Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Pərəstiş

Ədəbi yazılar

Pərəstiş

  İnsan ruhunun ən qədim, ən davamlı təcəlliyatlarından biri və insan vücudunun yönlərindən ən mühümü sitayiş və pərəstiş hissidir. Bəşər həyatında mövcud olan əsərlərin araşdırılması göstərir ki, insan olan hər bir zamanda və hər bir məkanda onunla yanaşı sitayiş və pərəstiş də olmuş, sadəcə olaraq bu işin zahiri forması və ibadət olunan şəxs bir-birindən fərqlənmişdir: Forma cəhətindən rəqslər, cəmlikdə edilən, ahənglə yanaşı olan hərəkətlər və bir sıra zikr və virdlərdən tutmuş ən yüksək xüzu, ən rəqiq zikr və sitayişlərə qədər; məbud baxımından isə ağac və daş parçasından tutmuş zaman və məkanın fövqündə dayanan münəzzəh, əbədi zatı qəyyum və əzəli olan Allaha qədər olmuşdur.
  Peyğəmbərlər heç də pərəstişi gətirib və ya onu ixtira etməmişlər, əksinə pərəstişin növünü, yəni hansı şəkil və formada ibadət olunmasını hansı növ əməllərin yerinə yetirilməsini bəşərə öyrətmişlər. Həmçinin onlar yeganə Allahdan başqasına pərəstiş etməyin, – yəni bütpərəstliyin və şirkin qabağını almağa çalışmışlar. Dini zərurətlər baxımından, eləcə də dinşünas alimlərin nəzərincə bəşər ilk dövrlərdə yeganəpərəst olmuş və özünün həqiqi məbudu olan Allaha sitayiş etmişdir. (Maks Müller kimi.)
  Bütə, aya, ulduza, yaxud insana sitayiş isə sonradan (ibadət və pərəstişdə) baş verən azğınlıq qəbilindəndir. Yəəni bəşər ilk dövrlərdə bütə, insana və yaxud başqa bir məxluqa ibadət etməmiş və tədriclə inkişaf edərək yeganə Allaha pərəstiş mərhələsinə çatmamışdır.
Bəzən dini hiss də adlanan pərəstiş hissi bütün bəşər övladlarında mövcuddur. Erik Forumdan belə nəql olunur: Mümkündür ki, insan canlılara, yaxud ağaclara, yaxud bər-bəzəkli bütlərə, yaxud daşa, yaxud gözə görünməyən bir Allaha, yaxud ilahi bir şəxsiyyətə, yaxud da şeytansifət bir rəhbərə sitayiş etsin. Eləcə də o öz ata-babalarına, bir millətə, tayfaya, öz partiyasına, yaxud pula, ehtiraslara və s.-yə pərəstiş edə bilər. Mümkündür ki, öz eətiqadlarının məcmuəsini din adı ilə qeyri-dini eətiqadlar seçsin, ola bilsin də əksinə olsun, yəəni elə fikirləşsin ki, heç bir din mövcud deyildir. Əsas məsələ dini olub-olmaması deyil, hansı dinə malik olmasıdır.
İqbalın nəql etdiyinə görə Vilyam Ceyms deyir:
  “Pərəstiş motivi bu məsələnin zəruri nəticəsidir ki, hər kəsin əməli və ixtiyari “mən”liklərinin ən güzclü qismətində, ictimai növdən olan bir “mən”lik olmaqla yanaşı, özünün kamil müsahibini yalnız düşüncə dünyasında tapa bilər: Camaatın əksəriyyəti-istər müntəzəm surətdə, istərsə də təsadüfü olaraq öz qəlbində ona müraciət edir. Yer üzündə olan insanların ən həqir fərdi belə, bu yüksək məqama diqqətlə özünü həqiqi və dəyərli hesab edir.”
Vilyam Ceyms bu hissin bütün insanlarda ümumi bir xarakter daşıması barəsində belə deyir:
“  Ehtimal verilir ki, insanlar öz vücudlarında, batini bir hissin nəzarət etməsindən yaranan təəsirlənmə dərəcəsinə görə bir-birləri ilə fərqli olsunlar. Camaatın bəəzisinə nisbətən digərlərində bu diqqət özündən agah olmağın ən mühüm qismini təşkil edir. Daha çox belə olan şəxslər ehtimal üzrə daha çox dindardırlar, lakin mən əminəm ki, ümumiyyətlə dinə malik olmadıqlarını iddia edənlər belə, özlərini aldadır və həqiqətdə müəyyən qədər dindardırlar.”
  Pəhləvanlardan, alimlərdən, dini şəxsiyyətlərdən əfsanəvi qəhrəmanlar düzəldilməsinin səbəbi bəşərdə mövcud olan təqdisetmə hissinin nəticəsidir. Belə ki, bununla tərif və təqdisə layiq bir varlığa malik olmaq, onu aşiqanə və təbiətin fövqündə dayanan bir həddə sitayiş etmək istəyir. Bəşərin mübaliğəli təərifləri o cümlədən, partiya, yaxud milli qəhrəmanlara, məram, məslək, bayraq, su, torpaq və s.-yə pərəstiş etmək, bunların hər birinin yolunda fədakarlığa meyl hissi və s. hamısı məhz bu hissin nəticəsidir. Raziniyaz hissi qərizəvi (instinktiki) bir hissdir ki, (insanı) heç bir nöqsanı olmayan kamala, çirkinliyi olmayan camala sövq edir. Hansı formada olmasından asılı olmayarq, məxluqata pərəstiş etmək bu hissin əsl yolundan bir növ azğınlıq sayılır.
İnsan pərəstiş halında özünün məhdud varlığından pərvaz edərək elə bir həqiqətə qovuşmaq istəyir ki, onda nöqsan və çatışmamazlıq, məhdudiyyət ümumiyyətlə mövcud deyildir. Müasir alim Eynşteynin sözü ilə:
  “Belə bir halda insan özünün bəşərə məxsus olan hədəf və məramlarının kiçikliyini anlayır, təbiətin varlıqlarının fövqündə dayanır və fikirlərdə təzahür edən əzəmət və cəlalı hiss edir.”
İqbal belə deyir:
  “Pərəstiş adi və həyati bir əməldir ki, onun vasitəsilə bizim şəxsiyyətimizin kiçik “adası” öz vəziyyətini həyatdan daha bir böyük bir külldə kəşf edir.
İbadət və pərəstiş insanda bir “imkan” və bir “meylin” olduğunu göstərir. İmkan dedikdə, maddi işlərin və aləmlərin sərhədlərini aşmaq və daha yüksəkdə dayanan yeni bir varlığa qovuşmağa meyl nəzərdə tutulur. Belə bir meyl eşq yalnız insana məxsus olan xüsusiyyətlərdəndir”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə