Çr11202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət DAŞDAN DA BƏRK QƏLBLƏR

Öyüd-Nəsihət-Rəvayət

DAŞDAN DA BƏRK QƏLBLƏR

 

 Qurani-Kərimin “Bəqərə” surəsinin 74-cü ayəsində belə buyurulur:


ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ فَهِی كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا یتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ وَإِنَّ مِنْهَا لَمَا یشَّقَّقُ فَیخْرُجُ مِنْهُ الْمَاءُ وَإِنَّ مِنْهَا لَمَا یهْبِطُ مِنْ خَشْیةِ اللَّهِ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

 “Bu hadisədən (qatilin tanınması üçün inəyin kəsilməsindən) sonra qəlbləriniz daş kimi bərkidi, yaxud daşdan da bərk (qatı) oldu. Halbuki bəzi daşlar yarılır və onlardan bulaqlar qaynayır, bəziləri yarılır və ondan su süzülür, bəziləri Allahın qorxusundan (sürüşüb) aşağı düşür (amma sizin qəlbləriniz Allahdan qorxmur, sizin nə elminiz, nə də insani duyğularınız var). Allah sizin əməllərinizdən heç də qafil deyildir!”

  Bu ayə Bəni-İsrailin “inək əhvalatı”ndan danışan ayyədən sonra qeyd olunur. Belə ki, Bəni-İsraildən bir nəfər müəmmalı şəkildə öldürülür və qatilini heç bir vəchlə müəyyən etmək olmur. Beləcə, qəbilələr arasında çəkişmə başlanır və onlardan hər biri bu cinayəti başqasının boynuna ataraq özünə bəraət qazandırır. Onlar bu çəkişmələrə son qoymaq üçün həzrət Musanın (ə) yanına gedib, məsələnin həlli yolunu ondan soruşurlar. Hadisəni adi yolla açmaq mümkün olmadığından, həzrət Musa (ə) böyük Allahdan onun möcüzə ilə həll olunmasını diləyir. Allah tərəfindən vəhy nazil olur və əmr edir ki, bir inək kəsib, ətindən bir parçasını cəsədə toxundursunlar. Bu zaman o diriləcək və öz qatili haqda məlumat verəcək. İnadkar qövm dərhal həzrət Musanı (ə) istehza etməyə başlayır. Həzrət Musa (ə) deyir: “İstehza cahillərin işidir və mən cəhalətdən Allaha pənah aparıram.” Onlar razılaşsalar da, bunu qəlbdən qəbul etmədiklərindən bəhanə ilə bir sıra suallar ortaya atırlar. Əvvəl inəyin yaşını soruşurlar. Həzrət Musa (ə) onlara cavabında deyir: “Allah buyurur ki, qocalıb əldən düşməyən və çox da gənc olmayan ortayaşlı dişi bir inək kəsməlisiniz.” Onlar sözü uzadaraq inadkarlıqla deyirlər: “Öz Allahından istə ki, onun rəngini də bizə anlatsın.” Həzrət Musa (ə) deyir: “Allah buyurur ki, başdan ayağa sarı rəngdə olub, göz oxşayan bir inək kəssinlər.” Bir sözlə, bu inək elə parlaq və xoşagələn rəngdə olmalıdır ki, görənləri heyran qoysun. Onlar bununla da kifayətlənmirlər və hər dəfə bəhanə axtararaq öz işlərini daha da çətinləşdirirlər. Məsələn deyirlər: “Rəbbindən istə, görək (iş və qabiliyyətinə görə) o inək necə olmalıdır? Çünki o, hələ də bizə naməlumdur.” Həzrət Musa (ə) deyir: “Allah buyurur ki, o heç kəsə ram olmayıb boyunduruq götürməyən, yeri şumlamayan, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inək olmalıdır.” Sanki bura çatanda, daha artıq suala yer qalmadığından deyirlər: “İndi iş tam aydın oldu!” Bundan sonra onlar inəyi tapıb kəsdilər, lakin bu işi görməyə heç də razı deyildilər. Beləliklə, inəyin ətindən bir parçanı ölünün bədəninə vurduqda dirilir və qatilini tanıdır.

  Bu böyük hadisədən sonra Bəni-İsrail qəbilələri Allahın qüdrəti, həzrət Musanın (ə) doğruluğu və ölümdən sonrakı həyatın varlığına inanaraq qəlbləri yumşalmalı, imanları artmalı idi. Lakin onlar belə ilahi nişanələri tez bir zamanda unudaraq qəlbləri bərkidi və haqdan uzaqlaşdılar. Qurani-Kərimdə bu haqda belə buyurulur: “Bütün bu hadisələrdən sonra o böyük nişanə və möcüzələri görüb təslim olmadıqdan sonra onların qəlbləri daş kimi, yaxud daşdan da bərk oldu.”

  İnsanın bədəninin ən mühüm orqanlarından biri ona daim həyat bəxş edən ürəyidir və onun dayanması, adətən, ölüm əlamətidir. Başqa orqanlara nisbət hisslər ona daha tez təsir göstərir, döyüntüsünün sürəti artır, ya da azalır. Ürəyin belə xüsusiyyətlərinə görə, bəzən sevinc, qəzəb və qorxu kimi bir çox duyğular birbaşa ona aid edilir. Odur ki, psixoloji fenomen sayılan qəddarlıq, rəhmsizlik və daşürəklilik onunla əlaqələndirilir: “Bütün bu hadisələrdən sonra onların ürəkləri daş kimi oldu...”

  Acı hadisələr zamanı heç bir reaksiya göstərməyənlər, günahsız insanların qanı töküldükdə, narahat olmayanlar və ya ləzzət alanlar daşürəkliliyin əlaməti olan mürüvvətsizlik, rəhmsizlik və qəddarlıq adına layiq görülürlər. Daş bərk və möhkəm olduğundan, ülfət və mehribanlıqdan uzaq ürəklər ona bənzədilir. Qurani-Kərimin bir çox ayələrində də bu məsəldən istifadə edilir:


ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ فَهِی كَالْحِجَارَةِ...

“Bu hadisədən (qatilin tanınması üçün inəyin kəsilməsindən) sonra qəlbləriniz (mülayimləşmək yerinə) daş kimi bərkidi.”

Yaxud daha kəskin çıxış edilərək İsrail övladlarının ürəklərinin daşdan da bərk olduğu bildirilir. Quran bu məsələni aydınlaşdırmaq üçün daşın xassələrindən söz açaraq bir neçə misal çəkir:

1. {وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا یتَفَجَّرُ مِنْهُ الْأَنْهَارُ} – Bəzi daşlar var ki, onlardan bulaqlar qaynayır.

2. {وَإِنَّ مِنْهَا لَمَا یشَّقَّقُ فَیخْرُجُ مِنْهُ الْمَاءُ} – Bəzi daşlar yarılır və ondan su süzülməyə başlayır.

3. {وَإِنَّ مِنْهَا لَمَا یهْبِطُ مِنْ خَشْیةِ اللَّهِ} – Bəzi daşlar da Allahın əzəməti qarşısında tab gətirməyib, dağın zirvəsindən aşağı düşür. (Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah əl-üzma Cəfər Sübhani, 4-cü məsəl.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə