Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Çətinliklər və müsibətlər – məqamı artıran amillər

Öyüd-Nəsihət-Rəvayət

Çətinliklər və müsibətlər – məqamı artıran amillər

Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar. Sonra o pislik və çətinliyin yerinə yaxşılıq və xoşluq gətirdik, nəhayət (mal və övlad baxımından) artdılar və (yenə də ayılmayaraq) «bizim atalarımıza da narahatlıq və rahatlıq üz vermişdi (bu, təbii bir işdir, pərdə arxasında bir səbəbkar yoxdur)» dedilər. Belə olduqda, özləri də bilmədən, qəflətən onları yaxaladıq”. (“Əraf” 94-95).
Allah hər bir ümmətə peyğəmbər (ə) göndərmiş və onları İlahi nemətlərlə bəhrələndirmişdir. Onlara mal-dövlət, övladlar vermişdir. Ancaq onlar bu nemətin qədrini bilməyəndə Allah onları xəstəlik, yoxsulluq ilə imtahana çəkər. Bu zaman bəndələr Allahı yada salıb, Ona tərəf üz tutarlar. Xəstəlik, yoxsulluq, müsibət, çətinliklər bütün zamanlarda olmuşdur və xüsusi bir zaman və məkana aid edilmir. Bu, İlahi sünnətdir ki, hər bir insan bu dünyada imtahan olunmalıdır.

Mühüm olan budur ki, insan bu İlahi xəbərdarlıqlara diqqət edə bilsin, onlardan qafil olmasın.

Bu nurani ayələrdən çıxartdığımız nəticələr:

1. Çətinliklər və acılar İlahi sünnət kimi bütün qövmlərdə mövcud olmuşdur.

2. Çətinliklər və müsibətlər – quruculuq və qəfləti aradan aparmaq amilidir ki, insanın diqqətini Allaha tərəf yönəldər.

3. Çətinliklər həmişə imtahan deyildir, bəzən də lütfdür ki, bəla şəklində nazil olar. Necə ki, dəmiri atəşə salan zaman yumşalar və forma alar, hadisələr və müsibətlər də insanı yumşaldar və mülayim edər.

4. Bəzən rifah və yanlış baxışlar, üsyan və tüğyan amili olur.

5. Hər növ rufah lütfün nişanəsi deyildir, bəzən də imtahandır.

6. İlahi imtahandan kəsilənlərin əksər hissəsi zənginlərdir, məhrumlar deyil.

7. İlahi imtahan xəbər verməz və anidən gələr.

8. Dünyaya qərq olmaq və Allahı unutmaq insanı ani əzaba düçar edər.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, insan gərək ariflər kimi müsibət və çətinliklərə nemət kimi nəzər sala bilsin.

Çünki bu çətinliklər bəzən imtahan deyil, məhz lütfün nişanəsi kimi bizlərə nazil olar. Bizi bir dəmir parçası kimi hadisələrin od və alovundan keçirərək, yumşaldar və forma verər. Bizi insan edər. Ona görə də hər bir mömin müsibət və çətinliklərə hər an hazır olmalıdır və onlardan qorxmamalıdır. Çünki ancaq Allaha yaxın olan bəndələr daha çox imtahan və çətinliklə üzləşər ki, bu məqama layiq ola bilsinlər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə