Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Qəflət insanlığa ziddir

Ədəbi yazılar

Qəflət insanlığa ziddir

İnsan özünü tərbiyələndirməkdə azaddır və ağac kimi bağbana möhtac deyil. Eyni zamanda insan tərbiyə yolunu özü seçir.
Fəlsəfədə sübut edilib ki, ixtiyari hərəkətin əsasını elm və məlumat təşkil edir. Azad insan düşüncəsində təsəvvür və müəyyən olunmuş işi görür. Deməli, tərbiyə də elm və məlumatdan asılıdır. İnsanın tərbiyə haqqında təsəvvürü yoxdursa onun tərbiyələnməsi də qeyri-mümkündür. Allaha yaxınlığa doğru təkamül fəaliyyətinə başlamaq üçün ilkin şərt məlumat və bu işdə ilkin düşmən məlumatın ziddi olan qəflətdir. Qafil insan nəinki öz ilahi məqamından, hətta coğrafi mövqeyindən də xəbərsizdir. Məhz bu səbəbdən Qurani-kərim insanın bir çox məhru-miyyətlərinin səbəbini onun qəfləti ilə əlaqədar olmasını bildirir. “Əraf” surəsinin 179-cu ayəsində buyurulur: “Şübhəsiz ki, biz cinlərin və insanların çoxunu cəhənnəm üçün yaratmış olduq. Onların qəlbləri var, amma anlamaz, gözləri var, amma görməz, qulaqları var, amma eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafillər də məhz onlardır.” Ayədən göründüyü kimi, çoxlarının cəhənnəmə vasil olmasının üç xas səbəbi var: qəlbləri olduğu halda həqiqəti anlamırlar, göz-ləri olduğu halda həqiqəti görmürlər, qulaqları olduğu halda həqiqəti eşitmirlər. İslam dinində qəlb, göz və qulaq, məlumat, tanıma, mərifət vasitəsi hesab olunur. Demək, insanın bədbəxt-çiliyinin ən mühüm səbəblərindən biri bu vasitələrdən düzgün istifadə edilməməsidir. Bu duyğu üzvləri hər bir heyvanda da var. Sadəcə olaraq heyvani istəklər yolunda istifadə olunur. İnsanı heyvandan fərqləndirən onun daxilindəki kamillik meylidir. Əgər insan da heyvan kimi həmin üç alətdən kamillik yox, nəfsani istək-lərinə çatmaq üçün istifadə edərsə heyvandan heç bir fərqi olmaz. Belə insan, bəlkə, heyvandan da pisdir. Çünki onun əql kimi daxili peyğəmbəri var.

Özündən xəbərsizlik
Belə bir sual yaranır ki, yuxarıda zikr olunmuş ayədə söhbət mütləq qəflətdən gedir, yoxsa sadəcə qəflətdən? Sözsüz ki, məqsəd ani bir qəflət deyil. Çünki insan, adətən, bir çox şeylərdən agah olmur. Hər hansı bir şüurlu varlığın hər zaman hər şeydən agah olması çətin məsələdir.
Ayədə məqsəd mütləq qəflət də deyil. Yəni şüurlu bir varlıq bütün həyatı boyu tam qəflətdə ola bilməz. Yalnız koma vəziyyətində olan insan tam qəflətdə hesab oluna bilər. Demək, ayədə zikr olunmuş qəflət xüsusi bir qəflətdir. İnsanı heyvan səviyyəsinə, hətta ondan da aşağı səviyyəyə endirən səbəb nədir? Əqlə əsasən deyə bilərik ki, insan yalnız öz insanlığını unutduğu zaman belə alçala bilər. Amma bu cavab qənaətbəxş deyil. İnsan bir çox xüsusiyyətlərinə görə heyvanla müştərəkdir. Yemək, içmək, yorğunluq, cinsi ehtiyac həm insanda, həm də heyvanda müşahidə edilir. Bu meylləri heyvani, təbii, maddi meyllər adlandıra bilərik. Məlumat dedikdə bu sayaq təbii işlərə diqqət nəzərdə tutulmur. Çünki bu növ ehtiyaclara heyvanlar da diqqət yetirir. Ən alçaq insanlar, hətta kafirlər də yeməyi-yatmağı yaddan çıxarmır. Demək, qəflət bu sayaq işlərə aid deyil. Aydınlaşdırmalıyıq ki, insanı insan edən nədir? Məhz insanı insan edən xüsusiyyətlərdən qafil olanlar heyvana çevrilir. Bəs insanlıq xüsusiyyətləri hansılardır? Bəzən belə deyirlər ki, insani xüsusiyyətlər insanın maddi yönümünün ziddi olan ilahi yönümdür. Allahdan qəflətin nəticəsi insanlığı unutmaqdır. Qurani-Kərimdə buyurulur: “Allahı unutduqlarına görə özləri özlərinə unutdurulanlar kimi olmayın!” (“Həşr” surəsi, ayə: 19.) Ayədən məlum olur ki, insanlıq Allahla bağlı bir məfhumdur. Allahı unudan özünü unudur. Allahı unutmağın cəzası özünü unutmaqdır. Maraqlı bir nəticəyə gəlirik: deməli, insan-lığını unutmayan kəs Allahını unuda bilməz. Ekzistensializmin banisi məsihi keşişi Kyerkeqorun belə bir fikri vardır: “Əgər insan Allahı unutsa, insanlığını da unutmuşdur.” Onun bu fikrinin dini mənbələrdən götürül-düyünü düşünürük.
Bəziləri elə düşünür ki, yeyən, içən, yatan, əylənən varlığa insan deyilir. Əslində isə bu heyvana aid olan xislətdir. Bu təsəvvürdə olan elmlər doktoru ilə ən avam insan arasında heç bir fərq yoxdur. “Cümə” surəsinin 5-ci ayəsində buyurulur: “Tövratın elminə sahib olduqdan sonra ona əməl etməyənlərin məsəli kitab daşıyan uzunqulağın məsəli kimidir.” Bəli, heyvan da acıyır, yeyir, istirahət edir, suya girib yuyunur, hətta özünə ev də tikir. Amma bəzən insan heyvandan da alçaq səviyyəyə enir. Əgər heyvan öz ehtirasını yalnız öz növündən və müxalif cinsdən təmin edirsə, XXI əsrin insanları nəinki öz həmcinsi, hətta heyvanla da yaxınlıq edir. Ədalətdən dəm vuran qərb və Amerika isə bu sayaq rəzil təmayülləri azadlıq hesab edir. Sual olunur: öz həmcinsi ilə yaxınlıq edən insan, yoxsa bu işdə ölçü gözləyən heyvan daha alçaqdır?! “Əraf” surəsinin 176-cı ayəsində oxuyuruq: “Onun məsəli it məsəli kimidir ki, üstünə cumsan da, cummasan da dilini çıxarar.” Həzrət Əli (ə) buyurur: “Fikri-zikri otlamaq və yemək olan insanın nəyi heyvandan üstündür?” (“Biharul-ənvar”, 33-cü cild.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə