Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Bitkilərin xasiyyəti Baş tükü haqqında 10 hədis

Bitkilərin xasiyyəti

Baş tükü haqqında 10 hədis

 

“Saçı daramaq bəlğəmi aradan aparır”
1. İmam Kazim (ə) buyurur: “Başın tükü uzun olsa, gözün görmə qabiliyyəti zəifləyir və nuru gedir. Saçı qısaltmaq gözü işıqlandırır və onun nurunu artırır”. (“Mustətrəfatus-sərair”, s. 57, hədis 17. “Biharul-ənvar”, c. 76, səh 85, hədis 10)

2. İshaq ibn Əmmar deyir: İmam Sadiqə (ə) dedim ki, sənə qurban olum, bəzi vaxtlar boynumun ardının tükləri çoxalır və məni bərk narahat edir. Həzrət buyurdu: “Ey İshaq! Bilmirsənmi ki, boyunun ardının tüklərini təraş etmək qəmi aradan aparır?”. (“Əl-Kafi”, 6, səh. 485, hədis 8)

3. İmam Sadiq (ə) buyurur: “Başı əməkömənçi ilə yumaq (insanı) baş ağrısından amanda saxlayır, yoxsulluğu uzaqlaşdırır və başı kəpəkdən təmizləyir”. (“Səvabul-əmal”, səh. 36, hədis 1. “Biharul-ənvar”, c. 76, səh. 86, hədis 1)

4. İmam Sadiq (ə) buyurur: “Ağ tükləri qoparmağın eybi yoxdur, ancaq onları kəsmək qoparmaqdan daha yaxşıdır”. (“Əl-Kafi”, c. 6, səh. 492, hədis 1. “Mən la yəhzəruhul-fəqih”, c.1, səh. 131, hədis 340. “Məkarimul-əxlaq”, c. 1, səh. 160, hədis 442. “Biharul-ənvar”, c. 76, səh. 107, hədis 6)

5. Rəsuli-əkrəm (s) buyurur: “Hər kim saç saxlayırsa, onun baxımına yaxşı diqqət yetirməlidir, əks halda onu qısaltsın”. (“Vəsailuş-şiə”, c. 1, səh. 432, hədis 1)

6. İshaq ibn Əmmar deyir ki, imam Sadiq (ə) mənə buyurdu: “(Başının) Tükünü dibdən qırx ki, onun çirki və onda olan canlılar azalsın, boynun möhkəmlənsin, gözlərin işıqlansın (başqa bir rəvayətdə gəlib: bədənin rahat olsun)”. (Kafi”, c. 6, səh. 484, hədis 2. “Mən la yəhzəruhul-fəqih”, c.1, səh. 129, hədis 325. “Səvabul-əmal”, səh. 41, hədis 1. “Biharul-ənvar”, c. 76, səh. 85, hədis 7)

7. İbn Sinan deyir ki, imam Sadiqdən (ə) saçı uzatmaq barədə soruşdum. Həzrət buyurdu: “Məhəmmədin (s) səhabələri tüklərini qısaldırdılar”. (“Məkarimul-əxlaq”, c. 1, səh. 139, hədis 350. “Əl-Kafi”, c. 6, səh. 485, hədis 6. “Mustətrəfatus-sərair”, səh. 29, hədis 15. “Biharul-ənvar”, c. 76, səh. 91, hədis 14)

8. Rəsuli-əkrəm (s) buyurur: “Saçı çox daramaq vəbanı uzaqlaşdırır, ruzini artırır, cinsi qabiliyyəti gücləndirir”. (“Əl-Kafi”, c. 6, səh. 489, hədis 6. “Səvabul-əmal”, səh. 40, hədis 1. “Biharul-ənvar”, c. 76, səh. 118, hədis 7)

9. İmam Sadiq (ə) buyurur: “Saçı daramaq bəlğəmi aradan aparır”. (“Məkarimul-əxlaq”, c. 1, səh. 167, hədis 480. “Biharul-ənvar”, c. 76, səh. 115, hədis 16”)

10. İmam Sadiq (ə) hindistanlı həkimə buyurdu: “Saç başın yuxarısında yerləşir, çünki onun kökündən beyinə yağlar tökülür və saçların baş tərəfi deşikdir. Buxar oradan bayıra çıxır. Beyinə daxil olan soyuqluq və istilik onunla dəf olur”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə