Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar İlahi məhəbbət əldə etməyin ən sadə yolu

Ədəbi yazılar

İlahi məhəbbət əldə etməyin ən sadə yolu

   Əgər göz açılarsa, qəlb agah olub ilahi məhəbbəti dərk edərsə...
İlahi məhəbbət əldə etməyin ən sadə yollarından biri Allah-Taalanın həzrət Musaya öyrətdiyi yoldur. (Həzrət Musa Allah ilə ən çox söhbət edən peyğəmbər olub. Bu münasibətlə həzrət “kəlimullah” adlandırılmışdır.) Allah-Taala buyurur: “Ey Musa, məni bəndələrimin yanında sevimli et. Elə bir iş gör ki, Məni sevsinlər.” (“Mustədrəkul-vəsail”, c. 12, s. 240.) Həzrət Musa ərz etdi: “Bu işi necə edə bilərəm?” Allah-Taala buyurdu: “Nemətlərimi onlara xatırlat.”
Allah insan övladının ruhunda elə bir xüsusiyyət yaradıb ki, əgər bir kəs ona heç nə ummadan xidmət göstərsə, bu şəxsə qarşı qəlbində məhəbbət yaranacaqdır.
  Əlbəttə, bu ixtiyari yox, təbii bir haldır. İnsanlarda bu istedad müxtəlifdir. Onların şükür etmək və qədir bilmək dərəcələri fərqlidir. Lakin hansısa bir şəxsin onu heç cürə sevməməsi mümkün deyil. İnsan məhəbbətinə səbəb olan xidmətlərdən dəfələrlə yüksəyini Allah insana əta etmişdir. Bundan əlavə, bəzi şəxsləri tərbiyələndirmiş, bu şəxsləri özünə xidmət üçün xeyir vasitəsi etmişdir. Məsələn, ana məhəbbəti ən təmiz məhəbbətlərdəndir. Bu məhəbbət fitri, umacaqsız və bütün dünyada nümunəvi bir məhəbbətdir. Körpəsinə fədakarlıq edən ana Allah tərəfindən əta olunmuş elə bir məhəbbətə sahibdir ki, əgər körpəsinə nəvaziş göstərib, ona süd verə bilməsə narahat olacaq. Ana məhəbbəti və insanlar tərəfindən göstərilən başqa xidmətlər çox dəyərli olsa da, hərtərəfli, geniş ilahi nemətlərlə müqayisəyə gəlməz. Şüurlu və şüursuz mövcudlar, yer, səma, bulud, yağış, günəş, dəniz, dağ və sair bütün nemətlər hamısı ilahi nemətlərdir. Bu nemətlər insan tərəfindən ediləcək xidmətlərdən çox böyük və genişdir. Biz ana məhəbbətini görür, lakin ilahi məhəbbətə nəzər salmırıq. Buna görə də Allahın bizi nə qədər sevdiyini anlamırıq. Əgər göz açılarsa, qəlb agah olub ilahi məhəbbəti dərk edərsə, anlayacaq ki, bütün dünya məhəbbətləri və anaların məhəbbəti bir yerə yığışsa ilahi məhəbbət qarşısında okean qarşısındakı damlaya bənzəyəcək. Bəlkə, daha da kiçik görünəcək! Bu mənanı anlamaq üçün adi şüurlardan üstün şüur lazımdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə