Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Doğru yolda öncül olanları daha çox təhlükə gözləyir

Ədəbi yazılar

Doğru yolda öncül olanları daha çox təhlükə gözləyir

 Rahattələblik və tənbəllik həmişə insanladır. Bu xüsusiyyətlər bais olur ki, müəyyən bir təkamül pilləsinə qalxmış insan işini bitmiş bilib rahatca oturur. Hansı ki, təkamül nərdivanında yuxarı qalxdıqca yıxılmaq təhlükəsi daha da artır və insandan daha böyük diqqət tələb olunur. Dağın ətəyində dayanmış, yoxsa onun zirvəsinə dırmaşmış insan üçün təhlükə daha böyükdür? Təkamül yolunda bizim də vəziyyətimiz belədir. İslam dini və Əhli-beyt məktəbini seçmək müəyyən bir irəliləyiş hesab olunsa da, bu mərhələdə büdrəmək böyük təhlükələrə səbəb ola bilər.
Şeytan böyük düşməndir. O and içib: «(Ey Allah!) And olsun izzət və cəlalına, bütün insanları azdıracağam». Sonrakı ayədə isə sözün davamı olaraq davamında isə xalisləri istisna edir. («Sad» surəsi, ayə 82). Demək ki, şeytanın məqsədi insanı doğru yoldan azdırmaqdır. Təkamül yoluna qədəm qoymamış insan azğındır və şeytan beləsi ilə vaxt itirmir. Şeytan üçün kamilləşmək istəyən insan maraqlıdır. İnsan təkamül yolunda irəlilədikcə şeytan da öz səylərini artırır.
  Doğru din və doğru məktəb seçməklə əsl təkamül yolunu tutmuş insanla şeytan qatı düşməndir. Şeytan belə bir insana qarşı bütün qüvvələrini səfərbər etdiyi kimi, insan da onunla mübarizədə səfərbər olmalıdır. Əsl çətinliklər qabaqda olduğundan bir addım qabağa getmiş insan arxayınlaşaraq ehtiyatı əldən verməməlidir. Şeytanın son nəfəsədək ondan əl çəkməyəcəyini bilən insan aqibətindən qorxmalıdır. Xüsusən doğru məzhəbə mənsub olan insanları daha diqqətlə izləyir və daim onları yoldan azdırmaq üçün çalışışır.
İmam Sadiq (ə) buyurur: «Ey Əbdullah, şeytan bu aldadıcı dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur».

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə