Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Allah yolundan azmaqmı?!

Allah yolundan azmaqmı?!

Dünyapərəstlərin və Allah düşmənlərinin doğru yoldan imtinası
Allah-taala həzrət Musaya tövsiyə edir ki, Allaha diqqətlə aramlıq tapanları Onun zikrinə çağırsın. Deyilənlərdən aydın olur ki, insan öz ətrafında doğru yola gəlişi üçün zəmini olanları, Allahı yada sala biləcək fərdləri Ona doğru dəvət etməlidir. Allahla düşmənçilik edən, Allahın qoyduğu hədləri məsxərəyə qoyan insanları Allaha doğru çağırmağa dəyməz. Onlar nəinki Allahı zikr etmir, hətta bu işdən ikrah duyurlar. Belələri Allahın qoyduğu hədləri dünya ilə bağlı arzuları üçün maneə sayırlar. Allah-taala onlar haqqında buyurur: “Allah birliyi ilə xatırlandığı vaxt axirətə inanmayanların qəlbləri sıxılır. Elə ki Allahdan qeyrisi yada salındı, onlar qəfildən sevinirlər.”
Allah-taala həzrət Musaya tövsiyə edir ki, vaxtını doğru yola gəlişi üçün zəmini olan insanlara sərf etsin. Yalnız belələrinə Allahı xatırlatmaq və belələrinin qəlbinə Allah zikri ilə aramlıq vermək olar. Yalnız dünya ləzzətləri haqqında düşünən, mənəvi inkişafı üçün zəmini olmayan insanlara vaxt sərf edilməməlidir. Belələrinə Allahı xatırlatmağın faydası yoxdur. Çünki küfr və şirk onların vücudunu başdan-başa əhatəyə almışdır. Allah zikri onların yalnız düşmənçiliyini artırır. Demək, Musa bütün diqqətini dünya və onun ləzzətinə yönəldənlərə arxa çevirməlidir. Necə ki, Allah-taala öz Peyğəmbərinə (s) buyurur: “Zikrimizdən üz çevirən, bu dünya həyatından savayı bir şey istəməyən hər kəsdən üz döndər.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə