Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar 30 gün, 30 istək!

Ədəbi yazılar

30 gün, 30 istək!

Ey Rəbbim! Məni qəflət yuxusundan oyat! (1)

  Yuxuda olan üçün aşkardakı bütün hadisələr əhəmiyyətsizdir. Yuxuda olan insane özündən, Mənindən xəbərsizdir. “Mənə” diqqət etməmək xilqətə və Həzrət Haqqa diqqət etməməkdir. İslam dinində bu hala qəflət yuxusu deyirlər. Qəflət yuxusuna düçar olanlar bəlaya və günaha düçar olur, bir çox xeyir və feyzdən məhrum qalırlar. Əgər insan özünü tanısa, əbədi həyatını ön plana çəkər. Əgər əbədi həyata inanmasa, deməli özünü tanımır. Özünü tanımamasına səbəb olan amil isə onu dünyaya bağlayan amillərdir. İnsan hər nə qədər nəfsani istəklərinə meyl edərsə, bir o qədər özünü tanımaqdan qafil olar. Həm Allahdan, həm məaddan və Qiyamətdən qafil olar.
  Qurani-Kərim buyurur: “Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?». (“Yasin” 78)
“Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır”. (“Ənam” 103). İmam Əli (ə) buyurur: “Ən təhlükəli düşmən qəflətdir”.

Ey Rəbbim! Məni Quran oxumağa həvəsləndir! (2)

1-"Qurandan bacardığınız qədər oxuyun." (Müzzəmmil surəsi, 20-ci ayə)
2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır.
(hər bir dərdin özünə münasib nüsxəsi vardır. Bu nüsxə min dərdə dərmandır).
3-Quran müəllimləri və gecələr oyaq qalanlar, mənim ümmətimin ən şərafətlisidirlər.
4-Quran oxumaq mənim ümmətimin ən şərafətli əməllərindən sayılır.
5-Quran oxumaqla öz evlərinizi işıqlandırın. Yəhudi və Nəsranilər kimi onları gorda saxlamayın, ki, Kilsə və məbədlərdə namaz qılıb, öz evlərində isə vaxtlarını batil keçirirdilər. Çünki, Quran oxunan evdə xeyir-bərəkət artar. O evin əhlinin ruzisi bol olar. Quran oxumaq o mənzilə nuraniyyət bağışlayar. Səma, ulduzları dünya əhlinin işıqlandırdığı kimi, səma əhlini nuraniləşdirər.
6-Keçmişin və gələcəyin xəbərləri, və sizin aranızda baş verən, həqiqətlərin hamısı Allahın kitabındadır.
7-Hər kəsin danışığı Quran və evi məscid olsa, Allah-taala Behiştdə onun üçün bir bina qərar verər.
8-Allahla danışmaq istəyən Quran oxusun.
9-İmanlı şəxs cavanlıqda Quran oxuyursa, Quran onun əti və qanı ilə qarışar.

Ey Rəbbim! Məni hər addımda, hər sözdə düşündür! (3)

  Quranın bir sıra ayələrinə əsasən, ilahi ayələrin nazil olmasında əsas məqsəd insanların düşünməsi və əqllərini işlətməsidir. Bu barədə önəmli ayələr bunlardır:
1. "Allah sizə Öz ayələrini (hökmlərini) bu qaydada aydınlaşdırır ki, əqllərinizi işlədəsiniz”.
2. "Həqiqətən, Biz onu ərəbcə (aydın və şəffaf mənaya malik olan) bir Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız (Quran ayələri üzərində əqllərinizi işlədəsiniz)”.
3. "Həqiqətən, Biz əqlinizi işlədəsiniz deyə onu ərəbcə Quran etdik”.
4. "Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz”.
5. "Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!”.
Ey Rəbbim! Məni Sənə layiqincə şükür etməyə müvəffəq buyur!

Ey Rəbbim! Mənə layiqincə şükrü ruzi et! (4)

  Nemətlərini şükürlə artırarsan. Bizsə olanlarımızı artırmaq üçün yollar axtarır, çox vaxt nankorluqla neməti puça çıxarırıq. Olanlarımızın qədrini bilməz, olmayanlarımıza çatmaq arzusu ilə yaşayar, ömrümüzü puça çıxararıq. Məni nəfsimlə tənha buraxma.



Ey Rəbbim! Məni yaxın dostlarından qərar ver! (5)

  Əbrəhə fil süvari qoşunuyla Kəbəni dağıtmağa üçün Məkkəyə gələndə Əbdül-Mütəllib Qüreyş qəbiləsinin başçısı və həcc işlərinə məsul idi. Küfr qoşunu müqavimət göstərən kişiləri öldürməklə, qadın və uşaqları əsir götürməklə hədələyirdi. Bu hədələrdən qorxan əhali Məkkəni boşaldıb, ətraf dağlara çəkildilər. Əbdül Mütəllib bir yandan Kəbənin boşaldığını, digər tərəfdən düşmən qoşununun qüvvəsini görüb, hamı kimi özü barədə düşünmək əvəzinə Kəbədə qalıb, öz ətrafındakıları əbrəhə ilə qarşılaşmağa dəvət etdi. Ona Məkkəni tərk etmək təklif olanda dedi: «Mən Allah evini buraxıb, başqa bir yerə sığınmaqdan xəcalət çəkirəm» («Tarixe Yəqubi» 1-ci cild). «Mən and olsun Allaha ki, ilahi hərəmdən çıxmayacağam». Bu mövqe onun etiqadını, şücaətinin böyüklüyünü göstərir. Həmin həssas anlarda Allah yolunun bu mücahidi Kəbə pərdələrindən yapışıb dua edir: «Ey tənhaların dostu, Səninlə olana heç bir qorxu yoxdur» Əbdül Mütəllib bu sözləri deyərkən öz yaxınları ilə tənha qalmışdı. («Bihar» 15-ci cild). Əbdül Mütəllibin «Allahla olan kəs üçün heç bir qorxu yoxdur» sözləri onun övliyalığın, yalnız Allaha arxalandığını göstərir. Necə ki, Quran buyurur: «Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə bilməzlər» («Yunus» 62).

Ey Rəbbim! Məni qəzəbinə səbəb olan işlərdən uzaq et! (6)

  Yolunu azmışlar başqalarının azğınlığına israr edənlər deyillər, lakin qəzəb olunmuşlar o kəslərdir ki, həm özləri yollarını azıblar, həm də çalışırlar ki, başqalarını azğınlaşdıralar və haqq yoldan uzaqlaşdıralar. Tamam gücləri ilə çalışırlar ki, başqaları da onlar kimi olalar.
Quran öz ayələrində yolunu azanlar və qəzəb olunanlar üçün müxtəlif nümunələr bəyan edib ki, nümunə üçün bir neçəsinə işarə olunur:
"Onun barəsində bədgüman olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın!
Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir".
"İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır".
"Qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!"

Ey Rəbbim! Mənə daimi zikrini qismət et! (7)

  Dil zikri üçün konkret zaman, məkan və miqdar təyin olunmamışdır. İnsan istədiyi vaxt istədiyi qədər zikr edə bilər. Həmçinin, xüsusi dualara müraciət edə bilər.
Qəlb zikrinin isə üç mərhələsi vardır. Onun birinci mərhələsi vacibləri yerinə yetirib, haramları tərk etməklə gerçəkləşir. "Üsuli-kafi"nin 2-ci cildində belə bir hədis nəql olunur: "Allahı daim zikr etmək ardıcıl olaraq"Sübhanəllah", "Əlhəmdulillah" sözlərini dilə gətirmək demək deyil. Məqsəd Allahın təyin etdiyi vacib və haramlara riayət etməkdir." Qəlb zikrinin ikinci mərhələsi şübhəli və xoşagəlməz (məkruh) işləri tərk etməkdir. Demək, zikrin bu mərtəbəsində insan çalışmalıdır ki, Allahın iradəsinə zidd hərəkət etməsin. Əslində zikrin bu mərtəbəsi elə təqvadır. Yada salaq ki, təqva Allahı narazı salacaq işlərdən çəkinməkdir. Təbii ki, hər bir işdə Allahın razılığını düşünmək elə onu xatırlamaqdır. Allahdan qəflətdə olan insan dini vəzifələrə lazımınca riayət etməkdə acizdir. Vacibə əməl edib haramdan çəkinmək ilahi zikrin başlanğıc mərhələsidir.
  Qəlb zikrinin ikinci və üçüncü mərhələləri cənab Əbuzərin Həzrət peyğəmbərdən nəql etdiyi bir hədisdə bəyan olunur. Bu hədis həm şiə, həm də sünnü mənbələrində nəql edilmişdir. Bu hədisdə Əbuzər Həzrət Peyğəmbərdən ehsan haqqında soruşur. Sualı doğuran isə "Maidə" surəsinin 93-cü ayəsi olur: "İman gətirib saleh əməl edənlərə təqvalı olub, iman gətirərək saleh işlər görsələr, yenə təqvalı ikən iman gətirsələr və təqvalı ikən yaxşılıq etdikləri təqdirdər daddıqları (yeyib içdikləri) şeylərdən ötrü heç bir günah yoxdur. Allah yaxşı iş görənləri dost tutar." Ayənin zahiri mənasından belə məlum olur ki, xeyirxahlar (möhsinlər) cərgəsinə qoşulmaq üçün əvvəlcə təqvalı olmaq lazımdır. Ayəni eşidən Əbuzər anladı ki, möhsinlik müttəqilikdən üstündür. Ona görə də Peyğəmbərdən (s) insanın möhsinlik sifəti olan ehsan haqqında soruşdu. Həzrət Peyğəmbər (s) buyurdu: "Ehsan odur ki, insan Allah xatirinə elə əməl etsin ki, sanki Onu görür. Sən Onu görmürsənsə də, O səni görür."("Biharul-ənvar", 59-cu cild.)
  Hədisdən aydın olur ki, qəlb zikrinin digər bir mərtəbəsi Allahın hüzurunda olduğunu daim nəzərdə tutmaqdır. Bu mərhələyə çatmış insan özü üzərində daim Allahın nəzərini hiss edir. Elə şüşələr var ki, bir tərəfindən o biri tərəf görünsə də, o biri tərəfindən əks tərəf görünmür. İnsan özünü belə bir şüşə qarşısında hiss etməlidir; o, Allahı görməsə də, Allah onu görür. Həyatda belə bir şüşə qarşısında dayanmış insan hər bir an onu görə bilərlər deyə öz hərəkətlərinə nəzarət edir.
  Qəlb zikrinin üçüncü mərtəbəsinə çatmış insan sanki Allahı görür. Bu hal insanda tez-tez təkrarlanarsa xarakter xüsusiyyətə çevrilər. Həzrət Əli (ə) "görmədiyimə ibadət edərəmmi" buyurur. Aydındır ki, söhbət bəsirət gözü ilə görməkdən gedir.

Ey Rəbbim! Məni yetimlərə qarşı mehriban, ehtiyacı olanlara diqqətli buyur! (8)

  “Sizlәrdәn birinә ölüm yеtişmәmişdәn sizә vеrdiyim ruzidәn Аllаh yоlundа infаq еdin. Bu vахt (ölüm yеtişәn zаmаn) dеyәcәksiniz: İlаhi! Ölümümü bir аz tәхirә sаl ki, çох sәdәqә vә еhsаn еdim vә sаlеhlәrdәn оlum.” (“Münаfiqun” surәsi, аyә: 10)
Mаlın sәdәqәsi vаr, mәqаmın sәdәqәsi vаr, bеlә ki, bаşqаlаrının әlindәn tutаsаn. Pеyğәmbәr (s) buyurur: “Әn üstün sәdәqә dil, fikir vә аğlın sәdәqәsidir.” “Din qаrdаşlаrınızа düz yоlu göstәrmәklә sәdәqә vеrin. Оnlаrı fikirlәrinizlә hәyаtdа möhkәmlәndirin.” Dilin sәdәqәsi vаr, yәni fitrәni yаtırtmаq üçün susmаq vә еlmin sәdәqәsi vаr, оnu bаşqаlаrınа öyrәtmәk.
  Sеyid Fәzlullаh Rаvәndinin “Dәәvаt” kitаbındа Pеyğәmbәrdәn (s) bеlә bir hәdis nәql оlunur: “Müsәlmаn оlаn şәхsin gündәlik sәdәqә vеrmәsi vаcibdir.” Bir nәfәr sоruşdu? Mәgәr hәr gün bir işi görmәk mümkündürmü? Buyurdu: “Müsәlmаnın yоlunu tәmizlәmәk dә sәdәqәdir. Bu işin sаvаbı dörd yüz Qurаn аyәsinin sаvаbınа bәrаbәrdir. İtmiş әşyаnı sаhibinә çаtdırmаq, хәstәnin görüşünә gеtmәk, nәhy әz münkәr (pis işlәrdәn çәkindirmәk) vә sаlаm vеrmәk sәdәqәdir.” (“Kәlimеyi-tәyyibә”, sәh. 503 (Mühәddis Nuri). Pеyğәmbәr (s) buyurub: “Cаmааtı incitmәmәyin özü bir sәdәqәdir ki, özünә hәdiyyә еdirsәn.” (“Bihаrul-әnvаr”, c. 72, sәh. 54)

Ey Rəbbim! Məni qəti dəlillərinlə istiqamətləndir! (9)

Dəlilləri kəlam elmində axtarmalıyıq. Şiə kəlamının əsasını aşağıdakı üsullar təşkil edir:
1.Tövhid
Şiə kəlamında “zatı tövhid” və “ibadətdə tövhidə” əlavə olaraq həm “sifati”, həm də “əfali” tövhid əsas hesab olunur.
“Zati tovhidə” görə Allahın zatı birdir və Onun oxşarı yoxdur. “Sifati tövhidə” görə Allahın elm, qüdrət kimi sifətləri Onun zatının eynidir, yəni zatından ayrı deyil. “Əfali tövhidə” görə bütün fellər, işlər Allahın iradəsinə tabedir. “İbadətdə tövhid” odur ki, Allahın zatından savayı ibadətə layiq mövcud yoxdur.
2.Ədl, yəni Allahın rəhmət və neməti bütün yaranmışlar arasında ilahi bir nizamla paylanmışdır və O adildir.
3.İxtiyar və azadlıq.
Şiə məzhəbinin insan üçün qəbul etdiyi azadlıq əşərinin cəbri ilə mötəzilənin təfvizi arasındadır. Yəni insan nə tam azaddır, nə də tam məcbur.
4.Hüsn və qübh (gözəllik və çirkinlik). Bəzi işlər rəva, bəziləri isə narəva hesab olunur.
5.Allahın lütfü varlıq aləminə hakimdir.
6.Əql batini peyğəmbərdir, yəni əsasdır.
7.Allah kainatı məqsədli yaradıb.
8.İnsan Allaha qəlblə şahid ola bilər, gözlə yox.
9.Peyğəmbər və İmamlar məsumdur, şəfaət var

Ey Rəbbim! Məni Sənə təvəkkül edənlərdən qərar ver! (10)

  Peyğəmbər(s) Cəbraildən təvəkkül sözünün təfsirini soruşdu. Cəbrail dedi: “Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində  olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur. ”
Həsən ibn Cəhm adlı bir şəxs deyir:
  İmam Əli ibn Musa Rizanın (ə) hüzuruna gəlib soruşdum: “Təvəkkülün mənası nədir? ” İmam Riza (ə) buyurdu: “Təvəkkül Allaha arxalanmaqla heç kimdən qorxmamaqdır.”

Ey Rəbbim! Məni günah və asilikdən çəkindir! (11)

  Günah və asilik şeytandan gəlmə sifətlərdir. Ağıllı varlıq olmaqla ağlını işlətmək eyni şey demək deyil. Şeytan ağlını işlətmədiyinə və ardınca da tövbə-istiğfar edib bağışlanmaq diləmədiyi üçün o vəziyyətə düşdü. Əgər o səhvə yol verdikdən sonra hislərinin əvəzinə ağlından istifadə edib Allaha tövbə-istiğfar etsəydi, indi o halda olmayacaqdı. Əstağfirullah, Allah zalım deyil ki, onu yoldan çıxarsın və sonra cəza versin!
  Adəm peyğəmbər də Allahı çox yaxşı tanıyırdı. Hətta ona hər şeyi Allah öyrətmişdir. Bu cəhətdən baxıldıqda Allah ona müəllimlik edib. Allah Adəmə sadəcə olaraq bir qadağa qoymuşdu. O isə gedib o qadağanı pozdu. Onlardan biri Allahın əmrinə tabe olmadı, digəri də Allahın qoyduğu qadağanı pozdu. Sonra ikisinin arasındakı fərq məlum oldu. Şeytan öz gördüyü işin düzgün olması məsələsində inadkarlıq və təkid etdi. Təkəbbürə qapıldı və hüzurdan qovuldu. Adəm isə əməlinin yanlış olduğunu başa düşüb dərhal tövbə etdi və bağışlandı. Yəni, bunlar nə etdilərsə, özləri etdilər. Allah onları belə bir iş görməyə məcbur etməyib. Budur, ağıllı olmaqla ağlını işlətmək arasındakı fərq burada üzə çıxdı.

Ey Rəbbim! Mənə qənaət libası geyindir! (12)

  Uca Allah, Rəsuluna (s) vəhy etdiyi bir ayədə belə buyurur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”
İsrafın haram olduğunu göstərən bu ayənin sonundakı “Allah israf edənləri sevməz” ifadəsi müsəlmanlar üçün önəmli bir xəbərdarlıqdır. Təbii ki, Allahın sevimli bəndəsi olmağa çalışan hər müsəlman bu xəbərdarlığa biganə qalmamalıdır. Qurani-Kərimin başqa ayəsində isə Uca Allah belə buyurur: “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!”

Ey Rəbbim! Sənin istəyinlə baş verən hadisələrdə məni səbirli et! (13)

  Səbir və dö­züm anlayışları fərqlidir. Dö­züm, müəyyən sı­xın­tı və kə­dərə tab gətirməkdir. Hal­bu­ki mö­mi­nin ma­lik ol­du­ğu səbir anlayışı fərq­li­dir; səbir edən mö­min ba­şı­na gə­lən sı­xın­tı­la­ra gö­rə qəm çək­məz, ək­si­nə, Al­la­ha olan ya­xın­lı­ğı da­ha da ar­tar və do­la­yı­sı i­lə se­vin­ci, hə­yə­ca­nı və şöv­qü da­ha da yük­sək olar. Qu­ra­nın bir çox ayə­sin­də səbr etmək əmr edil­miş­dir:«Sən səbr et. Şüb­hə­siz ki, Al­la­hın və­di haq­dır. Qoy qə­ti inan­ma­yan­lar sə­ni səni etinasızlığa sövq etməsinlər.!» («Rum» su­rə­si, 60).« Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-İm­ran» su­rə­si, 200).«Səbir et. Sə­nin səbir et­mə­yin yal­nız Al­la­hın kö­mə­yi­lə­dir. On­lar­dan öt­rü kə­dər­lən­mə və qur­duq­la­rı hiy­lə­lə­rə gö­rə də ürə­yi­ni qıs­ma!» («Nəhl» su­rə­si, 127).Al­lah mö­min­lə­rin səbir yo­lu ilə sı­na­na­caq­la­rı­nı be­lə bil­dir­miş­dir:«And ol­sun ki, Biz içə­ri­niz­də­ki mü­ca­hid­lə­ri və səbir edən­lə­ri ayırd edə bil­mək üçün si­zi im­ta­ha­na çə­kə­cək və si­zə da­ir xə­bər­lə­ri də yox­la­ya­ca­ğıq» («Mu­həm­məd» su­rə­si, 31).

Ey Rəbbim! Xətalarıma göz yum! (14)

Allah bağışlayan və mehrabansa, şübhəsiz ki, bağışlanma diləyən, günahlarına görən peşman olanları əfv edəcək, onların günahlarına göz yumacaq.

Ey Rəbbim! Allah xofuni qəlbimdən əskik etmə! (15)

  Allah qorxusunun dərəcəsi insanın iman mərtəbəsindən asılıdır. Adi insanlarla övliyaların qorxusu arasında çox fərq var. Övliyalar üçün dünya təhlükələri heç bir qorxu törətmir. “Yunis” surəsinin 62–ci ayəsində oxuyuruq: “Bilin ki, Allahın dostları üçün heç bir qorxu yoxdur və onlar kədərlənməzlər”. Övliyalar zalım rəhbərdən, qaçaq quldurdan və digər dünyəvi təhlükələrdən yox, yalnız və yalnız Allahdan qorxarlar.
  Əhli–beytdən (ə) nəql olunmuş dualara nəzər salsaq faydalı qorxunu tanıya bilərik. “Kumeyl” duasında Həzrət Əli (ə) Allaha müraciətlə belə ərz edir: “Tutaq ki, əzabına səbr edə bildim, bəs səndən uzaqlığa necə dözəcəyəm?!” Bu kəlamdan aydın olur ki, övliyaların qorxusu biz düşündüyümüz qorxu deyil. Onlar Allahın əzabını bizdən çox dərk etsələr də, bu əzabdan yox, Allahın narazılığından qorxurlar. Gəlin e`tiraf edək ki, bu hissləri anlamaq bir o qədər də asan deyil. Deyilənləri anlamaq üçün məhəbbət bağlılığına nəzər salaq. Aşiqin ən böyük ehtiyacı mə`şuqun diqqətini cəlb edib ona qovuşmaqdır. Vüsalın ziddi fəraqdır. Aşiq öz mə`şuqunun fəraqından nalə çəkir. Allahın fərağından nalə çəkənlər də var. Əgər ilahi eşqi dərk etmiriksə, bunun səbəbi mə`rifətimizin azlığıdır. İlahi eşqdə də vüsal var. Əgər Həzrət Əli (ə) şirin vüsalı dadmasaydı, acı fəraqdan qorxmazdı. Vüsalın şirinliyi məhəbbətin mərtəbəsindən asılıdır. Övliyaların duyduğu ləzzət misilsizdir və bu halla tanış olmaq üçün münacatları mütaliə etmək lazımdır. Bu mütaliələrdən sonra mə`sum İmamların (ə) ilahi məhəbbətinə heyran qalmamaq olmur.

Ey Rəbbim! Məni pis adamlardan uzaqlaşdır! (16)

İnsan Qiyamət günü dünyada pis adamlarla dostluğuna görə peşman olar. Hidayət olmayan, tərbiyələnməyən insanla əlaqəni kəsmək lazımdır.

Ey Rəbbim! Ehtiyac və arzularımı məsləhətinə uyğun yerinə yetir! (17)

  Arzular da ehtiyaclar da çox. Amma bu arzuların həyata keçməsi, ehtiyacların ödənməsi insanın zərərinə tamamlana bilər. Ona görə də insane Allahdan xeyir istəməlidir.

Ey Rəbbim! Açılan səhərləri bərəkətli buyur! (18)

Hər yeni gün ömür üçün yeni mərhələ ola bilər. Gecə ibadət edib, sübh günəşin tülusunu seyr edən insan artıq sübhün ilk xeyirinə çatmışdır.

Ey Rəbbim! Xeyrə doğru yolumu hamarla! (19)

Xeyirə aparan yolu tanımaq bəs etmir, bu yolda maneələr var. İnsan bu maneələri aşmağa çalışmalı və Allahdan yardım diləməlidir.

Ey Rəbbim! Mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! (20)

  Mübarək Ramazan ayı çox şərəflidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar. Cəhənnəmdən azad olar. O oruclunun savabı qədər ayrıca buna da savab verilər. O oruclunun savabı heç azalmaz. Bu ayda əmri altında olanların işlərini yüngülləşdirən, onların ibadət etmələrinə asanlıq yaradan amirlər də bağışlanar, Cəhənnəmdən azad olar. Şərif Ramazan ayında Rəsulullah əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və yaxşı iş edə bilənlərə bütün il bu işləri etmək nəsib olar. Bu aya hörmətsizlik edənin, günah işləyənin bütün ili günah işləməklə keçər.

Ey Rəbbim! Şeytanın mənə hökmranlıq yollarını bağla! (21)

  Cinlərin və şeytanların şərindən qorunmaq üçün yeganə yol mənən kamilləşmək, batin və zahirin vəhdətinə nail olmaqdır. Mənən tərəqqi etməyən və bu vəhdətə çatmayan insanların bir tərəfi mütləq şeytanların təsiri altına düşür və natamam qalır.
Cin və şeytanların şərindən qorunmaq üçün daima dua etmək lazımdır. Dua və zikirlərlə gül ətirli bir ab-hava və atmosfer meydana gətirmək gərəkdir. Mömin daima “əuzu billəhi minəş-şeytanir-racim” nərdivanı ilə Ucalar Ucasının qüdsi qalasına sığınmalıdır. Çünki şeytan və xəbis cinlər oraya girə bilməz, əlləri o müqəddəs sığınacağa çatmaz.
  “Əuzu” sözünün mənası Allaha yönəlmək, Aləmlərin Rəbbinə sığınmaq deməkdir. Çünki O, Rəbbdir. Hər şeyin öhdəsindən gəldiyi kimi cin və şeytanların da öhdəsindən gələr. “Əuzu bikəlimətilləhit-tamməti min şərri mə xaləq”, yəni “Məxluqların şərindən Allahın tam (müqəddəs, kamil) kəlmələrinə sığınıram” deyərək Allaha sığınan bir insana şeytanlar zərər verə bilməzlər.

Ey Rəbbim! Sənin razılığına bais olan işlərdə məni müvəffəq et. (22)

  Allahın razılığını qazanmaq üçün ilk öncə Allahı tanımalı, sonra onu sevməli, onun vacib buyurduğu əməlləri yerinə yetirməliyik. Biz Allahdan razı olmalıyıq ki, Allah da bizdən razı olsun. Verdiyi maddi və mənəvi nemətlərin daim şükrünü etməli, bizə üz verən bəlalara səbr etməliyik.
Musa peyğəmbər (ə) Allah-Təalaya ərz etdi ki, ey mənim Pərvərdigarım, mənə elə bir iş örət ki, onunla məndən razı qalasan. Vəhy gəldi: "Mənim təqdiratıma razı olsan, Mən də səndən razı qalaram".
  Allahın razılığını qazanmaq üçün ətrafımızdakı insanların da razılığını qazanmaq çox önəmlidir. Allahın razılığını qazanmağa səbəb olan mühüm amillərdən biri də əhli-beyt məhəbbətidir.

Ey Rəbbim! Günahlarımı yuyub, eyblərimi təmizlə! (23)

  Allah-təala insandan hasil olan günahların bağışlanması üçün bizə bir neçə yollar
öyrədib. O yollardan birincisi tövbədir.Tövbə insanın günahlarını yuyub aparır, necə ki, pak su çirkdən təmizləyir. Əgər günahkar kəs həqiqi tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Günahdan tövbə edən kəs günahı olmayan kimidir. Hətta Allah-Təala günahından tövbə edən kimsənin keçmiş günahlarını belə savaba çevirir.

Ey Rəbbim! Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım et! (24)

  Həqiqət budur ki, bizim həyatımızda – istər bilə-bilə, istərsə də bilmədən; istər qəflət, istərsə də agahlıq üzündən günahla savab yanaşıdır və çox hallarda böyük savab xırmanları kiçik günah qığılcımı ilə od tutub məhv ola bilər.
  Bundan əlavə, Allahın mərhəməti olmasa, hətta bizim yaxşı əməllərimiz də Onun bizə əta etdiyi nemətlər müqabilində olduqca kiçikdir. Əsas etibarı ilə bizim mərifətimiz elə bir həddə deyildir ki, Allaha layiq olan şəkildə ibadət və pərəstiş etmiş olaq. Necə ki, Adəm övladının sərvəri Həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) bu mənanı etiraf edərək deyir: “Pərvərdigara! Səni layiqincə tanıya bilmədik, bəndəlik məqamına layiq olan şəkildə Sənə bəndəlik və ibadət etmədik.” Allahın inayət və mərhəməti o kəslədir ki, bütün ömrü boyu xalis şəkildə Onun xidmətində olsun – istər az ömür sürmüş olsun, istərsə də çox.

Ey Rəbbim! Məni Sənin dostlarını sevənlərdən, sənin düşmənlərinə düşmən olanlardan qərar ver! (25)

Necə olar ki, Səni sevməyəni sevim? Səni sevməyən özünü sevmirsə məni necə sevəcək?! Səni sevməyəni sevməkdə təhlükə var, bəla var.

Ey Rəbbim! Mənim səylərimi səmərəyə çatdır! (26)

  Bu misilsiz kəlamda təqvalılar imamı Əli (ə) buyurur: «Ruzi üçün çalış, həqiqətən, təyin olunmuş ruzi sənə çatasıdır». Əksər insanlar var-dövlət əldə etmək üçün həddən ziyadə çalışırlar. Amma bu çalışanlar arasında təsadüf insanlar istəyinə nail olur. Bir çoxları bu yolda hətta əlindəki sərmayəni də itirir, bə’ziləri isə olduqca az qazanc əldə edirlər. Elələri də var ki, dünya malının ardınca qaça-qaça nəhayətdə acından ölürlər. Qızılını balta kəsməyən elə varlılar da var ki, xəstəlik və ya digər bir səbəbdən qazancının bir tikəsini də rahat yeyə bilmir. Belə təsadüflər də olur ki, yaranmış şərait kimlərəsə böyük var-dövlət verir. Bütün bunlar sübut edir ki, əslində dünya ne’mətlərinin qədəri bizim çox çalışmağımızdan asılı deyil. Demək, orta bir yol tutulmalıdır. İnsan nə öz zəhmətinə güvənməli, nə də tənbəllik göstərib oturmalıdır. Ən əsası, insan öz vəzifəsinə əməl etməlidir. Nəticə isə Allahdan asılıdır.

Ey Rəbbim! Mənə Qədr gecəsinin fəzilətini (o fəzilətdən faydalanmağı) nəsib et! (27)

  Qədr gecəsinin iyirmi birinci gecəsi, qədr gecələrindən biridir. On doqquzuncu gecəyə münasibətdə iyirmi birinci gecənin qədr gecəsi olması daha çox ehtimal edilir. Bu əziz gecənin əhəmiyyət və əzəməti Qurani-kərimdə aydın şəkildə bəyan olunmuşdur. Fürsəti qənimət saymalı, ömrümüzün bu dəyərli anlarının boşa getməsinə yol verməməliyik. Olsun ki, kimlərsə rəvayətlərdə buyurulan, alimlərin nəql etdiyi məlumatlara şübhə ilə yanaşır. Amma Qurana zərrəcə imanı olan kəs qədr gecəsinin dəyərini inkar etmir. Allah-taala öz səmavi kitabında aydın şəkildə buyurur: “Qədr gecəsi min aydan üstündür.” Min ay səksən üç il dörd ay deməkdir. Bu həqiqətə inam insanı qədr gecəsinə diqqətli olmağa, həmin gecənin anlarının qədrini bilməyə sövq edir. Əlbəttə ki, əməllərin ən üstünü şəriətin vacib buyurduğu əməllərdir. Əgər bir insanın öhdəsində qəza namazı varsa, imkanı həddində həmin gecə qəza namazlarından qılsın. Əgər bir müsəlmanın boynunda xüms və zəkat, qohumların və qonşuların haqqı varsa, çalışsın ki, bu haqdan heç olmaya bir qədərini ödəsin. Əgər mömin şəxs kiminləsə küsülüdürsə, həmin gecə barışmağa çalışsın. Unutmamalıyıq ki, günahlara diqqət ən vacib əməllərdəndir. Vacib əməllərdən sonra Quran oxumaq, zikrlər söyləmək və Allahla raz-niyaz etmək həmin gecənin faydalı işlərindəndir.

Ey Rəbbim! Sənə yetmək üçün yaxın yolu göstər! (28)

  Hər bir insan Ilahi əmrlərə və pak Məsumların (ə) fərmanlarına yaxınlığına və məhəbbətinin dərəcəsinə görə Sirati-mustəqimə yaxındır və axirətdə rahatlıqla siratdan keçəcəkdir. Hər bir kəs ki, haqq yolundan, Peyğəmbər və övliyaların əxlaqından və tutduqları yoldan uzaqda olarsa, bu uzaqlığın ölçüsünə görə Sirati-mustəqimdən uzaq olar və axirətdə sirat körpüsündən cəhənnəmə süqut edər. Ona görə də sirat körpüsü ilə insanın dünyada keçdiyi yol arasında dəqiq tənasüb və uyğunluq mövcuddur. Daha aydın desək, insanın dünyada keçdiyi yol siratdan keçərək və ya ondan cəhənnəmə süqut edərək zahir olur və öz əksini tapır. Sirat körpüsündəki sürətin sürətli və ya asta olması dəqiqliklə haqq yolu ilə bir istiqamətdə olmaq və Allah fərmanlarına əməl etməyin dərəcəsindən asılıdır. Ona görə də o kəs ki, dünyada Allah Təalanın buyuruqlarına daha çox itaət və tabelik göstəribdirsə, siratdan işıq kimi keçəcəkdir. Amma o kəs ki, haqq və həqiqət yolunda fasilə göstərib - bunun tənasübünə uyğun siratın üzərində çətinliyə düşəcəkdir.
  Hədislərdə bu haqda deyilir: “Siratdan bəziləri sıçrayan işıq kimi, bəziləri atın çapması kimi, bəziləri görd əl və ayaq üstə, bir dəstə yol gedən kimi, başqaları isə elə bil ona çəng çalıblar və onun bir hissəsi də alovlanıb, o cür keçəcəklər və bəziləri də ondan heç vaxt keçməyib, ondan cəhənnəmə süqut edəcəklər”.
Biz müsəlmanlar ki, İslamın zühürundan və məsumların vilayətindən sonrakı əsrdə yaşayırıq, siratın təhlükələrindən amanda qalmaq üçün vəhy xanədanının vilayəti ilə bir olmalı və fərmanlarına riayət etməliyik. Allahın Rəsulu (s) Mövla Əliyə (ə) buyurur: “Ya Əli! O zaman ki, Qiyamət günü olar, mən, sən və Cəbrayıl siratın baş tərəfində dayanacağıq, ondan sənin vilayətinə şəhadət verməyən bir nəfər də keçməyəcəkdir”.
  Pak Məsumların vilayətinə və dostluğuna nisbət də bunun kimidir, dünyada xalisi saxtadan və haqqı batildən ayırmaq asan deyildir və bu əməllərin asan fərz olunması xüsusi çətinliklərlə bərabər olacaqdır. Ona görə də hədislərdə siratı tükdən də nazik və qılıncdan da iti kimi təsvir edirlər.
Həzrət Peyğəmbər (s) buyurub: ”Sirat 7 körpüdür, tükdən nazik və qılıncdan itidir, hər biri 3 min il yoldur, min il yuxarı, min il aşağı və min il hamar yoldur və hər bir körpünün bəndinə çatanda onu saxlayarlar və soruşarlar. Birinci körpüdə imandan, ikinci körpüdə namazdan, üçüncü körpüdə zəkatdan, dördüncü körpüdə orucdan, beşinci körpüdə həccdən, altıncı körpüdə xəyanətdən, yeddinci körpüdə isə ata və ananın haqqından soruşarlar”.

Ey Rəbbim! Qəlbimi qeybət, böhtan qaranlığından təmizlə! (29)

  “Çox danışanın çox xətası, çox xətası olanın da çox günahı olar. Günahları çox olanın isə tövbə və istiğfarları onları təmizləmədiyi müddətcə onun yeri cəhənnəmdir. O zaman kim Allaha və axirət gününə inanırsa ya xeyir danışsın ya da ki, sussun!…”

Ey Rəbbim! Tutduğum orucları öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! (30)

  İslam bizdən nə istəyibdir? İstəyib bir quru və ruhsuz yaşayışımız olsun?! Ancaq namaz qılaq; oruc tutaq; zikr deyək; dua oxuyaq; görəsən İslam ancaq bunları bizdən istəyib və başqa heç bir iş etməyək? Məsumların (ə) həyatı bu cür olubmu? Əli ibni Əbu Talib səhərdən axşama qədər ancaq dua oxuyurmuş? Ancaq namaz qılırmış?! Ancaq zikr deyirmiş?! Ancaq bu!Başqa bir iş görmürmüş? Bu cür deyil. Əli ibni Əbu Talib (ə) siyasət adamıdır; döyüş adamıdır; elm adamıdır; iş adamıdır: Bir kəs ki, o cür işləyir: quyu qazır; yer altı su kanalı çəkir və suya çatdırır; ancaq zikr demir. Bəs Əlinin ibadəti hardadır? Əlinin ibadəti ancaq kumeyl duası oxuyan vaxtlardır? Əlinin ibadəti ancaq namaz qılan vaxtlardır?
  O namaz ki, o qədər Allaha diqqətli olur ki, onu və nizəni ayağından çıxarırlar, hiss etmir. Yox, Əli ibni Əbi Talib (ə) hətta quyu qazdığı vaxtda ibadət edir. O vaxtdakı döyüşür ibadət edir.
  Bu zarafat deyil ki, o gündə Əlinin vurduğu zərbə, cinin və insin ibadətindən yüksəkdir; nə üçün çünki özü ibadətdir; yəni insanın bütün yaşayışı ibadət olur. Buna əsasən əgər biz ikinci dəfə bu suala qayıdsaq ki, həqiqətən Allah bəyənən yaşayış nə deməkdir?
Cavab budur; yəni həmin gördüyümüz işlər hətta çox adi və gündəlik işlər; yemək içmək kimi, bunlar Allah üçün və ibadət ola bilər. Mümkündür soruşula, necə?
Cavab budur ki, yemək yediyiniz vaxt yemək qanunlarına diqqət edin; çünki hər şeyi yemək olmaz; haram malı yemək olmaz. Bir sıra yeməlilər var ki, İslam onların yeyilməsin qadağan edibdir, onları yemək olmaz, əgər onlardan qorunuz, çalışın mal, halal mal olsun; və yemək ki, yeyirsiz, bu niyyətə olsun ki, iş görmək üçün qüvvə tapasız, iş bunun üçün olsun ki, xalqın işindən bir düyün açılsın.
Qardaşa, bacıya, övlada, həyat yoldaşına və həmkara kömək edə biləsiniz ki, mənəvi yüksəklik tapsınlar, işləyirsiniz bunun üçün ki, bir vəzifəyə əməl etmiş olasız, həmin yemək ibadət olur, yatmaq ibadət olur.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə