Çr.ax10152019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Fatimə (ə) - ədəb dəryası

Fatimənin (ə) ədəb və nəzakəti ilk öncə Allah qarşısında ali ruhların və İlahi mələklərin köməyilə etdiyi ibadətlərdə, sonra isə Yaradanın seçilmiş bəndəsi olan Tanrının kəramətli Elçisinin (s) qarşısında yerinə yetirdiyi borclarında saflaşır, büllurlaşırdı. Məlum olduğu kimi, cahiliyyə ərəbləri bəşər mədəniyyətindən çox az bəhrələnmişdilər, bəzi qəbilələr isə başqa millətlərin mədəniyyətindən ümumiyyətlə tam xəbərsiz idilər. Onlar İslamı qəbul etdikdən sonra bir müddət köhnə adət-ənənələrinə əməl edirdilər. Ərəb qəbilələrinin bir çoxu hələ də əxlaq qaydalarını, ictimai əlaqələrini düzgün şəkildə yerinə yetirmirdilər. Bə səbəbdən də onlar İslamın əzəmətli Peyğəmbərinə (s) bədəvilərə və cahiliyyə dövrünə məxsus adlarla müraciət edirdilər. Bu müraciətlər içərisində bəzi hallarda həqarətlə səslənənləri də var idi.
Nəhayət, Allah tərəfindən bu şərif ayə nazil oldu: - “Allahın Rəsulunu bəzilərinizin bəzi kəsləri çağırdığı kimi çağırmayın.”
Fatimeyi-Zəhra (ə) deyir: “Bundan sonra mən daha atama “əb” (ata) sözü ilə müraciət etmirdim və əvəzində başqaları kimi mən də o həzrəti “Rəsulullah” deyə çağırırdım. Bir neçə dəfə atamı bu ləqəblə çağırdıqda o həzrət cavab vermədi. Sonra buyurdu: “Fatimə can, bu ayə sənin və övladların üçün nazil olmamışdır. Sən məndənsən və mən də səndənəm, bu ayə Qüreyşin təkəbbürlü şəxsləri üçün nazil olmuşdur. Sən mənə həmin “ata” sözünü de, çünki bu söz mənim ürəyimə çox yatır, məni fərəhli və şad edir. Allahı da razı salır.”
Bəli, bu Fatimənin (ə) ədəb və nəzakətinə aid bir nümunədir. Bu nümunə göstərir ki, o həzrət hətta mehriban atasının, ən yaxın adamının qarşısında belə qayda-qanunu gözləyir və ona qarşı etinasızlıq göstərmirdi.
Administrator
Əqiqi Bəxşayeşi-nin "Siddiqeyi-Tahirə (s.ə)" kitabından

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə