Şn08242019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Şiə sözü Əmirəl-möminin Əlinin (ə) evinə hücum

Əmirəl-möminin Əlinin (ə) evinə hücum


Xanım Zəhranın (ə) şəhadəti ilə bağlı əhli-sünnənin sənədləri
Xanım Fatimənin şəhadət günləridir. Bəlkə də, onun şəxsiyyətinin ilkin xüsusiyyəti Allah Rəsulunun (s) qızı olmasıdır. Müsəlmanlar qiyamətə qədər daima onun acılı, ağır müsibətini daima qəlblərində saxlayacaqlar. Tarixə müraciət edərək xanım Zəhra (ə) şəhadətinin sənədlərini şiə və əhli-sünnədən olan müsəlmanların rəvayətlərindən əldə etməyimiz daha yaxşı olar.
  Peyğəmbərin (s) vəfatından və Səqifə macərasından (əlbəttə, burada onun barəsində danışmaq mövzudan xaricdir) sonra xəlifə üçün beyət almaq başlandı.
Bu, xanım Zəhranın (ə) şəhadət macərasının başlanğıcı idi. Şiə və əhli-sünnə sənədlərinə əsasən, Əmirəl-möminin Əli (ə) Əbubəkrə beyət etməkdən imtina etdikdə, Əbubəkr Ömər ibn Xəttabı həzrət Əlinin (ə) ardınca göndərib dedi: “Onu çox ciddi şəkildə (beyət almaq üçün) mənim yanıma gətir.” Əhli-sünnə alimi Bəlazurinin eyni ifadələri “Ənsabul-əşraf” kitabında belə qeyd edilmişdir:


«بعث ابوبکر عمر بن الخطاب الی علی (علیه السلام) حین قعد عن بیعته و قال ائتنی به بأعنف العنف ...(1)

Şiə alimi Əllamə Hilli “Nəhcül-həqq və kəşfus-sidq” kitabında aşkarcasına qeyd etmişdir ki, Əbubəkr Əmirəl-möminin Əli (ə) beyət etməkdən imtina edəcəyi təqdirdə, onunla döyüşmək əmrini vermişdi. (2) Əhli-sünnə alimi İbn Əbdu Rəbbih “əl-İqdul-fərid” kitabında Əmirəl-möminin Əli (ə) və İbn Abbasın beyət etməyəcəyi təqdirdə, Əbubəkrin hətta onların öldürülməsi əmri verməsini iqrar etmişdir:


ان ابیا (علی (علیه السلام) و العباس) فقا تلهما.» (3)

Evə hücum    


hucum  Əhli-sünnə alimi Cövhəri “əs-Səqifətu vəl Fədək” əsərində bu məzmuna yaxın olan ifadələri aşkarcasına qeyd etmişdir:


 «و بلغ ابابکر و عمر انّ جماعة من الهاجرین والانصار فقد اجتمعوا مع علی بن ابی طالب فی منزل فاطمه بنت رسول الله فأتوا فی جماعته حتّی هجموا الدار...»

  Siddiqeyi-Tahirənin ağlamaq səsini eşidib onlar da ağladıqları halda geri qayıtdılar və az qalmışdı ürəkləri yerindən çıxsın və ciyərləri parça-parça olsun.
Beləliklə, onlar Əmirəl-möminin Əlini (ə) evdən çölə çəkərək onu Əbubəkrin yanına apardılar və dedilər: “Beyət elə!”
Buyurdu: “Əgər beyət etməsəm, nə edəcəksiniz?”
Dedilər: “Ondan başqa, heç bir məbud olmayan Allaha and olsun ki, boynunu vuracağıq!”.
Əbubəkrlə Ömərə xəbər verdilər ki, mühacir və ənsardan olan bir dəstə Əli ibn Əni Taliblə (ə) birlikdə Allah Rəsulunun (s) qızı Fatimənin (ə) evinin qabağına toplaşıb. Onlar da bir dəstə ilə gəldilər və evə hücum etdilər….(4)
  Xanım Zəhranın (ə) evinə hücum edilməsi hadisəsinin şərhi təfərrüatı ilə əhli-sünnə və şiə rəvayətlərində qeyd edilmişdir və xanım Zəhranın (ə) necə şəhadətə çatması məsələsinin xüsusiyyətlərini müəyyənləşdirmək üçün həmin rəvayətlərin daha dəqiq şəkildə araşdırılması lazımdır. Əhli-sünnə alimi İbn Quteybə “əl-İmamə vəs-siyasə” (tarixul-xuləfa adı ilə məşhurdur) əsərində Peyğəmbərin (s) qızının evinə edilən hücumu bütün təfsilatı ilə şərh etmişdir.
İbn Quteybənin şərhinə əsasən, hücum iki dəfə təkrarlanmışdır. O, birinci hücumu belə şərh edir: “Əbubəkr müəyyən bir qrupun ona beyət etməkdən imtina edərək həzrət Əli (ə) ilə (red:birlikdə) olduğunu öyrəndi. Öməri onların yanına göndərdi. Ömər gəlib onları səslədi və onlar Əinin (ə) evində olduqları halda, çölə çıxmaqdan imtina etdilər.
Ömər odun toplatdırıb dedi: Ömərin canı onun ixtiyarında olan Allaha and olsun! Ya evdən çölə cıxın, ya da evi onun içindəkilərlə birlikdə yandıracağam!
Ona dedilər ki, ey Əba Həfs! Fatimə (ə) də evdədir.
Dedi: “Hətta Fatimə də olsa belə!”
Beləliklə, həmin qrup çölə çıxdı və Əmirəl-möminindən başqa, hamısı Əbubəkrlə beyət etdi.”
Bu sənədin dəqiq şəkildə araşdırılamsı üçün İbn Quteybənin ərəbcə mətnini qeyd edirik:


«ان ابابکر تفقد قوماً تخلّفوا عن بیعته عنه علی(علیه السلام) فبعث إلیهم عمر فجاء فناداهم و هم فی دار علی(علیه السلام) فأبوا عن تخرجوا فدعا بالحطب و قال: والذی نفس عمر بیده لتخرجن او لاحرقنها علی من فیها. فقیل له: یا اباحفص انّ فیها فاطمة. قال: و إن! فتخرجوا فبایعوا الاّ علیاً(علیه السلام).»(5)

 

İki dəfə hücum etdilər


 Birinci hücum Əmirəl-möminindən (ə) başqa, digər şəxslərin Əbubəkrin yanına gedib onunla beyət etməsinə səbəb oldu. Həzrət Əli (ə) isə evdə qaldı. İbn Quteybə tarixi baxımdan ikinci hücumu müfəssəl şəkildə şərh edir və o, Əmirəl-mömininin (ə) Əbubəkrə beyətdən imtina etməsindən sonra baş verdi.
Ömər Əbubəkrin yanına gəlib dedi: “Sənə tabe olmayan bu kəsdən beyət almaq istəmirsənmi?”
Əbubəkr Qunfuza dedi: Get, Əlini yanıma gətir…
İkinci dəfə də Ömər dedi: “Sənə beyət etməkdən imtina edən kəsə möhlət vermə!”
Sonra Əbubəkr Qunfuza dedi: “Geri qayıt və ona de: “Allah Rəsulunun (s) xəlifəsi səni çağırır ki, onunla beyət edəsən.”
Sonra Ömər ayağa qalxıb bir dəstə ilə hərəkət etdi və xanım Zəhranın (ə) evinin qapısına çatdı. Qapını möhkəm döyməyə başladılar. Xanım Zəhra (ə) onların səsini eşidib həddən artıq uca səslə dedi: “Ey ata! Ey Allahın Rəsulu! Səndən sonra Xəttabın və Əbu Quhafənin oğlundan başımıza nələr gəldi!”
Həmin qrupdan bir qismi xanım Zəhranın (s) səsini və ağlamağını eşidib ağladıqları halda geri qayıtdı. Az qaldı ki onların qəlbləri yerindən çıxsın və ciyərləri parça-parça olsun. Lakin Ömər bir dəstə ilə orada qaldı.”
Onlar Əmirəl-möminini (ə) evədn çölə çəkdilər və onu Əbubəkrin yanına apardılar və ona dedilər: “Beyət elə! ”
Buyurdu: “Əgər beyət eləməsəm, nə edəcəksiniz?”
Dedilər: “Ondan başqa, heç bir məbud olmayan Allaha and olsun ki, boynunu vuracağıq!”
İkinci hücumla bağlı İbn Quteybənin ərəbcə mətni “Tarixul-xuləfa” kitabında eynilə belədir:


«... فأتی عمر ابابکر فقال له الا تاخذ هذا المتخلّف عنک بالبیعة؟ فقال ابوبکر لقنفذ اذهب فادع لی علیاً... فقال عمر الثانیة لا تمهل هذا متخلّف عنک بالبیعة. فقال ابوبکر لقنفذ: عُد إلیه فقل له خلیفة رسول الله یدعوک لتبایع ... ثمّ قام عمر فمتنی معه جماعة حتی اتوا باب فاطمه (سلام الله علیها) فدقّوا الباب فلما سمعت اصواتهم نادت باعلی صوت ها: یا ابت یا رسول الله ماذا لقینا بعدک من ابن الخطاب و ابن قحافة؟ فلماً مع القوم صوت ها و بکاء ها الضرفوا باکین و کادت قلوبهم تنصدع و اکبادهم تنفطر و بقی عمر و معه قوم: فاجرجوا علیاً(علیه السلام) فمضوا به الی ابی بکر فقال له: بایع. فقال (علیه السلام) إن لم افعله فمه؟ قالوا: إذاً والله الذی لا اله الاّ هو نضرب عنقک.»(6)

Əli Məhəmməd Fəthuddin Hənəfi onu Zeyd ibn Səlmin dilindən belə nəql edir: “Əli (ə) və tərəfdarları beyət etmədikləri zaman mən Ömərlə birlikdə Fatimənin (ə) evinin qapısına odun gətirənlərdən idim.”

Evin qapısına odun toplamaq


  İbn Quteybənin “Şərhi-Məbsut”unda geniş şəkildə işarə edildiyi kimi, beyət almaq üçün mühacirlər qapının arxasına odun yığmaqla təhdid etdilər. Əhli-sünnə alimlərindən İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində Məsudidən nəql edərək belə yazır:


«قال المسعودی: و کان عروة بن الزبیر بعذرأ خاه عبدالله فی حصر بنی هاشم فی الشعب و جمعه الحطب یحرقهم و یقول: إنمّا اراد بذلک الا تنتش اکلمة و لا یختلف المسلمون و إن یدخلوا فی الطاعة فتکون الکلمة واحدة کما فعل عمر بن الخطاب ببنی هاشم لما تأخروا عن بیعة ابی بکر فإنّه أحضر الحطب لیحرق علیهم الدار»؛

Məsudi yazır: “Urvə ibn Zübeyr qardaşı Abdullahı qapıda Bəni-Haşimi mühasirə etmək və onun vasitəsilə odun toplayıb yandırmaqda üzürlü hesab etmiş və demişdir: O, bu işi təfriqə və parçalanmanın yaranmaması, həmçinin, müsəlmanalrın bir-biri ilə ixtilafa düşməməsi və eynilə, Ömər ibn Xəttabın Bəni-Haşim Əbubəkrlə beyət etmədiyi zaman etdiyi kimi, Bəni-Haşimin ona itaət etməsi üçün eləmişdir ki, nəticədə vəhdət yaratsınlar.” (7)
Əhli-sünnə aliminin söylədiklərinə əsasən, xanım Zəhranın (ə) evinin qapısına od vurmaq üçün odun toplanması tarixi bir hadisədir və bu məsələ Məsudinin nəqlinə əsasən, Ömər ibn Xəttabın göstərişilə həyata keçmirilmişdir.
Əlbəttə, bu mətləbə dəlil gətirmək, başqa sözlə ona haqq qazandırmağa çalışmaq məsələsi başqa məsələdir və onun qənaətbəxş olub-olmaması haqda da danışmaq olar. Lakin bu, ayrıca bir fürsəti tələb edir. Amma birinci xəlifənin belə bir addımı atmasını tarixi sənədlərdən əhli-sünnə alimlərinin etirafına əsasən, danılmaz şəkildə əldə etmək mümkündür.
Bu məzmunlu digər sənəd İbn Xeyzəranənin “Ğurər” kitabındakı bəyanıdır və Əli Məhəmməd Fəthuddin Hənəfi onu Zeyd ibn Səlmdən belə nəql etmişdir: “Əli və tərəfdarları beyət etmədikləri zaman mən Ömərlə birlikdə Fatimənin (ə) evinin qapısına odun gətirənlərdən idim.” (8)
Əmirəl-möminin Əlinin (ə) evinin qapısı arxasına odun yığılması məsələsi tarixi məsələdir və onun barəsində şübhəyə yer yoxdur. Digər şiə və sünni mənbələrində də qeyd edilmişdir, o cümlədən, Süleym ibn Qeys Hilalinin kitabı, “Əyyaşi təfsiri”nə və “Biharul-ənvar” və sair şiə kitablarına işarə etmək olar. Bu mövzuda olan əhli-sünnə sənədlərindən bəzisi belədir: İbn Quteybə, “əl-İmamə vəs-siyasə”, Bəlazuri, “Ənsabul-əşraf”, Məqatil ibn Ətiyyə, “Bağdad alimlərinin toplantısı”,  İbn Əbil-Hədid, “Nəhcül-bəlağənin şərhi”, Ömər Rza Kohalə, “Əlamun-nisa”, Əbdürrəhman Əhməd əl-Bəkri, “Ömər ibn Xəttab” (9)
Nəticə:
İslam Peyğəmbərinin (s) qızının evinə hücum etmək və qapının arxasına odun yığmaq məsələsi əhli-sünnə və şiənin barəsində fikir birliyinə gəlmiş olduğu tarixi sənədlərdəndir.
Mənbələr:
1. Bəlazuri (vəfatı: h.q. 279-cu il), “Ənsabul-əşraf”, Darul-məarif, Qahirə, 1, səh. 587.
2. Əllamə Hilli (vəfatı: h.q. 726-cı il), “Nəhcül-həqq və kəşfus-sidq”, səh. 271.
3. İbn Əbdu Rəbbih (vəfatı: h.q. 328-ci il), “əl-İqdul-Fərid”; Əl-Məktəbətuş-şamilə, c. 2, səh. 73.
4. Cövhəri (vəfatı: h.q. 323-cü il), “əs-Səqifətu vəl-Fədək”, səh. 72.
5. İbn Quteybə (vəfatı: h.q. 276-cı il), “əl-İmamətu vəs-siyasə, əl-mərufu bihi Tarixul-xuləfa”, c. 1, səh. 30, Şərif Rəzi nəşriyyatı.
6. Həmin mənbə, beşinci say.
7. İbn Əbil-Hədid (vəfatı: h.q. 656-cı il), “Nəhcül-bəlağənin şərhi”, İsmailiyan müəssisəsinin çapı, c. 20, səh. 147.
8. Əli Məhəmməd Fəthuddin Hənəfi (vəfatı: h.q. 1371-ci il), “Fulkun-nicat”, səh. 121.
9. Seyid Əli Rza Qərəvi, Mehdi İmami, Mürtəza Kargər Məcid Huşənginin (Kazimi) qələmi ilə, “Be nəql əz defaiyyat”, Tubaye məhəbbət nəşriyyatı, 1387, səh. 21-37.

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə