Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Dünya - vəsilə, ya hədəf

Ədəbi yazılar

Dünya - vəsilə, ya hədəf

 Əgər gündəlik məsələlərdən qurtarıb bir az vaxt tapırsa, onda da yüz il sonranın fikrini etməyə başlayır
Dünya zatən tələb olunan əsas hədəf, məqsəd deyil, bəlkə onun lazımlığı vəsilə və alətlərin lazımlığı həddindədir; yəni insan dünya üçün çalışmalıdır, amma hədəfi dünya olmamalıdır. Dünyəvi çalışqanlıq axirət üçün vasitə olmalıdır. Əgər belə olmasa, yəni axirət hədəf olmasa, adi dünya işləri üçün səylərinin də düzgün əqli izahı olmayacaqdır. Belə olan surətdə gör başında dünyəvi uzun arzular bəsləyən insan nə vəziyyətdə olar.
İnsanın dünyadakı səyləri üzərinə düşən təklifləri yerinə yetirmək xarakteri daşımalıdır. Onun hərəkəti – istər fərdi məsələlərdə olsun, istərsə də ictimai zəminələrdə - Allahın razılığı və axirət səadətini kəsb etmək üçün olmalıdır. Belə olmazsa, İslam baxımından onun hərəkəti və səyləri bəyənilməyəcəkdir və məzəmmətə tuşlanacaqdır. Həmçinin dünyaya ümid etməyin özü də axirət ümidi ilə paralel götürülməlidir.
Əgər insan dünyəvi fəaliyyətlərini axirətə vasitə qərar vermək istəsə, diqqət etməlidir ki, axirətə çatmaq üçün rol oynayan və mənəvi işlərə maneçilik törətməyən dünyəvi fəaliyyətlər məhduddur. Buna görə də fikrini, zehnini çox da dünyəvi işlərə məşğul etməməlidir. Çünki insanın zehninin tutumu və təxəyyül qüvvəsi də məhduddur: bir mövzu haqqında düşünəndə, digər məsələlər barədə tətil edir. Onun diqqəti bir şeyə yönələndə, digər məsələlərdən diqqətini çəkir. İnsan əgər gecə-gündüz fikrini dünya işlərinə qatsa – evi, arvadı, yeməyi, paltarı, camaat arasındakı mövqeyi, xülasə dünyaya aid olan hər şeyi – fikirləşsə, onun zehni elə dolacaq, bu işlərə elə qarışacaq ki, daha axirət barədə fikirləşməyə macalı olmayacaq. Hətta yuxusunda da onu götürüb, bunu qoyacaq.
Əgər ticarət, alış-veriş adamıdırsa yuxusunda pul sayıb, pul böləcək, əgər bənna, memardırsa zehnində inşaat materiallarını götür-qoy edəcək. Evlənməyən adam beynində qız seçməklə məşğuldur, qız köçürən cehizi necə verəcəyini, toyun xərclərini düşünür; bu fikri məşğələlərlə artıq axirət barəsində, mənəviyyatı, yaradılış hədəfi haqqında düşünməyə vaxt qalmır.
Bu cür gündəlik işlər insanın zehnini elə məşğul edir ki, vacib işlərinə yetişə bilmir. Əgər gündəlik məsələlərdən qurtarıb bir az vaxt tapırsa, onda da yüz il sonranın fikrini etməyə başlayır: nəvəsi nə vaxt böyüyəcək, instituta nə vaxt girəcək, nəticəsi necə olacaq? Uşaqlar nə vaxt boya-başa çatacaqlar, nə vaxt evlənəcəklər? Dünya işi bir deyil, iki deyil – saymaqla qurtarmaz.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə