Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Bədxasiyyətlik narazılıqlara səbəb olur

Ədəbi yazılar

Bədxasiyyətlik narazılıqlara səbəb olur

   Bəzi xoşagəlməz adət və xüsusiyyətlər dostluq əlaqələrinin pozulmasına səbəb olur. Xoşagəməz əxlaq və xüsusiyyətlərə yiyələnən şəxslər sözün əsl mənasında özləri ilə başqaları arasında böyük maneə yaratmışlar. Elə bir maneə ki, onu yararaq onlarla səmimi dostluq əlaqələri yaratmaq qeyri-mümkündür. Bu bir həqiqətdir ki, «bədxasiyyətlik» insanın dəyərini azaldır və səadətə nail olmasına ağır zərbə vurur. Şübhəsiz ki, hər bir şəxs bu kimi insanlarla ünsiyyətdə olmaqdan qaçar və onlarla bir müddət ünsiyyətdə olduqda əzab çəkər. Təbii ki, belə bir şəxs bütün mövqeiyyət və imkanatları özündən uzaqlaşdırmış olur. O, onun tərəqqi və inkişafına köməklik edə biləcək qüvvələri əldən vermiş olur.
   Ünsiyyətdə olmazdan və dostluq əlaqələri qurmaqdan əvvəl hər şeyi yaxşıca araşdırmalı və yalnız sonra bu istiqamətdə addım atmaq lazımdır. Cəmiyyətin adət-ənənələri ilə müxalif olan işlər görməməli və cəmiyyət üzvlərinin narahatçılığına səbəb olan addım atmamalıdır. Əks təqdirdə həmən cəmiyyətdə yaşamaq və gözəl əxlaqa yiyələnmək qeyri-mümkün bir hala çevrilir. Gözəl əxlaqa yiyələnməyin ən başlıca şərti isə cəmiyyət üzvləri ilə səmimi münasibətdə olmaqdır. Yalnız belə bir olduğu bir halda insanın bütün həyat qüvvələri onu fəaliyyətə vadar edir və həyatın bir çox sahələrində öz təsirini qoyur. Səmimiyyət və mehribançılıqdan başqa heç bir xüsusiyyət başqalarının hiss və duyğularını oyadıb onların ağrı-acılarını azalda bilməz.
  Belə bir yüksək ruhiyyəyə yiyələnən hər bir şəxs heç vaxt başqalarının narahatçılığına səbəb olan hər hansı bir iş görməyir. Bəlkə, əksinə olaraq qəm-qüssələri dağılsın deyə ətrafındakıları özünə cəlb edərək sevinc və şadlıq yaradır. Bəzi çətinliklərə baxmayaraq öz soyuqqanlığını qoruyub saxlayır və yaşadığı mühitdə yaranmış qeyri-normal şəraiti öz axarına salmağa çalışır.
   Gözəl xasiyyət, hər bir insanın müvəffəqiyyətə nail olması üçün ən başlıca şərtdir. Hətta aparılan böyük müamilələrin müvəffəqiyyəti belə hər iki tərəfin gözəl əxlaq davranışından çox asılıdır.
   Hər hansı bir idarə və müəssisəyə rəhbərlik edən şəxs gözəl əxlaq və əhval ruhiyyəyə malik olduğu təqdirdə təbii ki, ətrafındakılarını özünə daha cəlb edib onların rəğbətini qazana biləcəkdir.
Hafiz Şirazi şerlərinin birində deyir:

Nəzər sahiblərini gözəl əxlaq və xasiyyət ilə ov etmək olar
Dən və torla isə quş və toyuqları tutarlar.

   Sevilməyin sirr də məhz gözəl xasiyyətə yiyələnməkdədir. Bədxasiyyətliyin isə kökü hər nə olarsa başqaları üçün dözülməz bir şeydir. Əgər ünsiyyətdə olduğunuz şəxslərin rəftar və davranışlarını araşdırsanız görəcəksiniz ki, nə üçün onlardan bəziləri qəlblərinizə yol tapa bilməmiş, bəziləri isə sizi özlərinə cəlb edə bilməmişdir. Avropa alimlərindən biri apardığı təhqiqatlardan sonra yazır: «Bir qədər çox gülərüz və əhval ruhiyyəli olmaq qərarına gəldim. Səhəri gün işə gedərkən bu məsələni öz-özlülüyümdə götür-qoy edirdim. Bir müddət idi ki, qarşılaşdığım çətinliklər üzündən bir qədər kefsiz idim. Öz-özümə dedim: Bir neçə müddət diqqət yetirib görmüşəm ki, başqalarının mənə qarşı gülərüz və mehriban olmaları əhval-ruhiyyəmi daha da artırır və bu da gündəlik fəaliyyətimə böyük köməklik göstərir. Görəsən mən də başqalarına belə bir təsir göstərə bilərəmmi? Yol gedərkən bir daha gülərüz olmaq qərarına gəldim və özümü qane etməyə çalışdım ki, mən xoşbəxt bir insanam. Bir qədər getdikdən sonra özümdə böyük bir rahatlıq hiss etdim. Sanki qanad açıb uçmaq istəyirdim. Ətrafımdakılara nəzər saldıqda onların üzlərində qəm-qümssə və kədər əlamətləri görməyə başladım. Ürəyim onlara yandı, istərdim daxilimdəki hissdən onlara verəm. İş otağıma daxil olub mühasibət işləri aparan həmkarıma salam verdim. Başqa vaxtlar isə heç vaxt bu işi görməzdim. Dərhal aramızda səmimiyyət və yüksək əhval ruhiyyə yarandı və mən başa düşdüm ki, mənim yüksək əhval ruhiyyəm ona da təsir göstərmişdir. İşlədiyim şirkətdə olduqca tünd xasiyyətli bir şəxs rəhbərlik edirdi. Həmən gün o, gördüyüm işlərə o qədər ciddi iradlar tutdu ki, əgər başqa vaxtlar olsaydı qəzəbimdən özümə yer tapa bilməzdim. Çünki, olduqca həssas bir insanam. Lakin o gün necə olursa-olsun qəzəblənməyəcəyimə söz verdiyim üçün müdirə gülərüzlə cavab verdim və onun ruhu belə incimədi. Bu həmən gün qarşılaşdığım ikinci hadisə oldu. İş vaxtı qurtaranadək belə bir yüksək əhval ruhiyyəni həm özümdə, həm də həmkarlarımda qoruyub saxlaya bildim. Ailəlilər üçün ayırılmış yaşadığım pansionatda da bu işi təkrar etdim. Əvvəllər soyuqluq və başqalarına etinasızlıqdan başqa bir şey görmədiyim bir yerdə səmimiyyət və dostluq əhval ruhiyyəsinin yaranmasını müşahidə etməyə başladım. Nəhayət əldə etdiyim təcrübələrdən belə bir qənaətə gəldim ki, belə bir davranışla həm özümdə, həm də başqalarında yüksək əhval ruhiyyə yarada bilərəm.
   Əgər siz də ətrafınızdakılarla eyni qaydada olaraq davranarsınızsa sevinc və yüksək əhval ruhiyyənin hər yanda qönçə tək açıldığını görəcəksiniz və belə olduqda heç vaxt tək qalmayacaqsınız. Dostluq və səmimiyyət də daim ruhunuza hakim olacaqdır!»
   Kimsə, belə bir xüsusiyyətə yiyələnməklə hətta düşməninin ürəyinə yol tapmağı inkar edə bilməz. Könül oxşayan bir söz başqalarına sehramiz təsir bağışlayır. Danışıq zamanı istifadə olunan ədəbi cümlələr və yüksək əxlaq sözsüz ki, düşməni razı salmağa böyük təsir göstərir. Avropa yazıçılarından bir deyir: «Gözəl əxlaq və xasiyyətə malik olan şəxslərin üzünə bütün qapılar açıq olar, lakin bədxasiyyət şəxslər bir yerə girmək üçün gərək bağlı qapılara güc gəlib itələsinlər. Ən gözəl işlər isə, ədəb və nəzakətlə görülən işlərdir.»
   Gülərüzlük yalnız o zaman səadət və xoşbəxtliyə səbəb olur ki, riyakarlıqdan uzaq və səmimi qəlbdən olsun. Yəni başqalarına olan sevgi və qayğı ruhun dərinliklərindən fəvəran vurmalıdır. Səmimiyyət və səmimi qəlbdən göstərilməyən qayğı və məhəbbət heç vaxt özünün həqiqi dəyərini tapmayır. Tək zahiri gözəllik, batini gözəlliyə dəlalət etməyir. Çünki həmən zahiri gözəllik bir çox hallarda bütün pisliklərə aludə olaraq öz hiylə və məkrli niyyətləri ilə ətrafındakıları aldadıb məhvə doğru sürükləməyə can atır. Mələk cildinə girən iblislər də belədirlər. Onlar öz zahiri gözəlliklərindən istifadə edərək bir çoxlarını aldadaraq özünə cəlb edir və nəticədə onlara ağır təəssüratlardan savayı bir şey nəsib etməyir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə