Cm.ax07182019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr İmam Əli (ə) Allahın müqəddəratı ilə razı qalmağı bizə necə təlim edir?

İmam Əli (ə) Allahın müqəddəratı ilə razı qalmağı bizə necə təlim edir?

 

Allahın müqəddəratı ilə razılaşmaq imanın və təvəkkülün ən uca məqamlarındandır. Mömin insan çalışar, istədiyinə nail olmadıqda isə küfr etməz. Bu zaman o yenə şükr edər və baş verənlərin Allahın müqəddəratı olduğuna iman edər. Bu təvəkkülün ən ali dərəcəsidir.

Quranın Hədid surəsinin 23-cü ayəsində buyurulur:

“Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!”

Ayədə möminin Allahın müqəddəratına necə razı olmasanın vacibliyi təsvir edilir.

Buna görə İmam Əli də sərvətin getməsinə görə narahat olan və sərvətin gəlməsinə görə sevinən insanların işindən necə təəccüb etdiyini dilə gətirir:

Tuhəful-Uqul əsərində (səh-215) İmam Əlidən nəql olunan hədisdə deyilir:

“Bu insanın işi necə də qəribədir! O, əlinə gələn nemətə görə sevinir, hal bu ki onsuz da ona sahib olacaqdı. Bu insan çata bilmədiyi nemətə görə narahat olur, hal bu ki onsuzda o nemətə çatmayacaqdı. Əgər bu insan biraz düşünsəydi, (həqiqəti) görərdi. Anlayardı ki onun işləri digəri tərəfindən tədbir olunur, bilərdi ki ruzi öz miqdarına uyğun bölünür. Belə olan halda o, əli asan çatanla kifayətlənər, əldə edilməsi çətin olanın arxasınca qaçmazdı”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə