Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Əmirəl-möminin Əlinin (ə) ən üstün fəzilətləri o həzrətin öz dilindən

Əmirəl-möminin Əlinin (ə) ən üstün fəzilətləri o həzrətin öz dilindən

 Süleym ibn Qeys belə nəql edir: Bir şəxs Əli ibn Əbu Talibdən (ə) soruşdu: “Ən böyük fəzilətinizi mənim üçün bəyan edin.”

Həzrət buyurdu:“O fəzilətdir ki, Allah-taala Quranda nazil etmişdir.”

Soruşdu: “Allah-taala sizin barənizdə nə nazil etmişdir?”

Həzrət buyurdu: “Allah belə buyurur: 

و یقول الذین کفرو الست مرسلا قل کفى بالله شهیدا بینى و بینکم و من عنده علم الکتاب

“Kafirlər “Sən Allahın peyğəmbəri deyilsən!” deyirlər. De: “Mənimlə sizin aranızda Allahın, həmçinin, kitab elminə malik olan kəsin şahid olması kifayətdir.”” (“Rəd” surəsi, ayə 43) ” Allahın “kitab elminə sahib olan kəs” sözündəki məqsədi mənəm. (1)

Bu məsələ ilə bağlı Sudeyr imam Sadiqdən (ə) belə nəql etmişdir: “Mən, Əbu Bəsir, Yəhya Bəzzaz və Davud ibn Kəsir imam Sadiqin (ə) evində idik, birdən həzrət qəzəblə gəldi və oturduğu zaman da belə buyurdu: “Bizim qeyb elminə malik olduğumuzu güman edən kəslərə təəccüb edirəm. Allahdan başqa, heç kəs qeybi bilmir. Mən xidmətçini tənbeh etmək istəyirdim ki, qaçdı və mən onun hansı otağa getməsini bilmirəm!”

Həzrət məclisdən qalxıb otağa daxil olduğu zaman, mən Əbu Bəsir və Meysər o həzrətin arxasınca getdik və dedik: “Sizə fəda olaq, biz sizdən xidmətçi barəsində belə sözlər eşitdik. Biz bilirik ki, siz çoxlu elmə maliksiniz və qeyb elmini də sizə nisbət vermirik. Bizi məsələnin həqiqətindən xəbərdar edərsinizmi?” Həzrət buyurdu: “Ey Sudeyr, Quran oxumusanmı?”

Cavab verdim: “Bəli!”

Buyurdu: “Quranda bu ayəni görmüsənmi:

قال الذین عنده علم من الکتاب انا آتیک به قبل ان یرتد الیک طرفک

“Kitab elmindən azacıq elmi olan birisi dedi: “Mən onu sən gözünü qırpmadan öncə sənin yanına gətirərəm”” (“Nəml” surəsi, ayə 40)

Dedim: “Sizə fəda olum, oxumuşam.”

Buyurdu: “Həmin şəxsin kim olduğunu və kitab elmindən hansı miqdarda xəbərdar olduğunu bilirsənmi?” Cavab verdim: “Siz məni agah edin!”

Buyurdu: “Yaşıl bir dərya müqabilindəki bir damla qədər! Bu miqdar kitab elmi müqabilində nə qədərdir?”

Dedim: “Sizə fəda olum, bu cox azdır.”

Həzrət buyurdu: “Ey Sudeyr! (Əgər müqayisə olunmadan nəzərdə tutulsa,) Allahın onun sahibini elmə nisbət verdiyi üçün nə qədər çoxdur? Ey Sudeyr! Allah-taalanın kitabında bu ayəni oxumusanmı:

قل کفى بالله شهیدا بینى و بینکم و من عنده علم الکتاب

“De: “Mənimlə sizin aranızda Allahın və kitab elminə sahib olan kəsin şahid olması kifayətdir!”” (“Rəd” surəsi, ayə 43)”

Dedim: “Sizə fəda olum, oxumuşam.”

Buyurdu: “Bütün kitab elmi ixtiyarında olan kəsin dərrakəsi daha çoxdur, yoxsa, kitab elmindən bir qədər biliyə malik olan kəsin?”

Dedim: “Bütün kitab elminə malik olan şəxs daha üstündür.” Bu zaman o həzrət öz əli ilə sinəsinə işarə edərək iki dəfə buyurdu:

علم الکتاب و الله کله عندنا

“Allaha and olsun, bütün kitab elmi bizim yanımızdadır (ixtiyarımızdadır)!”” (2)

Bu məsələ ilə əlaqədar imam Baqirin (ə) səhabələrindən biri o həzrətdən “Rəd” surəsinin 43-cü ayəsi barəsində soruşduqda, o həzrət buyurdu: “Biz Əhli-beytik (ə) və həzrət Əli (ə) Peyğəmbərdən (s) sonra bizim birincmiz, bizim ən üstün olanımız və bizim ən yaxşımızdır.” (3)

İmam Sadiq (ə) Abdullah ibn Vəlidə peyğəmbərlər və ulul-əzmlərin fərqləri və Əmirəl-mömininin (ə) fəziləti barədə söylədiyi sözlərinin bir hissəsində belə buyurmuşdur: “Allah-taala buyurur:

و لا رطب و لا یابس الا فى کتاب مبین

“Yaş və quru ilə bağlı elə bir şey yoxdur ki, aşkar olan kitabda olmamış olsun.” (“Ənam” surəsi, ayə 59) Sonra imam Sadiq (ə) buyurdu: “Bu əzəmətdəki həmin kitabın elmi həzrət Əlinin (ə) ixtiyarındadır.”” (4)

Bu mətləblə bağlı diqqəti cəlb edən və düşündürücü məsələ bundan ibarətdir ki, Allah-taala “Ənam” surəsinin, 59-cu, “Yunis” surəsinin, 61-ci, “Hud” surəsinin 6-cı, “Taha” surəsinin 52-ci, “Həcc” surəsinin 70-ci, “Nəml” surəsinin 75-ci , “Səba” surəsinin 3-cü, “Fatir” surəsinin, 11-ci, “Hədid” surəsinin 22-ci ayəsi və digər surələrdə xilqətə aid məsələləri və onun bir kitabda qeyd edilməsini bəyan etmiş və “Vaqiə” surəsinin 77 və 78-ci ayələrində belə buyurmuşdur: “Bu, həqiqətən dəyərli olan Qurandır.” (77-ci ayə). “Örtülü olan bir kitabdadır.” (78-ci ayə), sonra Allah-taala davamında və 79-cu ayədə belə bir xüsusi mətləbə işarə etmişdir:

لا یمسه الا المطهرون

“Ona pak olanlardan başqa, heç kəs toxuna bilməz!” Bu mətləbdən Allahın nə üçün “Əhzab” surəsinin 33-cü ayəsində Allah Rəsulunun (s) Əhli-beytini (ə) peyğəmbərin özü kimi hər cür çirkinlik və pisliklərdən pak etmək istədiyi aydınlaşır. Allahın Rəsulu (s) Ümmü Sələmənin evində olduğu zaman öz əbasını Əmirəl-möminin Əlinin (ə), xanım Fatimənin (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) üsərinə örtüb sağ əli ilə asimana işarə edərək “İlahi! Bu, mənim əhli-beytim, mənə ən yaxın olan kəslər və mənim üçün xüsusi şəxslərdir. Onların əti və qanı mənim ətim və qanımdandır, hər cür pislik və çirkinliyi onlardan uzaqlaşdır!” – deyə buyurduğu zaman, bu ayə nazil olur.

Görəsən, nə üçün “Ali-İmran” surəsinin 61-ci ayəsi (Mübahilə ayəsi) nazil olduğu zaman, Allahın Rəsulu (s) Əmirəl-möminin Əlinin (ə), xanım Fatimənin (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) əlindən tutraraq mübahilə üçün vədələşdikləri yerə gedir?!

Bu mətləb Allahın bütün kitab elmini onların ixtiyarında qoymaq istədiyi pak və məsum olan Əhli-beytin (ə) məqam və əzəmətinin göstəricisidir. Həmin məstləbin aydınlaşması ilə onunla əlaqədar olan Qurandakı əksər məsələlər də izah olunur. Misal üçün Allah-taala “Ali-İmran” surəsinin 7-ci ayəsində Quran ayələrinin təvil edilməsi barədə buyurur ki, Quran ayələrinin təvil edilməsi elmi Allah və elmdə möhkəm olanların ixtiyarındadır. Bəyan edilən halları, həmçinin, Quranın gizli bir kitabda saxlandığını və o kitabın elminin pak olanların ixtiyarında olmasını nəzərə almaqla elmdə möhkəm olanların Allahın Rəsulu (s) və onun Əhli-beyti (ə) olması mövzusu tamamilə aşkar olur. Əmirəl-möminin Əli (ə) öz sözlərinin bir qismində on iki imamın xüsusiyyətləri ilə bağlı belə buyurmuşdur:

“Elmdə möhkəm olanların (Quran elmini bilənlərin) biz deyil, onlar olduğunu güman edərək bu iddianı yalan və zalımcasına bizim əleyhimizə rəva görən kəslər haradadır?! Allah-taala bizi ucaltdı və onları alçaltdı, bizə bəxş elədi, onları isə məhrum etdi, bizi öz rəhmətinə daxil onları isə oradan xaric etdi. Hidayət yollarını bizim bələdçiliyimizlə ötüb-keçirlər, kor qəlblər aydınlığını bizim sayəmizdə əldə edir. Həqiqətən, imamların hamısı Qüreyşdəndir və onun ağacını Bəni-Haşim xanədanında əkmişlər. Vilayət və imamət məqamı digərlərinə şamil və digərləri ona hakim (sahib) olmağı iddia etmək ləyaqətinə malik deyildir.”

Həmçinin, bu cəhətdən Əmirəl-möminin Əli (ə) “Siffeyn” döyüşündə həkəmiyyəti (hakimlik etməyi) qəbul etməsinin səbəblərini xəvaricə verdiyi cavabların bir qismində belə bildirmişdir:

“Biz heç zaman kişiləri hakim təyin etmədik, əksinə yalnız Quranı hakim olaraq qəbul etdik. Bu Quran yalnız dəridən olan iki cildin arasında saxlanılan və yazılmış olan xətlərdən ibarətdir, danışmaq üçün dili yoxdur və daima onu dilə gətirəcək kəslərə ehtiyaclıdır. Onu yaınız kişilər dilə gətirər. Şamlılar bizdən Quranı hakim təyin etməyimizi tələb etdikləri zaman, biz Qurandan üz çevirmiş olan dəstədən deyildik, ona görə ki, Allah-taala buyurmuşdur: “Hər hansı bir işdə anlaşılmazlıq və ixtilafınız olduğu zaman onu Allaha və onun Peyğəmbərinə həvalə edin (və onlardan hökm verməsini istəyin).” (“Nisa” surəsi, ayə 59) Beləliklə, əgər Allahın kitabı vasitəsi ilə doğruluq və düzlüklə hökm verilməli olsa, biz onunla hökm verməkdə insanların ən ləyaqətlisiyik. Əgər Peyğəmbərin (s) sünnəsi əsasında hökm verilməli olsa, camaatın ən ləyaqətlisi və onların ən üstünü bizik.” (5)

Bu məsələ ilə bağlı imam Sadiq (ə) belə buyurmuşdur:

نحن الراسخون فى العلم و نحن نعلم تأویله

“Elmdə möhkəm olanlar bizlərik və biz onun təvilindən agahıq!” (6)

Həmçinin, Allahın kitab elmini kimlərin ixtiyarında qoyması məsələsinin aydınlaşması ilə Allahın Rəsulu (s) və məsum şiə imamlarının (ə) digərlərinin əməl və vəziyyətindən necə xəbərdar olması kimi bəzi mətləblər də dərk oluna bilir. “Tövbə” surəsinin 105-ci ayəsi daha da anlaşılır. Allah-taala buyurur:

وَقُلِ اعْمَلُواْ فَسَیَرَى اللّهُ عَمَلَکُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلَى عَالِمِ الْغَیْبِ وَالشَّهَادَةِ فَیُنَبِّئُکُم بِمَا کُنتُمْ تَعْمَلُونَ

“Və de: “İstədiyinizi edin, tezliklə əməlinizi Allah, onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, o, sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir.””

Həmin səbəbdən, şiənin bu qəbildən olan hədisləri vardır: İmam Mehdi (əc) buyurur:

“Biz sizin bütün əməllərinizdən, halınızdan agah və onlarla tanışıq. Sizin barənizdə heç bir şey bizdən gizli deyil.” (7)

Yuxarıda qeyd olunan mətləbləri nəzərə almaqla bu ayədə hətta möminlərdə məqsədin Allahın onlara xüsusi lüft göstərdiyi hansı kəslər olması da məlum olur. Yəni, Allah-taala kitab elmi və xüsusi qüdrəti Peyğəmbərə (s) və onun məsum Əhli-beytinə (ə) bəxş etmişdir ki, işlərə rəhbərlik etməyi onlrın öhdəsinə qoysun.

1. “Süleym ibn Qeys”in kitabı, səh. 422; “Əl-İhticac”, c. 1, səh. 363 və “Bəsairud-dərəcat”, səh. 208-209.

2. “Nurus-Səqəleyn təfsiri”, c. 2, səh. 522.

3. “Nurus-Səqəleyn təfsiri”, c. 2, səh. 521.

4. “Əl-İhticac”, c. 2, səh. 139.

5. Məhəmməd Dəşti, “Nəhcül-bəlağə”, xütbə 125.

6. “Kafi”, c. 1, səh. 213. 7. “Mustədrəkul-vəsail”, c. 2, səh. 517, hədis 2606.

http://www.sibtayn.com/az/

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə