Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar İnsanda olan bu nemətə kimsə paxıllıq etməz

Ədəbi yazılar

İnsanda olan bu nemətə kimsə paxıllıq etməz

 Gözəl əxlaqı nümayiş etdirən normalardan biri də təvazökarlıqdır. Təvazökarlıq sadəlik, parlaq simaya malik olmaq mənasına gəlib, özünəvurğunluq, özünü təmizə çıxarmaq və üstün tutmaq kimi xislətlərdən uzaq olmaq deməkdir.

Allah Təala bu barədə buyurur: “Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!” ( Nəcm-32)

Peyğəmbər (s) buyurur: “Allah Təala mənə vəhy etdi ki, təvazökar olasınız. Sizlərdən biriniz digərinə qarşı qürurlanmasın və haqsız davranmasın!”

  İnsan, üzərində haqqı olan kəslərə mülayim davranması və onların sözləri qarşısında baş əyməsi də təvazökarlığın əlamətidir. Bunlara valideynləri və alimləri, aid etmək olar. Hər şeydən əvvəl təvazökarlıq edib Allah Təalanın vacib etdiyi əməlləri yerinə yetirmək və Onun Rəsulunun (s) əmrlərinə tabe olmaq lazımdır. Alimlər deyirlər ki, Allahın itaətindən uzaq düşmüş dünya sakinlərinə təvazökar davranmaq dəyər-qiyməti olmayan rəzillikdir.

  Zəiflərə mərhəmət etmək, salamlaşma, şirindil olmaq, evdə ailəyə xidmət, dəvətin və hədiyyənin qəbul edilməsi və sair bu kimi əməllər təvazökarlığın əlamətləridir. Təvazökarlığın əksi isə təkəbbürlükdür. Təkəbbürlüyün ən böyüyü lovğalıq və yer üzərində fəsad törətməkdir.

  Allah Təala buyurur: “Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!” (Qəsəs - 83)

Hədislərə görə Allah təkəbbür edənləri alçaldar, təvazökarlıq edənləri isə ucaldar. Təkəbbür acizlikdən, təvazökarlıq isə xatircəm olmaqdan irəli gələr.

Bu əxlaqi keyfiyyət yeganə məziyyətdir ki, kimsə ona həsəd etməz.

İmam Həsən Əsgəri buyurub:

Təvazökarlıq elə bir nemətdir ki kimsə ona həsəd etməz (Mizanul-Hikmə,, səh-596)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə