Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü İki namazın ardıcıl qılınması

İki namazın ardıcıl qılınması

Qurani-kərimdə namazın vaxtlarına işarə edən bir neçə ayə vardır. Həmin ayələr namazların qılınma vaxtını təyin edərək, onu üç yerə bölür. Burada o ayələrin müxtəsər təfsirin verməklə qeyd edirik. Allah-taala buyurub:
“Gün batandan qaranlıq düşənədək namazını qıl. Və habelə səhər namazını və səhər namazında hamı hazır olsun.”
AYӘNİN TӘFSİRİ
Allah-taala ilk növbədə, bu ayə ilə Peyğəmbərə (s) namaz qılmağı əmr edir. Həmin namaz – zöhr, əsr, məğrib və işa və sübh namazı olan gündəlik namazlardır. Sonra Allah-taala bu namazların qılınma vaxtını zöhr (günəşin zenit nöqtəsi), axşam (gecə), səhər kimi üç vaxtda təyin edərək Peyğəmbərinə bəyan edib buyurur:

(Li dulukiş şəms)
Bu zöhr vaxtıdır. Günəşin zenit nöqtəsinə addadığı vaxt. Məğribə qədər davam edən bu müddət zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq, zöhr əsrdən əvvəl gəlir.
(ila ğəsəqil-ləyli)– ifadəsi isə “gecə qaranlıq düşənədək” mənasını verir ki, bu da məğrib və işa namazlarının vaxtının qurtarmasına işarə edir.
(Ğəsəq) kəlməsi zülmətin cəm olması və gecə yarısını bildirir. Yəni ayədən çıxan mənaya görə, məğrib və işa namazlarının vaxtı gecə yarısında qurtarır. Həmin zaman çərçivəsi bu namazlar üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq, məğrib namazı işa namazından əvvəl qılınır.
İmam Razi bu ayənin təfsirini belə açıqlayır:   Ğəsəq) kəlməsi qaranlığın düşməsi kimi təfsir edilsə bu, məğrib namazının vaxtına işarə edəcəkdir. Günəşin zenit nöqtəsinə addaması da zöhr və əsr namazlarının vaxtına dəlalət edir və bu vaxt çərçivəsi həmin namazlar üçün müştərək vaxt hesab edilir.
Məğribin başlanması məğrib və işa namazlarının vaxtı olub onların arasında müştərək vaxt kimi hesab edilir. Bu da zöhr və əsr, məğrib və işa namazlarının ardıcıl qılınmasının düzgün olduğunu deyir.
(“Və quranəl-fəcri”) isə sübh namazının vaxtıdır.
(“innə quranəl-fəcri kanə məşhudən”) Yəni: “Gecə və gündüz məlaikəsi sübh namazının vaxtına şəhadət verir.”
Allah-taala digər ayədə buyurur:
“Günün başlanğıcında, sonunda, və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar pislikləri aradan qaldırır. Bu, öyüd alanlara bir öyüddür.”
AYӘNİN TӘFSİRİ
Fəqihlər və təfsir alimləri bildirmişlər ki, bu ayədə qeyd edilən namaz gündəlik qılınan beş vacib namazı nəzərdə tutur.
Ayədən göründüyü kimi, burada namazın yalnız üç vaxtı bildirilir. Yəni,
(tərəfeyin-nəhar)
– günün başlanğıcı və sonu – deməklə iki vaxt göstərilir. Naharın birinci tərəfi – günün başlanğıcı sübh namazının vaxtı, naharın ikinci tərəfi – günün sonu isə zöhr və əsr namazlarının vaxtıdır və bu vaxt da günəşin zenit nöqtəsini addaması ilə başlayıb günün sonunadək, günəşin qürubunadək davam edir. Həmin zaman çərçivəsi zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir.
(və zuləfən minəl-ləyli)
(gecə vaxtı); bu da üçüncü vaxtdır ki, məğrib və işa namazları üçün müştərək vaxt kimi təyin edilmişdir. Həmin vaxt ölçüsü günəşin qürub etməsindən (məğrib) ta gecə yarısınadək davam edir. Әlbəttə ki, burada da məğrib namazı işa namazından əvvəl qılınır.
Daha bir Quran ayəsinə nəzər salaq:
“Hər nə deyirlər, səbr et və Rəbbinə günəş doğmadan və günəş batmadan öncə sitayiş et. Və eləcə də gecənin bir bölümündə və hər səcdədən sonra Ona sitayiş et.”
Ardı var
Yazının tərtibində, “haqqyolu.orq” kitabxandan istifadə olunub

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə