Bz11172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Elm haqqında

Ədəbi yazılar

Elm haqqında

İmam Sadiq ə.s buyurur : Elm bütün yüksək halların əsli və uca dərəcələrin nəhayətidir. Elə buna görə də Rasulullah s.ə.ə.v buyurur: Bütün müsəlman qadın və kişilərə vacibdir ki , elm öyrənsinlər.
İmam Əli ə.s buyurur: Elm Çində olsa belə gedin.
(Burda elmdə məqsəd nəfsi tanımaq, onunla əlaqədar olaraq Rəbbini tanımaqdır.)
Rasulullah s.ə.ə.v buyurur : Hər kim öz nəfsini tanısa Rəbbini tanıyar.
Sizə o elmi tapşırıram ki, onsuz əməllər səhih olmaz. - bu isə ixlasdır; səmimi qəlb ilə inanıb əməl etmək.
Allaha yaxın olmaq - elm öyrənmək və elmin göstərdiyi yolla getməklə mümkün olur. Elm dünyada kişinin zinəti, və onu Cənnətə sövq edən vasitədir, onunla Allahın razılığına nail olmaq olur. Həqiqi alim odur ki, əməlləri saleh, zikrləri pak, sədaqətli, doğruçu, təqvalı olsun. Bu keyfiyyətlər onun dilindən, danışdığı sözlərdən yox, əməli fəaliyyətindən olmalıdır. Bu cür elm sahiblərinə əql, hikmət, həya , Allahdan qorxma kimi sifətlər olar. Amma bu zamanda belə alim yoxdur , adları alim olanlarda isə bu keyfiyyətlər yoxdur.
Alimdən əql, şəfqət, mərhəmət, helm, səbr, qənaət, bəxş etmə, mehribanlıq olmalıdır. Eləcə də elm tələb edən tələbə də elmə qarşı rəğbətli, iradəli, hafizəli, ali təbiət olmalıdır.
Misbahuş Şəriət lil İmam Sadiq ə.s

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə