Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Fatimə (s.ə) Məqalələr İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti

İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti

 

İmamın ölümündən öncəki vəsiyyəti insan həyatının bütün sahələrini ehtiva edir. 13 mühüm tövsiyə bunlardan ibarətdir:

1. Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.

2. Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin.

3. Haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün.

4. Zalımların düşməni və məzlumların dostu, himayəçisi olun.

5. Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddiniz Rəsulullahın (s) belə buyurduğunu eşitdim: “Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan üstündür."

6. Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!

7. Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (s) daim tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik.

8. Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən irəli keçə!

9. Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur.

10. Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq.

11. Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cihadı unutmayın!

12. Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız.

13. Yaxşılığa dəvət və pislikdən çəkindirməni təkr etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə