətəbət ibn Əbu Süfyanın nəslin-dəndir. Sifətinin rəngi sarıya çalan qırmızı rəngdədir. Onun cinayətləri daha artıq olacaq.
Nəhayət, həzrət Mehdi (əc.) öz qoşunları ilə Kufədən Süfyaninin özünə mövqe seçdiyi “Beytül-müqəddəs” kənarına tərəf hərəkət edəcək. Müzakirə və danışıq-lardan sonra həzrət Mehdi (əc.) ilə Süfyaninin qoşunları arasında müharibə baş verəcək. İmam Mehdinin (əc.) qoşunları qələbə çaldıqdan sonra yer üzü Süfyaninin və onun tərəfdarlarının natəmiz vücudunun şərindən təmizlənəcək.
Bəzi rəvayətlərə görə, Süfyani İmam Mehdinin (əc.) qoşunu tərəfindən yaxalanacaq, həzrətin fərmanı ilə boynu vurulacaq.
Bunu da qeyd etmək lazımdır ki, müxalifət edənlərdən biri də “Bətriyyə” qoşunu olacaq. On bir nəfərdən ibarət olan bu qoşun, Kufə yolu üstündə həzrət Mehdinin (əc.) qoşunu ilə döyüşəcək və nəhayət həlak olacaq.
Həsən ibn Nəzrin İmam Zamanla (əc.) görüşü
Həsən ibn Nəzr, Əbu Sedam və digər bir neçə nəfər İmam Həsən Əsgərinin (ə) vəfatından sonra o həzrətin vəkilləri və onların əlindəki əmlakın necə sərf olunması barədə söhbət edirdilər. Həsən ibn Nəzr həcc səfəri qəsdində ikən, öz vəsiyyətini Əhməd ibn Əliyə açıqladı. Həmçinin, bir miqdar pulun müqəddəs nahiyəyə göndərilməsini və habelə Əhmədə o pulu İmam Zamanı (əc.) dəqiq tanımadan o həzrətdən başqa heç bir şəxsə verməməsini vəsiyyət etdi.
Həsən ibn Nəzr Məkkə və Bağdada yola düşdü. O, Məkkə şəhərində bir ev icarə edib, qısa müddətə orada məskunlaşdı. İmam Həsən Əsgərinin (ə) vəkillərindən biri də onun yanına gəlib, bir miqdar pul və paltarı müqəddəs nahiyəyə çatdırmaq üçün onun ixtiyarında qoydu.
Bundan sonra başqa bir vəkil də gəlib, bir miqdar pulu Həsən ibn Nəzrin ixtiyarında qoydu. Sonra isə Əhməd ibn İshaq öz yanında olan əmlakı gətirərək Həsən ibn Nəzrin evinə gəldi. Həsən ibn Nəzr deyir:
“Otaqda çoxlu mal toplanmışdı. Mən onları neynəyə-cəyim barədə fikirləşirdim. Zehnim bu fikirlərlə məşğul ikən birdən bir nəfər İmam Zamanın (əc.) tərəfindən bir məktub gətirdi:
“Filan saatda yanındakı pul və malları gətir".
Mən hər nə var idisə, hamısını götürüb Samirra şəhərinə yola düşdüm. Yolda bir dəstə quldura rast gəlsəm də, Allah məni onların şərindən xilas etdi və şəhərə çatdım. Orada mənə daha bir məktub yetişdi. İmam, hər nə gətirmişdimsə evə gətirməyimi istəyirdi. Mən də olanları bir səbətə qoyub, İmamın evinə getdim. Evin dəhlizində qaradərili bir qul dayanmışdı. O, mənə dedi:
–Həsən ibn Nəzr sənsən?
–Bəli-deyə cavab verdim.
–İçəri gəl.
Evə daxil olub, səbəti bir küncə boşaltdım. Birdən gördüm ki, qarşıdan asılmış pərdənin arxasından kimsə:
“Ey Həsən ibn Nəzr! Allahın sənin boynuna qoyduğu minnətə görə şükür et, özündə şəkk və tərəddüdə yol vermə, çünki, şeytan sənin şəkk etməyini istəyir”- deyə buyurdu.
Bu vaxt o həzrət mənə iki dəst paltar verib buyurdu:
“Bunları al, ehtiyacın olacaq".
Həsən ibn Nəzr onları götürüb, öz vətəninə qayıtdı və həmin ilin ramazan ayında vəfat etdi. Onu həmin iki dəst paltarla kəfənləyib, dəfn etdilər.
“Biz səni atanın yerinə təyin etdik...!”
Məhəmməd ibn Məhziyar deyir:
“İmam Həsən Əsgərinin (ə) vəfatından sonra o həzrətin canişini barədə şəkk-şübhəyə düşdüm. Atamın yanında çoxlu “imam malı” var idi. O, malları götürüb, Samirra şəhərində İmama çatdırmaq üçün limana yola düşdü. Mən də atamı yola salmaq üçün onunla gedirdim. Gəmidə onu qızdırma tutdu və buna görə mənə dedi:
–Oğul, məni geri qaytar, bu xəstəlik ölüm əlamətidir. Bu mallara görə Allahdan qorx, onu vərəsə və başqalarının qarətindən qoru. Onları mütləq sahibinə çatdır.
O, mənə vəsiyyət edəndən üç gün sonra vəfat etdi. Mən öz-özümə dedim ki, atam yersiz vəsiyyət etməz. Bu malları Bağdada aparacaq, orada bir ev icarə edərək haqq imam mənə sabitələşənədək malları qoruyacaq və sahibinə çatdıracağam.
Mən Bağdada gedib malları icarə etdiyim evin həyə-tindəki çayın sahilindən bir az kənarda yerləşdirdim. Bir neçə gündən sonra İmam Zamanın (əc.) tərəfindən mənə bir məktub gəldi. Məktubda malların bütün əlamətləri, hətta mənə məlum olmayan bir qismi də qeyd olun-muşdu. Mən əmin olub, malların hamısını məktubu gətirən şəxsə təhvil verdim. Bir neçə gündən sonra yenə də bir məktub gəldi. Məktubda yazılmışdı:
“Biz səni öz atanın yerinə təyin etdik, buna görə Allaha şükür et".

Administrator
Yazının tərtibində tərcümə  olumuş kitabların elektron versiyasıdan istifadə olunub.



Nəzərinizs  

0 #1 sagolunorxan 2013-03-02 18:41
sag olun men ele bu haqda maraqlanirdim yaxsiki bunu tapdim allah sizden razi olsun?

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə