Fatimə (ə.s )- varlıqın dəyəri

Fatimeyi Zəhra (s) yaranışın səbəbi sayılır. Yəni Allahın yaratdığı bu aləmin səbəbi Fatimeyi Zəhra (s) və -beyt (ə)- dır. Rəvayətdə var ki, əgər onlar olmasaydı, nə yer, nə də başqa yaradılmışlar yaranardı. Bu mövzuda söyələyəcəyimiz birinci hədis Əbu Hüreyrədəndir. Söyləyəcəyimiz hədislərin sənədləri əsasən başqa firqələrin kitablarındandır.
Əhli-beytin fəziləti haqqında Əbu Hüreyrə belə nəql edir: Bir gün İslam Peyğəmbəri (s) bizə söhbət edirdi. O, Adəm Peyğəmbərin (s) yaranması haqqında söhbət açanda buyurdu: «Allah Adəmi yaratdı. O, yarandıqdan sonra bir sağına, bir də soluna baxdı. Sonra isə Allahın ərşinə tərəf nəzər saldı. Orada beş nəfər şəxsin «əshabını» (oxşar misalını) gördü. Adəm onları səcdə və rükü halında gördükdə çox təəccübləndi: Çünki o birinci insandır və ondan qabaq da heç kəs yaranmayıb. Allahdan soruşdu:
-İlahi, məndən qabaq torpaqdan kimisə yaratmısanmı? Allah buyurdu:
-Yox, ey Adəm!
-Bəs onda bu beş şəbəh kimdir? Onlar da mənim kimi insanlardır?
-Onlar sənin nəslindən və sənin balalarındır. Ey Adəm, əgər onlar olmasaydı heç səni də yaratmazdım. Bunların adını öz adımın kökündən ayırmışam. Bunlar olmasaydı behişti, göyləri, ərşi də yaratmazdım. Bütün insanları, cinləri, mələkləri bunlara xatir yaratmışam. Mən insanların içindən bu beş kimsəni seçib, bəyənmişəm. Ey Adəm, sənə bir şey öyrədim ona əməl et. Çətinliyə düşdükdə bunlara təvəssül et. Hacətin oldu, bunları çağır, bunların ətəyindən yapış. Onda mən sənin hacətini (istədiyini) bunların şərafətinə xatir verəcəyəm.»
Bu hədisi Peyğəmbər (s)- dən Əbu Hureyrə nəql edir.
İkinci mətləb: Hədislərdə var ki, Fatimə (s)-nın adı həm behiştin qapısı üzərində, həm də İlahi ərşdə səbt olunub.
İbn Abbas nəql edir: Bir gün Peyğəmbərin (s) hüzurunda oturmuşduq. Həzrət bizə öz meracından danışırdı. O Həzrət, bu səfərin üstün cəhətləri və fəzilətlərindən danışırdı. Peyğəmbər (s) söhbətinin bir yerində buyurdu ki, meracda Cənnəti mənə göstərdilər. Cənnətin qapısında belə bir yazı varidi: «Allahdan başqa Allah yoxdur. Mühəmməd onun rəsulu, Əli də həbibidir. Həsənlə Hüseyn Allahın sevib seçdiyi insanlardır. Fatimə insanların içində ən üstünüdür. Bunlara qarşı ürəyində kin-küdurət bəsləyənlərə Allah lənət etsin».
Bu beş nəfərin Adı həm ərşdə, həm də Cənnətin qapısı üzərində yazılıb. Bunu bizə deyən Fatimə (s)-nın atası, İslam Peyğəmbəri (s)-dir. Nəql edən isə Əbu Hüreyrədir.
Üçüncü mətləb: Hədislərdə buyrulur ki, Həzrəti Zəhranın (s) surəti Cənnətdə nəsb olunub. Hədisi bizə nəql edən kimdir? Ənəs ibni Malik. O, deyir: «Allah Adəmi yaratdı. Adəm Cənnətdə ətrafına baxdı. Gördü ki, heç bir şey yoxdur. Sonra soruşdu: İlahi, mənim surətimdə cənnətdə heç bir şəkil yaratmamısan? Allah cavabında ona işarə edərək bildirdi ki, Cənnəti-firdovsə baxsın. Adəm deyir ki, Cənnəti-firdovsə daxil olarkən orada böyük bir bina gördüm. Binaya daxil olandan sonra orada mənə beş surətin rəsmini göstərdilər. Onların hamısının adı yazılmışdı. Mən onlara baxdım. Bir-bir Allah onları mənə tanıtdırdı. O yazılar delə idi: Əhməd (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə)».
Peyğəmbər (s)- in iki adı var, biri göydə, biri yerdə. Yerdə Mühəmməd (s), göydə isə Əhməd (s)- dir.
O beş nəfərin adı öz rəsmlirinin altında yazılıb. Allah onları Həzrəti Adəmə göstərir.
Hədislərin birində belə bir mətləb var ki, Peyğəmbər (s) buyurur: «Onlarla müxalifət edən, sanki Allah və peyğəmbərlə müxalifət edib. Onları sevib, onlarla sülh edən, Allahı və Peyğəmbəri (s) sevib sülh edən kimidir.»
Zeyd ibni Ərqəm nəql edir ki, Peyğəmbər (s) Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) -a baxıb buyurdu: «Sizinlə müxalifətdə olan mənimlə müxalifətdədir. Sizinlə sülh edən şəxs mənimlə sülh edib.»
Başqa bir rəvayəti isə Əbu Bəkr nəql edərək belə deyir: «Özüm gördüm. Peyğəmbər (s) bir xeymə qurub, əlində qılınc oturub baxırdı. Peyğəmbərdən (s) başqa orada Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) da oturmuşdu. Peyğəmbər (s) onlara baxıb müsəlmanlara xitab etdi: Ey müsəlmanlar, bu xeymənin içində oturanlarla müxalifətdə olanla mən müxalifətdəyəm, onlarla sülh edənlərlə mən sülhdəyəm. Bunları sevəni mən də sevirəm. Atası, babası, anası pak olmayan şəxslər bunları sevmir. Allah da onları sevmir.»
Əbu Bəkr qeyd edir ki, mən orada idim. Peyğəmbər (s) onlara baxıb bu hədisi bizə nəql etdi.
Əbu Hüreyrə nəql edir ki, Peyğəmbər (s) Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseynə (ə) baxıb buyurdu: «Sizinlə müxalifətdə olanla mən də müxalifətdəyəm. Sizinlə sülhdə olanla mən də sülhdəyəm.»
Bu hədislərin sənədlərini kim istəsə, deyə bilərəm. «Tarixi Bağdad», «Bidayətun-nihayə», «Səhih-Müslim», «Müsnəd» və s.
Fatimə (s) Seyyidəti-nisail-aləmindir. Quranda, «Ali-İmran» surəsində deyilir ki, Məryəm Səyyədəti-nisail-aləmindir. İbni Abbasdan bir hədis nəql edəcəyik ki, bu ifadənin mənasını açıqlayır. O, rəvayət edir ki, bir gün Peyğəmbər (s) oturmuşdu. Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) da onun hüzurunda idilər. Həzrət belə dua etdi: «İlahi sən bilirsən ki, bunlar mənim Əhli-beytimdir. Mənə ən yaxın, istəkli, sevimli və ən gözəl insanlardır. İlahi, bunları sevəni Sən də sev, bunlara qarşı qəzəbli olanlara qarşı Sən də qəzəbli ol! İlahi, bunları istəyəni Sən də çox istə, Bunları düşmən tutanı Sən də düşmən tut! Bunlara yardım və kömək göstərənlərdən Sən də yardımını əsirgəmə!»