Çr11132019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Həzrət Mehdinin (əc.) zühurunun gözlənilməsi

Ədəbi yazılar

Həzrət Mehdinin (əc.) zühurunun gözlənilməsi

 

Həzrət Mehdinin (əc.) zühurunu inkar edənlər deyirlər: "İmamın zühuruna etiqad insanı yuxuya verir, mövcud vəziyyətdən qəflətdə saxlayır, təslimçilik və süstlüyə şərait yaradır.” Amma unutmamalıyıq ki, intizar, yəni imam Mehdinin (ə.c.) zühurunun gözlənilməsi mövcud durumdan narahat olan insanın ruhiyyəsidir. İntizarda olan insan daha üstün ictimai-siyasi durum üçün çalışır, sağalmasını gözləyən xəstə kimi vurnuxur. Ata uzun müddətə ayrıldığı oğlunu necə intizarla gözləyirsə, həzrət Mehdinin (əc.) intizarını çəkənlər də beləcə narahatdır. Həzrət Mehdinin (əc.) ədalətli hökumətinin intizarı və o böyük xilaskarın qiyamı mövzusu iki səciyyə ilə müşayiət olunur:
1. Zülm və azğınlığa qarşı müxalifətçilik;
2. Mövcud durumun ədalətin qələbəsi ilə müşayiət olunacaq münasib bir durumla əvəz olunması istəyi.
Əgər bu iki yönüm insan ruhiyyəsində kök atarsa, onda iki növ rəftar müşahidə olunar: Zülm və azğınlıq amilləri ilə mübarizə, fiziki və mənəvi baxımdan vahid İslam hökumətinin gəlişinə hazırlıq.
  Həqiqi müntəzir (imam Mehdinin (əc.) intizarını çəkən) şəxs müəyyən hədislərə əsasən imam Mehdinin (əc.) qərargahındadır və gələcəyə biganə deyil. Zalım və azğın insan zülmün kökünə balta çalacaq bir şəxsin intizarını necə gözləyə bilər?! Dostun gəlişi intizarında olan, meyvə fəslini səbirsizliklə gözləyən şəxs daim hazırlıqdadır. Qonaq gözləyən evi təmizləyir, qonağın istiqbalı üçün hazırlıq görür. Meyvə yığımına hazırlaşan müxtəlif alətlər əldə edir. Cahanşümul xilaskarın qiyamı intizarında olan insan böyük bir inqilaba hazırlaşır. Belə bir intizar insanı tərbiyələndirir, ona agahlıq və hərəkət verir. Zühur intizarının insanı süstləşdirdiyini düşünmək kökündən yanlış bir təsəvvürdür.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə