Cm.ax09192019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İman-Təqva Sizə verdiyim pul İmam Sadiqin (ə) idi

İman-Təqva

Sizə verdiyim pul İmam Sadiqin (ə) idi

 

İnsanın xoşbəxtliyinin kamalı insanlar arasında sülh yaratmağa təlaş etməkdir”
Əbu Hənifə Saiqul-hacc deyir:
Mənimlə kürəkənim arasında irs bölgüsü üzərində söz-söhbətimiz düşmüşdü. Müfəzzəl bizim yanımızdan ötürdü. O, bizim dalaşdığımızı görəndə bir müddət orada dayanıb, bizə baxdı. Sonra dedi: “Bizim evimizə gəlin”.
Biz onun evinə getdik. Müfəzzəl özündən dörd yüz dirhəm verərək bizi barışdırdı və bizim aramızdakı ixtilafı həll etdi.
Müfəzzəl sonra dedi: “Sizə verdiyim bu pul özümün deyildi. İmam Sadiq (ə) mənə göstəriş vermişdir ki, hər vaxt bizim səhabələrimizdən iki nəfərinin arasında dava-dalaş düşsə, onların arasında sülh yaradım və barışdırım, onun (İmam Sadiqin) malından bu iş üçün xərcləyim. Bəs sizə verdiyim bu pul İmam Sadiqin (ə) idi”. (1)
Hədis:
İmam Əli (ə) buyurur: “İnsanın xoşbəxtliyinin kamalı insanlar arasında sülh yaratmağa təlaş etməkdir”. (2)


Qaynaqlar:

1-“Biharul-ənvar”, c. 47, səh. 57-58.

2-Qürərul-hikəm, hədis 9361.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə