Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Asqırmaq nədir?!

Bəziləri də asqırmağı uğursuz əlamət sayıblar: «Bu, səbir əlamətidir. Əgər bir yerə getmək, ya bir işi yerinə yetirmək istəyəndə asqırsan, ya dayan, ya da bir neçə an yerindən tərpənmə!»Bu əqidə də xurafat və əsassız adətlərdəndir. Onun heç bir əqli və şəri bünövrəsi yoxdur. Təəccüblüdür ki, bu xurafatın başlanğıcı İslamdan öncəyə, yəni cahiliyyət dövrünə aiddir. Cahiliyyət əsrini əhatə edən tarixi mənbələrdə yazılıb: «Ərəblər asqırığı nəhs əlamət olaraq qəbul edib, onu mütləq baş verəcək təhlükənin başlanğıcı sayırdılar. Buna görə də, asqırıq səsi eşidən zaman: «onun bəlası itlərimin canına düşsün»- deyərdilər. Əgər öncədən şəxsi münasibətləri pozulmuş şəxs asqırsaydı, « mənə yox, öz canına düşsün»-deyərdilər.Yazılanlara görə, ərəb padşahlarından birinin nağıl-dastan danışanı var imiş. Bir gecə nağıl danışan şəxs birdən şiddətlə asqırır. Padşahın bərk qəzəblənir. Nağılçı, padşahın əl-ayağına düşüb: «Mən bu işdə iradə sahibi deyildim və bu, soyuqladığım üçün oldu»-deyir. Qəzəb alovunda yanan padşah deyir: «Əgər asqırmağının həmişə bu cür olduğuna sübut gətirməsən, öldürüləcəksən!» Nağılçı da sabahı gün onun asqırığının həmişə şiddətli olduğuna şahidlik etməsi üçün bir nəfərə çoxlu pul verib padşahın yanında gətirir. Şahid təzim-ehtiramdan sonra deyir: «Mən şahidəm ki, o, bir gün şiddətli şəkildə asqırdı. Hətta asqırığının şiddətindən bir dişi də düşdü!» Bu xurafatın əksinə olaraq, pak imamlardan (ə) olan rəvayətlərdə asqırmaq, afiyət və salamatlığın amili adlanmış, onun insan cismi və ruhu üçün bərəkətli olduğu bildirilmişdir:
«Əsnəmək şeytandandır, asqırmaq isə Allah-Təala tərəfindəndir.»
Əsnəmək süstlüyə, yuxulu olmağa və bədənin fəaliyyətə hazır olmamasına işarədir. Amma asqırmaq Allahın rəhmət və lütfünün müjdəsi olub, insanı işə fəaliyyətə şövq edir. İslamın əziz Peyğəmbəri (s) bir hədisdə buyurub:
«Xəstənin asqırmağı, onun üçün salamatlıq nişanəsi, bədən üçün xeyir və rahatlıqdır.»
İmam Sadiqdən (ə) rəvayət olunub:
«Asqıran şəxs yeddi gün ölümdən amandadır.»
Asqırmağın mənəvi təsiri haqqında İmam Rzadan (ə) nəql olunub: «Allah-Təala, bəndəsinə bir nemət versə və o, nemətin şükrünü unudsa, Allah onun bədənində (ag ciyərdə) bir yel yaradır ki, bu da asqırmaq vasitəsilə onun burnundan xaric olur. O, asqırdıqdan sonra «Əl-həmdulillah» deyir və Allah da onu, bəndənin unutduğu şükrü olaraq qəbul edir.»
Administrator
Yazının mətnində "Xürafat" kitabından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə