Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar İnsan niyə ölümdən qorxur?

Ədəbi yazılar

İnsan niyə ölümdən qorxur?

  O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq cənnətə (hələlik Bərzəx aləmindəki cənnətə, Qiyamətdən sonra isə əbədi cənnətə) daxil olun» deyərlər”. (“Nəhl” 32).
Bəli, ölüm – qarşısı alınmayan bir həqiqətdir ki, hər bir canlı gec və ya tez onunla üzləşəcəkdir. Nəql edilir ki, bir nəfər İmam Sadiqin (ə) xidmətinə gəlir və deyir: “Bir dəstə insan deyir ki, (kafirin can verməsi) qayçı ilə parçalamaqdan, daşla sındırmaqdan daha ağırdır”.
  İmam (ə) buyurur: “Bəzi pis əməllilər və kafirlər üçün elədir. O kəslər ki, dünyada imanlı olublar, ömürlərini İlahi göstərişlərə əməl etmək, İlahi haramlardan çəkinməklə keçiriblər, can verən zaman mələklərlə görüşərlər ki, onlarla şərafətlə rəftar edərlər”. (Erfan)
Mərhum Şeyx Mufid nəql edir: “Bir gün bir nəfər İmam Cavada (ə) sual verir: Niyə insanların əksər hissəsi ölümdən qorxurlar?”.
  İmam Cavad (ə) buyurur: “Çünki insanlar ölümə qarşı nadandırlar və ondan xəbərləri olmadığına görə qorxurlar. Əgər insanlar ölümü tanısaydılar və özlərini Allah Təalanın bəndəsi, Əhli-Beytin (ə) dostu və davamçısı qərar versəydilər, ona qarşı nikbin və şad olardılar. Başa düşərdilər ki, axirət onlar üçün dünyadan daha yaxşıdır. Heç bilirsinizmi ki, uşaqlar və dəlilər niyə bəzi dərmanlara qarşı bədbindirlər və xoşları gəlmir? Baxmayaraq ki, onların sağlamlığı üçün faydalıdır, onların dərdini və narahatlıqlarını aradan qaldırır. Çünki onlar cahil və nadandırlar və bilmirlər ki, dərman onlara nicat verəcəkdir. And olsun o Allaha ki, Muhəmmədi (s) haqq olaraq məbus etmişdir, hər kim hər an özünü ölümə hazırlayar, əməl və rəftarına qarşı laqeyd olmazsa, ölüm onun üçün ən yaxşı nicat olar. Ölüm – səadəti təmin edən və cavidan dünyada xoşbəxtliyidir. O, cavidan aləmdə Allahın müxtəlif nemətlərindən bəhrələnəcəkdir””.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə