Şn08242019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Dualar - Zikrlər Dilin, canın, ruhun, qəlbin, ağılın, mərifətin, məqamın zikri

Dualar - Zikrlər

Dilin, canın, ruhun, qəlbin, ağılın, mərifətin, məqamın zikri

İmam Əli (ə) buyurur: “Allahı yada salmaq ağılı sakit edər, qəlbi aydınlandırar və Onun rəhmətini yerə endirər”.

İmam Əli (ə) zikrin iki növünü bizə tanıtmış və buyurmuşdur: “Zikr iki cür olur: müsibət zamanı edilən zikr ki, gözəl və yaxşıdır. Ondan üstünü isə Allahın haramı ilə rastlaşan zaman sənə mane olmaq üçün Allahı yada salarsan”.

İmam Baqir (ə) zikrin növləri barəsində buyurmuşdur:
“Dilin zikri – həmd və sitayişdir.
Canın zikri – səy və çalışmaqdır.
Ruhun zikri – qorxu və ümiddir.
Qəlbin zikri – doğruluq və səmimiyyətdir.
Ağlın zikri – təzim və həyadır.
Mərifətin zikri – təslim və rizadır.
Məqamın zikri – Liqaallahdır”.

İmam Sadiq (ə) nəql edir: “Yoxsullar və miskinlər Peyğəmbərin (s) xidmətinə gəlirlər və deyirlər: Ey Allahın Rəsulu! Zənginlərin (o qədər pulu vardır ki) qul azad edirlər, bizim yoxdur. (Sərvətləri vardır) həccə gedirlər, biz getmirik. (Sərvətləri vardır) sədəqə verirlər, biz vermirik. Cihad etmək üçün (vasitələri vardır) bizim yoxdur. Nəticədə biz bu əməllərin savabından məhrumuq”.

Peyğəmbər (s) buyurur: “Hər kim yüz dəfə “Allahu Əkbər” deyərsə, yüz qul azad etməkdən daha yaxşıdır.
Hər kim yüz dəfə “Sübhənallah” deyərsə, yüz dəvə (qurban etməkdən) daha yaxşıdır.
Hər kim yüz dəfə “Əlhəmdulillah” deyərsə, Allah yolunda (cihad üçün) yüz at, yəhər və atlısı ilə birlikdə göndərməkdən daha yaxşıdır.
Hər kim yüz dəfə “Lə iləhə illəllah” deyərsə, həmin gün əməl cəhətdən ən yaxşı insandır”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə