Mömini bəzəyən 8 xüsusiyyət

Elə ol ki, xəlq sənddən təhlükə gözləməsin!
İmam Sadiq (ə) buyurur: Çox gözəl olar ki, mömin bu səkkiz xüsusiyyətə malik olsun:

1. Pərişanlıq zamanı soyuqqanlı, dəyişməz və mətanətli olsun.

2. Müsibətlər zamanı səbirli və dözümlü olsun.

3. Nemət zamanı şükürlü olsun.

4. Allahın verdiyi ruziyə qane olsun.

5. Düşmənlərə zülm etməsin.

6. Dostlarının boynuna ağır vəzifələr qoymasın.

7. Bədəni onun əlindən əziyyətdə olmasın.

8. Camaat onun tərəfindən amanda olsun.