Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi, 9-cu bölüm

Həqiqətə gedən yol “Bağdad alimlərinin toplantısı” kitabının tərcüməsi, 9-cu bölüm

Bu sözlərə mat qalmış Məlik Şah təəccüblə vəzirindən soruşdu: – Əbubəkrin “Mənimlə olan bir şeytanım vardır ki, həmişə sorağıma gəlir”. – deməsi doğrudurmu?
Vəzir: Bu mətləb kitablarda mövcuddur.
Məlik Şah: Ömərin Peyğəmbərə (s) itaətsizliyi də doğrudur?
Vəzir: Gərək Ələvidən soruşaq bu sözü deməkdə məqsədi nədir?
Ələvi: Əhli-sünnə kitablarında çoxlu yerlərdə qeyd etmişlər ki, Ömər çox yerlərdə Peyğəmbərin (s) rəyini qəbul etməmiş və həzrətə itaətsizlik etmişdir. Onlardan bəzilərini nəzərinizə çatdırırıq: a) Peyğəmbər (s) Abdullah ibn Übəyyin cənazəsinə namaz qılmaq istəyəndə Ömər kobudcasına Həzrətə (s) etiraz etdi, belə ki, Allahın Rəsulu (s) ondan incidi. (50) Halbuki, Allah-taala buyurur:

{...وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ} (51) “

"...Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır”.

b) Həzrət Peyğəmbər (s), “təməttö ümrəsi” ilə “təməttö həcci” arasında fasilə salınmasına göstəriş verdi, eyni zamanda bu fasilədə ər-arvadın bir-birinə yaxın olmasına da icazə verdi. (“Bəqərə” surəsi, 196-cı ayənin təfsirinə müraciət edin.) Bu zaman Ömər xoşagəlməz bir ifadə ilə Peyğəmbərə (s) etiraz edib dedi:

أ نحرم ومذاكيرنا تقطر منياً؟

Peyğəmbər (s) onun cavabında buyurdu: “Sən heç zaman bu hökmə iman gətirməyəcəksən”. Peyğəmbər (s) bu cümləsi ilə bildirmək istəyirdi ki, Ömər hökmlərin bəzilərinə iman gətirmiş, bəzilərini inkar edən kəslərdəndir.
c) Geniş yayılmış və halal olan müvəqqəti nigah (siğə) məsələsində Ömər xilafətə çatdıqdan sonra dedi:

متعتان كانتا على عهد رسول الله وأنا أحرمهما وأعاقب عليهما

“İki mütə (təməttö həcci və müvəqqəti izdivac) Peyğəmbərin (s) zamanında halal idi və mən onları haram edirəm, bunu edəni cəzalandıracağam!”. Halbuki Allah-taala buyurur:

{...فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً...)

(52) “...Bəhrələndiyiniz (mütə etdiyiniz) qadınların mehrlərini vacib (mal) olaraq ödəyin!...” Təfsirçilər bu ayənin mütənin icazəli olması ilə bağlı nazil edildiyini vurğulayırlar. Səhabə buna əməl edirdi, geniş yayılmış və halal bir əməl idi. Hətta Ömərin xilafəti dövründə də buna əməl olunurdu. Amma o, bəzi məqsədlərə görə onu haram etdi. Bu səbəbə görə zina və günah yayıldı. (53) Ömər bu işi haram etməklə Allahın hökmünü aradan götürdü  və nəticədə bu ayə ona da şamil oldu:

{...وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ} (54)

“...Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!”.
d) Öncədən də qeyd etdiyimiz kimi Hüdeybiyyə sülhü və başqa yerlərdə Ömər Peyğəmbərə (s) itaətsizlik etdi və onu öz kobud sözləri ilə incitdi. (Bu barədə nümunələr çoxdur.)
Məlik Şah: Həqiqət budur ki, mən də müvəqqəti evliliyi bəyənmirəm.
Ələvi: Bunun İslamın qanuni bir hökmü olduğunu qəbul edirsənmi?
Məlik Şah: Xeyr, qəbul etmirəm.
Ələvi: Bəs, ayənin mənasını, həmçinin Ömərin sözlərini necə izah edirsiniz?

{...فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً...)

“...Bəhrələndiyiniz (mütə etdiyiniz) qadınların mehrlərini vacib (mal) olaraq ödəyin!...

” متعتان كانتا على عهد رسول الله وأنا أحرمهما وأعاقب عليهما"

“İki mütə (təməttö həcci və müvəqqəti izdivac) Peyğəmbərin (s) zamanında halal idi və mən onları haram edirəm, bunu edəni cəzalandıracağam!”. Sizcə, Ömərin sözündən başa düşmək olmurmu ki, qadınların mütəsi (müvəqqəti evlilik) Peyğəmbər (s), Əbubəkr və hətta Ömərin xilafəti vaxtı da icazəli idi, lakin Ömər onu qadağan edərək qarşısını aldı? Bundan əlavə, mütənin halal və icazəli olmasına dair başqa sübutlar da mövcuddur. Cənab padşah! Ömər özü də mütə edirdi. Abdullah ibn Zübeyr də mütədən dünyaya gəlmişdi.

Məlik Şah nəfsinin istəyi ilə dəlillərin qəbulu arasında qalıb vəzirə üzünü tutaraq dedi: – Nizamulmülk! Sən nə deyirsən?

Vəzir: Ələvinin dəlilləri düzgün və iradsızdır. Amma Ömər onu qadağan etdiyi üçün onu qəbul etmək bizə vacibdir. Ələvi: Sizə Allahın Rəsuluna (s) itaət etmək lazımdır, yoxsa Ömər ibn Xəttaba? Bu ayələri oxumamısınızmı? Belə ki, Allah-taala buyurur:

{...وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ}(55)

“...Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif) götürün və sizə nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir”.

{قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ فَإِن تَوَلَّوا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ } (56)

“De: “Allaha itaət edin və Peyğəmbərə itaət edin. Beləliklə əgər üz döndərsəniz (bilin ki,) onun borcu yalnız boynuna qoyulmuş vəzifəni (ilahi tapşırıqları) çatdırmaq, sizin borcunuz isə boynunuza qoyulmuş vəzifə(ni qəbul edərək ona əməl etmək)dir. Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi yalnız aşkar (tapşırığı) çatdırmaqdır”.

{لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ...}(57)

“Həqiqətən, Allahın Rəsulunda sizlər üçün gözəl örnək vardır...” Peyğəmbərin (s) bu məşhur hədisini eşitməmisinizmi?

حلال محمد(صلى الله عليه وآله وسلم) حلال إلى يوم القيامة وحرام محمد(صلى الله عليه وآله وسلم) حرام إلى يوم القيامة

“Məhəmmədin (s) halalı Qiyamət gününə qədər halaldır və Məhəmmədin (s) haramı Qiyamət gününə qədər haramdır”.
Məlik Şah: Mən İslamın bütün hökmlərini qəbul edirəm. Amma mütənin qanuni (şəriət baxımdan halal) olmasının hikmətini bilmirəm. Sizlərdən kimsə heç razı olarmı ki, qızını və ya bacısını bir neçə saatlıq bir kişinin ixtiyarında qoysun? Bu çirkin iş deyilmi?
Ələvi: Nə danışırsınız cənab Məlik Şah! İnsan, qızının və ya bacısının bir kişi ilə daimi izdivacına razı olarmı, baxmayaraq ki, o kişinin bir neçə saat ondan fadalandıqdan sonra ona talaq verməsini bilir?
Məlik Şah: Bu işi bəyənmirəm.
Ələvi: Amma əhli-sünnə bu daimi evliliyi və ondan sonrakı talaqı düzgün sayır. Deməli, müvəqqəti evliliklə daimi evlilik arasında fərq yoxdur. Fərq yalnız bundadır ki, müvəqqəti evlilikdə ayrılmaq təyin edilmiş müddətin tamam olması ilə sona yetir, daimi evlilikdə isə talaq verməklə bu izdivac sona yetir. Başqa sözlə desək, müvəqqəti evlilik icarə kimi, daimi evliliksə mülkiyyət kimidir. Buna görə də müvəqqəti evlilik qanununda yanlışlıq yoxdur. Hansı ki, cismin ehtiyaclarını aradan qaldıran bir qanundur. Necə ki, daimi evlilik qanunu talaq verilməklə sona yetir və burada heç bir irad yoxdur. Ey Şah, indi sizə bir sualım var: ərlərini itirmiş dul qadınlar – belə ki, heç kəs onlardan elçilik etmir – haqqında nə deyirsiniz? Sizcə, müvəqqəti evlilik onları fəsad və günahdan saxlamaq üçün yeganə çıxış yolu deyilmi? Bəs, evlənməyə şəraitləri, imkanları olmayan gənclər haqqında nə deyirsiz? Sizcə, müvəqqəti izdivac cinsi istəklərin alovunu söndürmək və günahdan amanda qalmaq üçün yeganə çıxış yolu deyilmi? Müvəqqəti evlilik zinadan, homoseksualizmdən, çirkin adətlərdən daha pisdirmi? Ey şah! Mən əminəm ki, hər bir zina, ləvat və istimna (onanizm) kimi günahlarda Ömər də şərikdir. Çünki, o, müvəqqəti evliliyi qadağan etdi və onu yerinə yetirənlərin qarşısını aldı. Bunu hədislər də təsdiqləyir: “Ömər müvəqqəti evliliyi (mütəni) qadağan edəndən sonra camaat arasında zina çoxaldı”. Ey Şah! Siz ki, deyirsiniz “ondan xoşum gəlmir”, İslam heç kimsəni bu işə (əməl) məcbur etməmişdir. (ARDI 10-CU BÖLÜMDƏ)

İstifadə olunmuş ədəbiyyat:

50.    “Təbəqati-İbn Səd”, c. 3, səh. 212; “Tarixi-İbn Cərir”, c. 2, səh. 440; “əl-İmamətu vəs-siyasə”, İbn Quteybə, səh. 6.
51.    “Tövbə” surəsi, ayə 61.
52.    “Nisa” surəsi, ayə 24.
53.    Həzrət Əlidən (ə) belə nəql olunur: “Əgər Ömər “mütə”ni (müvəqqəti evlilik) qadağan etməsəydi, bədbəxtdən başqa heç kəs zina etməzdi”.
54.    “Maidə” surəsi, 44-47-ci ayələrə müraciət edin.
55.    “Həşr” surəsi, ayə 7.
56.    “Nur” surəsi, ayə 54.
57.    “Əhzab” surəsi, ayə 21.

ARDI VAR

http://www.sibtayn.com/az

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə