Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Allaha doğru yolda alimlərin rolu

Ədəbi yazılar

Allaha doğru yolda alimlərin rolu

  Qədim dövrlərdə insan fikri və əməli çaşqınlıqdan qurtarmaq üçün qısa bir müddət dini maariflə tanış olmaqla, məqsədinə çata bilərdi. Amma bu günkü qatışıq dünyada kamilləşmək üçün müxtəsər dini bilik kifayət etmir. Elə bir əsrdə yaşayırıq ki, bəzən uzun illər dini məsələlərin təliminə sərf etmək də xoşbəxtliyini  təmin edə biləcək həddə çatmır.
Bu gün dünyəvi elmlər inkişaf etdiyi kimi, dini elmlər də tərəqqi etmişdir. Bir neçə yüz il əvvəl insan üç il, beş il dərs oxumaqla bütün elmləri öyrənə bilərdi.   Farabi, İbn Sina kimi dünya şöhrətli alimlər öz dövrlərinin bütün elmlərini qısa bir müddətdə əxz etmişlər. Amma bu gün bir elm sahəsinə yiyələnmək üçün on illərlə dərs oxuyan insanın biliyi, yenə də həmin sahəni tam şəkildə əhatə edə bilmir.
 Dini elmlər də olduqca genişlənib. Bu gün dini maarifdə elə sahələr yaranıb ki, həmin sahələrdə mütəxəssis olmaq üçün on illərlə oxumaq kifayət etmir. Məsələn, fiqh və üsul elmlərində ictihad dərəcəsinə çatıb nəzər sahibi olmaq üçün bir neçə on il oxumaq lazım gəlir.
Yaşadığımız dövrdə bəşəriyyət elmdən daha çox tərbiyəyə ehtiyaclıdır. İstər şərq, istərsə də qərb alimləri bu fikirdədirlər ki, insanlar mənəviyyat böhranından daha çox əziyyət çəkirlər.
“Cümə” surəsinin 2-ci ayəsində buyurulur: “Odur ki, savadsızlara onların öz arasından peyğəmbər seçdi ki, Allahın ayələrini onlara oxusun, onları paklığa çıxartsın və kitab və hikməti onlara öyrətsin.” Peyğəmbərlər və onların vəsiləri bu vəzifələri həyata keçirmək üçün misilsiz əziyyətlərə dözmüşlər. Bu silsilənin sonuncu nümayəndələri İslam Peyğəmbəri və məsum İmamlardır.
Lakin bu gün peyğəmbər və imamların olmaması insanların təlim və tərbiyəsinin başsız qalması demək deyil. Rəvayətlərdən məlum olur ki, bu məsuliyyət din alimlərinin üzərinə düşür. İslam Peyğəmbəri (s) buyurur: “Allahın rəhməti olsun mənim canişinlərim olan o kəslərə ki, mənim sünnətimi (qayda-qanunlarımı) diri saxlayıb onu Allahın bəndələrinə öyrədirlər.” Tərbiyə dini təlimə əsaslanmalı olduğundan bu iş də din alimlərinin üzərinə düşür. Bundan əlavə peyğəmbər sünnəti təkcə təlimdən yox, eyni zamanda tərbiyədən də ibarətdir.
Peyğəmbərin təlim və tərbiyə arasında sərhəd qoymaması bir daha təsdiq edir ki, təlim və tərbiyəni bir-birindən ayırmaq olmaz.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə