Çr09202017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə İslamda evlilik

İslamda evlilik

Evlənməyə həvəsləndirmək
«Subaylarınızı, əməli saleh qullarınızı və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz fəziləti ilə onları varlı edər. Allah geniş lütf və elm sahibidir.» (Nur, ayə 32)

«…Və Onun (qüdrət) nişanələrindən biri də ünsiyyətdə olmağınız üçün sizə zövcələr yaratmasıdır. Sizin aranızda məhəbbət və mərhəmət yaratdı. Həqiqətən, bunda nemət barədə düşünən insanlar üçün böyük ibrətlər vardır.» (Rum, ayə 21)

Allahın Peyğəmbəri (s):«Kim Allahla pak və təmiz halda görüşmək istəyirsə, ailəli halda Onun görüşünə getsin.» (Biharul-Ənvar, c.103,səh. 220, hədis 18)

Allahın Peyğəmbəri (s):«İslamda evlənmək qədər Allaha sevimli və əziz olan heç bir bina qurulmamışdır.» (Biharul-Ənvar, c.103,səh. 222, hədis 40)

Allahın Peyğəmbəri (s):«Evlənmək mənim sünnəmdir. Kim mənim sünnəmdən üz döndərərsə mənim ümmətimdən deyil.» (Biharul-Ənvar, c.103,səh. 220, hədis 23)

Allahın Peyğəmbəri (s):«Gənc çağında evlənən elə bir cavan olmadı ki, onun şeytanı belə fəryad qoparmasın:«Vay olsun ona! Vay olsun ona! Dininin üçdə ikisini mənim şərrimdən qorudu.» Buna görə də, insan digər üçdə biri qorumaq üçün ilahi təqvanı qazanmalıdır.» (Biharul-Ənvar, c.103,səh. 221, hədis 34)


Allahın Peyğəmbəri (s):«İnsan evlənən zaman dininin yarısını kamilləşdirmiş olur. Digər yarısını qorumaq üçünsə İlahi təqvanı qazanmalıdır.» (Kənzul-Ummal, hədis 44403)

Allahın Peyğəmbəri (s):«Yuxuda olan evli şəxs, Allah yanında gündüzlər oruc tutan, gecələr ibadət edən subaydan üstündür.» (Biharul-Ənvar, c.103,səh. 221, hədis 25)

Allahın Peyğəmbəri (s):«Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar.» (Biharul-Ənvar, c.103,səh. 217, hədis 1)

Allahın Peyğəmbəri (s): «Öz subaylarınızı evləndirin. Bu əməllə Allah-taala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar.» (Biharul-Ənvar, c.103,səh. 272, hədis 38)

İmam Sadiq (ə): «Evlinin qıldığı iki rəkət namaz, subayın qıldığı yetmiş rəkət namazdan üstündür.» (Biharul-Ənvar, c.103, səh. 219, hədis 15)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə