Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət GÜNAHIN MƏNASI VƏ ONUN NÖVLƏRİ

Öyüd-Nəsihət-Rəvayət

GÜNAHIN MƏNASI VƏ ONUN NÖVLƏRİ


«Xətiiə» - Adətən, insanın ixtiyarsız halda mürtəkib olduğu günahlara deyilir. Lakin bəzi vaxtlar, o cümlədən «Bəqərə» surəsinin 81-ci və “Əlhaqqə» surəsinin 137-ci ayəsində olduğu kimi, bu kəlmə böyük günahlar mənasında işlənmişdir. Əslində isə “xətiiə” sözü günah nəticəsində insanın ruhunda yaranan elə vəziyyətdir ki, bu vəziyyət onu nicat yolundan saxlayır, hidayət nurunu onun qəlbindən silir. Bu kəlməyə də Quranda 22 dəfə rast gəlirik.

«Fisq» - Əslində xurma dənəsinin qabıqdan çıxmasına deyilir. Bu kəlmənin günah mənasında işlənməsi insanın günah edərkən Allaha bəndəçilik və itaətdən xaric olmasına işarədir. Günahkar insan öz əməli ilə Allahın əmrini pozur və Onun hörmətinə xələl gətirir. Bu kəlmə ilə Quranda 53 dəfə günaha işarə olunmuşdur.

«Fəsad»- İnsanın həyatda normal vəziyyətdən çıxmasına deyilir ki, insanın fitri istedadlarının hədərə getməsi və məhv olması ilə nəticələnir. Fəsad sözü Quranda 50 dəfə gəlmişdir.

«Fücur»- İnsanın abır, həya və mənəviyyat pərdələrinin parçalanmasına deyilir ki, bunun da nəticəsi rüsvayçılıqdan başqa bir şey deyildir. Bu söz Quranda 6 dəfə təkrar olunub.

«Münkər» - İnkar sözündən olub uyğunlaşmayan mənasını verir. İnsanda olan sağlam ağıl və fitrətin pis işlərlə uyğun gəlməməsinə görə günaha münkər deyilir. Adətən, bu söz «nəhy əz münkər» (başqalarını pis işlərdən çəkindirmək) ünvanında işlənir. Quranda bu kəlmə ilə 16 dəfə rastlaşmaq olar.

«Fahişə» - Pisliyində heç kəs şübhə etməyən nalayiq sözlərə və pis əmələrə deyilir. Bəzi vaxtlarda isə həddindən artıq pis və nifrət yaradan əməllər haqqında da işlənir. Bu söz Quranda 24 dəfə təkrar olunub.

«Şərr»- Adətən, insanların nifrət etdiyi və xoşlamadığı işlərə şərr deyilir. Bunun əksi müqabilində xeyir sözüdür ki, bu da camaatın əksəriyyətinin bəyənib əməl etdiyi işlərə deyilir. Həmçinin, insanların daxili hissləri və fitri duyğuları ilə zidd olan günaha şərr deyilir. Bu kəlmə çox vaxt insanın başına gələn bəlalar haqqında da işlənir. Lakin bəzi yerlərdə günaha şərr deyilir. O cümlədən Qurani-kərimin «Zilzal» surəsinin 8-ci ayəsində «şərrən» ifadəsi günah məqsədini bildirmək üçün işlədilmişdir.

«Ləməm» - Günaha yaxınlaşmaq mənasınadır. Eləcə də «az» mənasını da daşıyır. Bu səbəbdən də kiçik günahlara «ləməm» deyilir. Bu kəlmə Quranda təkcə bir yerdə («Nəcm» surəsinin 32-ci ayəsində) gəlmişdir.

«Vizr»- Ağırlıq mənasınadır. Vəzir hökumətin ağır işlərini öhdəsinə götürən şəxsə deyilir. Günahkar insan öz günahları ilə, ağır bir yükü öz üzərinə götürür. (Məlumdur ki, bəzi insanlar bunu öz təcrübələrində müşahidə ediblər.) Lakin o, bu həqiqətdən qafildir! «Vizr» sözü Quranda 26 dəfə gəlmişdir. Quranın bəzi ayələrində yenə də ağırlıq mənasını verən «siql» sözü də günah mənasında işlənib. “Ənkəbut» surəsinin 13-cü ayəsi bu nümunədən biridir.

«Hins» - Əslində batil və qəbahətli sayılan işlərə meyilli olmaq mənasını verir. Lakin söz verdikdən sonra əməl etməməyə də “hins” deyilir. İnsanın dinə, öz sözünə əməl etməməsi, əhdinə vəfasız çıxması böyük günahlardan sayılır. Bu kəlmə Quranda iki dəfə gəlmişdir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə