Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Allahın hikmətli qəzəb və rəhməti

Ədəbi yazılar

Allahın hikmətli qəzəb və rəhməti

 Biz Allahın işlərini naqis ağıl və zehnimizin quraşdırdığı müqayisə və meyarlarla ölçürük
Belə bir sual yarana bilər ki, Allah bütün yaxşılıq və kamilliklərin mənbəyidirsə, yaxşılıq və xeyirdən başqa bir iş görmürsə, onda nə üçün bəzi bəndələr bəla və müsibətlərə, hətta axirət əzabına düçar olur?
Həqiqət budur ki, biz Allahın işlərini naqis ağıl və zehnimizin quraşdırdığı müqayisə və meyarlarla ölçürük; sonra da Allahın fikirləşdiyimiz şəkildə bizimlə rəftar edəcəyini gözləyirik. Hansı ki, bizim elm və düşüncəmiz çox məhdud və naqisdir: “Sizə cüzi bir elm verilmişdir”. (“İsra” surəsi, ayə 85.)
Allahın bütün işləri hikmət əsasında və ən yaxşı nizamla möhkəmlənmişdir. Biz isə Onun prinsipial səbəb və məqsədlərindən xəbərsizik. Allah bəndələrinə mehribanlıq göstərməli olduğu məqamlarda təsəvvür olunmaz dərəcədə mehriban olur; lakin bəzən mehribanlıq və rəhmət üçün yer qalmır. Bu halda Allahın əzəmət və böyüklüyü cilvələnir. Belə məqamlarda cəzalanma və əzab labüddür. Beləcə, əzaba layiq olan kəslər üçün Allahın əzəməti kamilliyə çatır. Buna görə də “İftitah” duasında deyilir: “İlahi, beləcə inancdayam ki, əfv və rəhmət üçün yer olduqda Sən hamıdan mehribansan; əzab və cəza zamanı isə Sən bütün cəzalandıranlardan sərt cəza verənsən; böyüklük və əzəmət göstərilən yerdə hamıdan əzəmətlisən”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə