Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Yaxşılığa şövq etmək və pislikdən çəkindirmək

Ədəbi yazılar

Yaxşılığa şövq etmək və pislikdən çəkindirmək

   Müsəlmanın mühüm vəzifələrindən biri başqalarını yaxşılığa təşviq etmək və pislikdən çəkindirməkdir. Bu baxımdan bütün insanlar öz əməlləri və başqalarının əməllərinə görə məsuliyyət hiss etməlidirlər. Bu sayağı ictimai nəzarətlə insanlar yaxşılığa dəvət olunmalı, pis işlərdən çəkindirməlidir. İslam məntiqində fərdlərin cəmiyyətdə baş verən hadisələrə nəzarəti onların təbii haqqıdır. Çünki insanların taleyi bir-birindən asılıdır. Heç bir pis iş məhdud çevrədə qalmır. İstənilən bir çirkin əməl və günah hansısa dərəcədə ictimai bəlaya çevrilir.

   Həzrət Peyğəmbər (s) buyurur ki, günahkar insan cəmiyyət arasında gəmidə oturduğu yeri dələn kəs kimidir. Ona etiraz edildikdə deyir ki, mən öz oturduğum yeri deşirəm. Hansı ki, bu adamın qarşısı alınmasa bir müddət sonra gəmi suya qərq olasıdır.

   Qurani-kərimdə bu mövzu ilə bağlı buyurulur: “İmanlı kişilərin və qadınların bir-birləri üzərində vilayəti var, onlar bir-birlərinin yardımçısıdırlar, bir-birlərini yaxşılığa çağırır, pislikdən çəkindirirlər.” (“Tövbə”, ayə 71)
Quran baxımından imanlı insanlar bir-birləri qarşısında məsuliyyət daşıyırlar. Onlar bir-birlərini yaxşılığa çağırmağa və pislikdən çəkindirməyə borcludurlar.

   Allah-taala Qurani-kərimdə “əl-əmrə bil-məruf və ən-nəhyə ənil-munkər”i müsəlmanların imtiyazı sayır. Bu imtiyaz səbəbindən müsəlmanlar ən üstün ümmət adlandırılırlar: “Siz bəşəriyyətin xeyrinə varlıq mərhələsinə qədəm qoymuş ən üstün ümmətsiniz. Çünki yaxşılığa dəvət edir, pislikdən çəkindirirsiniz.”

Bu bir məsuliyyətdir. Bu məsuliyyəti öhdəsinə götürməyən mömin heybəti və qətiyyəti olmayan mömindir. Allah bu möminə qəzəb edər.

Allahın Rəsulu buyurub:

“Mütəal Allah zəif mömini, heybəti və möhkəmliyi olmayan möminə qəzəb edər. Bu həmin mömindir ki pis işdən çəkindirməz” (Məanil-Əxbar, səh-344)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə