Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Bu, elə bir oddur ki...

Ədəbi yazılar

Bu, elə bir oddur ki...

 Xaricdən gələn od insanın cismini yandırır. Qəlbi yandıran od isə nəfsin xəstəliyindən doğan oddur
Nəfsin inkişafı və süqutu
Mövzumuz nəfsin tərbiyəsidir. Qeyd etdik ki, bu söz Qurandan götürülmüşdür. Ayələrdən məlum olduğu kimi nəfs üçün onu həm ucalığa, həm də tənəzzülə aparan yollar vardır. O, həm təkamül, həm də süqutetmə xüsusiyyətinə malikdir.
Nəfsin necə inkişaf etdiyini və ya necə süquta uğradığını gözlə görmək qeyri-mümkündür. Başqa sözlə, bu hiss üzvlərinin duya biləcəyi prosses deyil. Orqanizmin xəstəliklərini hiss etmək mümkün olduğu halda ruhun xəstəliklərini hiss etmək mümkün deyil. Nəfsin xəstəliklərini tanımaq yalnız yüksək mənəvi dərrakə vasitəsilə müşahidə etmək mümkündür. Bu ruhani halət «hüzuri elm» (Allahın insanın qəlbinə əta etdiyi elm nuru) adlanır. Təkamülün müəyyən dərəcəsinə çatanlar bunun nə demək olduğunu asanlıqla anlaya bilərlər. Hüzuri elm vasitəsi ilə nəfsin vəziyyətini dərk edə bilməyənlər ayə və hədislərdən yardım almalıdırlar.
Qurani-Kərimdə buyurulur ki, nəfs də bədən kimi çirklənə bilər. Çirkinlikdən təmizlənməmiş nəfs inkişaf edə bilməz. Toxumun cücərməsi üçün ilkin şərtlər lazım olduğu kimi, nəfsin də inkişafı üçün müəyyən şərait lazımdır. Çürük ağac meyvə verə bilmədiyi kimi xəstə nəfs də irəli addım ata bilməz. Ağacın od tutub yanması və ya quruması üçün təkcə xarici təsir rol oynamır. Elə bir şərait yarana bilər ki, ağac öz içindən yanar. Afrika və Avstraliyadakı meşə yanğınları buna bir nümunədir. Bəzən elə ağaclarla rastlaşmaq olur ki, od tutub alovlanmadığı halda bu ağacın gövdə və yarpaqları yanmış ağac tək qaralır. Bu halı yaradan havadakı və torpaqdakı ifrat quruluqdur.
İnsanın nəfsi də belədir. Bəzən o içindən od tutub alışır. “Bəqərə” surəsinin 24-cü ayəsində buyurulur: “Yanacağı insanlar olan oddan qorxun.” Bu elə bir oddur ki, kənardan qığılcıma ehtiyacı yoxdur. “Huməzə” surəsinin 6-7-ci ayələrində oxuyuruq: “O, Allahın alışdırdığı oddur; elə bir od ki, qəlbləri bürüyür.” Xaricdən gələn od insanın cismini yandırır. Qəlbi yandıran od isə nəfsin xəstəliyindən doğan oddur.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə