Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Nadanlıq, cahillik...

Nadanlıq, cahillik...

CAHILLIK VƏ NADANLIQ
Təəccüblüdür ki, Allah-Təala ən böyük mövhumat və xurafi əqidələrdən biri olan bütpərəstliyin köklərinin cəhl və nadanlıq olduğunu bildirərək, bizi ibrət almağa dəvət edir. Bəni-İsrail Fironun caynağından xilas olub dəryadan salamatlıqla keçdikdən sonra yol əsnasında bütpərəst olan bir cəmiyyətlə rastlaşdı. Bu səhnəni gördükdə, həzrət Musadan (ə), ibadət etmələri üçün bir büt tanıtmağı istədilər.
Həzrət Musa (ə) onların cavabında dedi: «Siz, cahil və nadan bir cəmiyyətsininiz!»
Yaxşı deyiblər::
Cəhldən ruhunu kim etsə kənar,
Nəğməsi, nübüvvət nəğməsi olar
.
Nadanlıq və cəhalət, xurafatın yayılıb genışlənməsində ən əsas və mühüm səbəblərdəndir. Onun keçmişdə və hal-hazırkı əsl kökünü bunda axtarmaq lazımdır. Əsl problem də budur ki, nadanlıq və cəhalətin dərmanı asan olmayıb, bəzən peyğəmbərləri aciz və çarəsiz etmişdir. Ondan böyük müşkül və xəstəlik varmı?!
CAHİLLİK - SAĞALMAZ XƏSTƏLİK
Rəvayətdə deyilib ki, həzrət İsanı (ə) qaçan halda görürlər və soruşurlar:
– «Nədən qaçırsınız?
– Buyurur:
– «Cahildən!
– «Siz ki, öz ilahi nəfəsinizlə ölünü dirildib ona yenidən həyat bağışlayırsınız, amma cəhl və nadanlığına çarə edə bilmirsiniz?!
– «Yox! Ona çarə edə bilmirəm. Ondan xilas olmaq üçün qaçıram.
«Axmaq və nadana çarə tapmaq üçün çalışdım, amma onun dədrinə dərman tapa bilmədim.»
Mövləvi, gözün korluğunu cəhalətlə müqayisələndirərək, bu dastana işarə edir:
Allahın qəhridir axmaqlıq dərdi,
Amma korluq isə təkcə bəladır.
Bəlanın zəhməti rəhmə səbəbdir,
Axmaqlıq əzabı yara, yaradır!
Çox qanlar tökübdür axmağın sözü,
Qaç ondan, çün qaçıb İsanın özü.
Yavaş-yavaş hava suyu sovurar,
Axmaq da onun tək dini oğurlar.
Sənə «soyuq» verər, «isti»ni çalar,
Daşı mütəkkənin yerinə qoyar.
İsa qorxusundan qaçmadı ondan,
Qaçdı ki, sən ondan ibrət alasa
n.

Nəzərinizs  

+1 #1 irəli: Nadanlıq, cahillik...Guest 2015-11-03 13:06
seiri beyendim.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə