Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar İmam Əlinin (ə) müsəlmanlara vəsiyyəti

Ədəbi yazılar

İmam Əlinin (ə) müsəlmanlara vəsiyyəti

   Mən dünən sizinin rəhbəriniz idim, bu gün isə sizlər üçün ibrət və öyüdəm
İmam Əli (ə) ömrünün son günlərində müsəlmanlara vəsiyyət edərək buyurur:
Ey camaat! Mən (sizlərə) vəsiyyət edib tapşırıram ki, Allaha heç nəyi şərik qoşmayın. Məhəmmədin (s) sünnəsini (hökmlərini) zay etməyin. Bu iki sütunu (Allahın birliyi və həzrəti Peyğəmbərin şəriətini) qoruyub saxlayın və (nadanlıq və azğınlıq zülmətində sərgərdan qalmayasınız deyə) bu iki çırağı yandırın.   Bir-birinizdən bu iki şeydən uzaq və pərən-pərən düşməyənə qədər qınaq və məzəmmət olunmazsınız. (Allahın və Peyğəmbərin (s) göstərişinə tabe olmağı çətin sanmayın, çünki) Allah-təala sizlərdən hər birinə taqəti və qüdrəti qədər vəzifə tapşırmış, nadanlara güzəşt etmişdir. Sizin Allahınız mehriban bir Allah, dininiz möhkəm bir din və rəhbəriniz (həzrət Peyğəmbər (s) və yol göstərən imamlar (ə) bütün ilahi hökmlərdə) bilikli bir rəhbərdir.
Mən dünən sizinin rəhbəriniz idim, bu gün isə sizlər üçün ibrət və öyüdəm. Sabah isə sizdən ayrılacağam. Allah mənə və sizlərə rəhmət etsin.
Bu büdrəyən yerdə ayaq qoyduğum yer möhkəm olsa, (bu dünyada sağ qalsam,) deməli, (Allahın qəza- qədərinə razı olduğuma və Onun istədiyindən başqa şeyi istəmədiyimə görə) bu sizin muradınızdır, sizə yaxşıdır. Əgər ayağım büdrəsə (ölüm məni haqlasa), deməli, biz ağac budaqlarının kölgəsində, küləklərin əsdiyi yerdə və yerlə göy arasında toplanıb, məhv olan və nişanələrini yerdəki küləklərin yox etdiyi buludların sayəsində olmuşuq. Mən sizin qonşunuz idim və bir müddət bədənim də sizə yoldaş idi. Tezliklə hərəkətdən sonra sakitləşmiş, danışdıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim və əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən, hər qəbul edilmiş sözdən daha nəsihətlidir. Mənim sizlərlə vidalaşmağım, ayrılmağım dostları görüşünə gələn bir kişinin ayrılığına və vidalaşmağına bənzər. (Qiyamət günündə Allahın ədalət dərgahında sizinlə görüşəcəyəm.) Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız. (Mən dünyadan köçdükdən, Bəni-Üməyyə və başqaları hakimiyyətə gəldikdən sonra mənim qədrimi biləcəksiniz.) Mənim fikirlərim sizə çatacaq. Mənim yerim boşaldıqdan və orada başqa birisi dayandıqdan sonra məni tanıyacaqsınız.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə