Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar İMAN DƏRƏCƏSİNDƏ SƏADƏT

Ədəbi yazılar

İMAN DƏRƏCƏSİNDƏ SƏADƏT

 Əgər insan öz məlumatsızlığında günahkar deyilsə də bildiyi qədər vəzifəlidir.
İslamda da müxtəlif firqələr vardır. Təəssüf ki, doğru yolu tapmaq istəyən insanlar bəzən buna müvəffəq olmur. Xüsusi ilə məsum imamların dövründə zalım hökumətlərin yaratdığı çətinliklər səbəbindən həqiqi İslamı tanımaq çətin olmuşdur. Əgər insan öz məlumatsızlığında günahkar deyilsə də bildiyi qədər vəzifəlidir. İnsanların məhrum edildikləri həqiqətlərdə onlar üçün nəzərdə tutulmuş kamilliklər vardır. Başqalarının təqsiri ucbatından əsl həqiqəti tapa bilməmiş insanlar çatdıqları məqama uyğun mükafatlandırılacaqlar: «Biz yaxşı iş görənlərin mükafatını zay etmərik». («Kəhf» surəsi, ayə 30.)
Amma həqiqi yolu tanıdıqdan sonra bu yolda tər tökənlər üçün bildiklərinə əməl etdiklərinə görə də mərtəbələr vardır. Əhli-beyt yolunu gedən insanlar arasında da fərqlər mövcuddur. Bəziləri bu yolun incəliklərindən xəbərsiz də qala bilər. Yolu kamil tanıyanlar üçün nəticələr də yüksəkdir.
İslam dinində Əhli-beyt yolunu tutanların həqiqəti tanımaqda heç bir problemi yoxdur. Qalır əməl etmək! Bütün bəşəriyyət bu doğru yolu tutarsa Allah hər bir insanı öz nemətlərində qərq etmək qüdrətindədir: «Bir şeyi istədiyi zaman Allah yalnız «ol» buyurar». («Yasin» surəsi, ayə 82.) Dünyaya aid olan məhdudiyyətlər axirətə aid deyildir.
Məqsədi düzlükdə bilib ona çatmaq üçün bütün gücünü səfərbər edənlər Əhli-beyt yolunu düzgün tanımış müsəlmanlardır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə