Çr.ax10222019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Baqir (ə) Məqalələr İmam Baqir (əleyhissəlam): "... ayəni sizə göstərərəm.”

İmam Baqir (əleyhissəlam): "... ayəni sizə göstərərəm.”

   İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” ləqəbi almışdı.
İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı.
  İbn Həcər Heytəmi yazır: “Məhəmməd Baqir (əleyhissəlam) maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar.” (Əs-Səvaiqül-mühriqə, səh.201.)
İmam Baqir əleyhissəlamın dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah ibn Əta deyir: “Mən İslam alimlərini heç bir məclisdə Məhəmməd ibn Əli əleyhissəlamın məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm ibn Üteybəni Məhəmməd Baqir əleyhissəlamın hüzurunda yüksəkrütbəli müəllim qarşısında diz çöküb əyləşən, onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq (şagird) kimi gördüm.” (Təzkirətül-xəvas, səh.337; Əl-Bidayətu vən-nihayə, c.9, səh.311.)
İmam Baqir (əleyhissəlam) öz sözlərində adətən Quran ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: “Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu, Quranın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm.” (Ehticac, səh.176.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə