Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Müsəlmanla mömin arasında nə kimi fərq var?

Öyüd-Nəsihət-Rəvayət

Müsəlmanla mömin arasında nə kimi fərq var?

Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur
Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)” deyə cavab verdi. (“Bəqərə”, 131) Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır.

“Hucurat” surəsinin 14-cü ayəsində oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir.
İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün varlığını Allahın ixtiyarında görən övliyalardır.

İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə