Şn08242019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Şiə sözü Peyğəmbərin (s) vəfatından sonrakı günlər xanım Zəhranın (ə) dilindən

Peyğəmbərin (s) vəfatından sonrakı günlər xanım Zəhranın (ə) dilindən


 Əzəmətli Peyğəmbərin (s) vəfatından sonrakı günlər xanım Zəhranın (ə) dilindən

Sənin ölümünlə elə bir ip qırıldı ki, başqalarının ölümündə belə olmur və o, nübüvvət və asimani xəbər və mesajların nazil olması idi. Sənin müsibətin digər müsibət görənlərə təsəlli verəndir. Yəni, sənin ölümündən sonra, artıq ölümlərin əhəmiyyəti yoxdur. Digər tərəfdən, bu sənə görə ümumi əhaliyə baş verən bir müsibətdir və camaat əzadardır. Peyğəmbərin (s) vəfatı islami hökumət və İslam ümməti üçün çətin və qəlbi yandıran bir hadisə idi. Belə ki, Əmirəl-möminin Əli (ə) buyurur:


« بابی انت و امی یا رسول الله (ص) لقد انقطع بموتك ما لم ‏ینقطع بموت غیرك من النبوة والانباء و اخبارالسماء . خصصت ‏حتى صرت مسلیا عمن سواك و عممت ‏حتى صار الناس فیك سواء و لولا انك امرت بالصبر و نهیت عن الجزع، لانفدنا علیك ماءالشؤون . و لكان الداء مماطلا و الكمد محالفا و قلالك

“Atam-anam sənə fəda olsun, ey Allahın peyğəmbəri (s)! Sənin ölümünlə başqasının ölümü ilə kəsilməyən bir şey kəsilmişdir və o, nübüvvət və səmavi xəbərlərin (vəhyin) gətirilməsidir. Sənin müsibətin elə bir üstünlüyə malikdir ki, təsəlli verən hökmündədir, yəni sənin müsibətindən sonra, digər ölümlərin əhəmiyyəti yoxdur. Digər tərəfdən, bu, ümumi bir müsibətdir və camaatın hamısı sənə vəfatına görə əzadarlıq edir. Əgər dözümlü olmağa əmr etməyin və səbirsizlikdən çəkindirməyin olmasaydı, gözlərimizin suyu quruyana qədər ağlayardıq, bu dərd həmişəlik qəlbimizdə yer tutar və kədərimiz daimi olardı. Amma bütün bunlar sənin müsibətinin müqabilində azdır. Təəssüflər olsun ki, ölümü geri qaytarmaq və onu uzaqlaşdırmaq olmaz! (1)
Peyğəmbərin (s) müsibətinin şiddəti o qədər idi ki, həzrət Əli (ə) buyurur:


فضجت الدار الافنیة ؛

“Sanki evin qapısı və divarları da fəryad edirdi.” (2)

Peyğəmbərin (s) vəfatından sonra baş verənlər xanım Zəhranın (ə) dilindən
Bu yazılardakı məqsəd Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələri xanım Zəhranın (ə) dilindən nəql etməkdir. O, Peyğəmbərin (s) ciyərparəsi (9), İmam Əlinin (ə) sözü ilə desək, nübüvvət yadigarı (10) və digərlərinin də etirafına əsasən, qadınların ən xeyirlisi və peyğəmbərlərin ən yaxşısının qızı, sözündə doğru və əqlinin çoxluğunda hamıdan öndədir.
O, həm Məkkə, həm də Mədinə əhalisini görmüş, həm Peyğəmbərin (s) həyatına şahid olmuş, həm də Peyğəmbərlə (s) Əmirəl-möminin Əlinin (ə) kənarında nübüvvət dövrünün böyük-kiçik hadisələrini və Peyğəmbərin (s) vəfatından sonrakı qısa günlərin ağrılı-acılı hadisələrini diqqətlə müşahidə etmişdir. Bəli, o, Peyğəmbərin (s) vəfatından sonrakı təəssüfləndirici hadisələri gözəl şəkildə bəyan edə bilər. Burada onlardan bəzilərinə işarə edirik. Xanım Zəhra (ə) “Fədək” (14) xütbəsini ona baş çəkməyə gələn bir dəstə Mədinə qadınlarının (15) arasında söyləmiş və Peyğəmbərin (s) vəfatından sonrakı acı nəticələri bəyan etmişdir:
1. Camaat arasında zəiflik və süstlüyün yaranması
استومع وهنه « یا وهیه.‏» (16)
Xanım Zəhra (ə) ona baş çəkməyə gələn Mədinə qadınlarının hüzurunda həmin məsələni xatırlatmış və təəssüflə buyurmuşdur:
« فقبحا لفلول الحد واللعب بعد الجد و قرع الصفاة (17)؛
“Bu qədər təlaş və fəaliyyətdən sonra sizin kişilərinizin süstlüyü və onların oyun-oyuncağa çevrilməsi necə də pisdir!”.
2. Təfriqə və ixtilafın yaranması
«استنهر فتقه وانفتق رتقه (18)
Pərakəndəlik və təfriqə genişləndi və vəhdət parçalandı. “İstənhər” sözü “nəhərə” sözündəndir və genişlik və çoxluq mənasındadır. “Fətəqə” ayrılıq və parçalanmaq deməkdir. “İnfətəqə” sözü infitaq sözündəndir və yarılmaq, “rətəqə” isə bağlılıq və vəhdət deməkdir. Quranda da belə qeyd edilmişdir:
ان السموات والارض كانتا رتقا ففتقناهما (19)
Kafirlər göylərlə yer bir olduğu zaman bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi?”
3. Müsəlmanların ümid və arzularının ümidsizliyə çevrilməsi
Peyğəmbər (s) və o həzrətin gətirdiyi İslamın ali hikmətinə sevinən kəslər ilahi din və islami hökumət nemətindən faydalanırdılar. İndi Həzrətdən sonra baş verən hadisələri görərək məyus  olmuş və onların ümidi ümidsizliyə çevrilmişdi.
واكدت الامال‏.» (20)
4. Peyğəmbər (s) ailəsinə hörmətsizlik edilməsi
« اضیع الحریم و ازیلت الحرمة عند مماته(21)
Hələ Peyğəmbərin (s) mübarək cənazəsi torpağın üzərindədir. Səqifədə toplanmaqla (22) Peyğəmbər (s) xanədanının nəzərini bilmədən həzrətə canişin təyin edir və onun Əhli-beytinin haqqını tapdalayırlar. Həzrət Əli (ə) buyurduğu kimi:
 :" فوالله ما كان یلقى فى روعى، ولا یخطر ببالى ان العرب تزعج هذا الامر من بعده (ص) عن اهل بیته ولا انهم منحوه عنی من بعده" (23)
“Allaha and olsun ki, Allah Rəsulundan (s) sonra ərəbin xilafəti onun əhli-beytinin əlindən alacağı, yaxud məni ondan sonra hakimiyyəti öhdəmə götürməkdən saxlayacaqları nə zehnimdən keçmiş, nə də ağlıma gəlmişdi! Hətta onun ömrünün son anlarında o həzrət qələm-kağız istədikdə, ona hörmətsizlik etdilər və فانه یهجر (fə innəhu yəhcur (həqiqətən o, sayıqlayır)) dedilər”. (24)
Həzrətin (ə) vəfatından bir müddət keçməmiş, yeganə yadigarının evinə gəldilər və ona etmədikləri hörmətsizlik qalmadı. Belə ki, xanım Zəhra (ə) buyurdu:
 یا ابتاه یا رسول الله هكذا كان یفعل بحبیبتك وابنتك ... (25)
یا ابتاه یا رسول الله ماذا لقینا بعدك من ابن الخطاب وابن ابى قحافة (26)
“Ey ata! Ey Allahın Rəsulu (s)! Səndən sonra Xəttab və Əbu Quhafənin oğlundan mənim başıma nələr gəldi!” (27)
5. Nifaq və ikiüzlülüyün aşkar olması
« ظهر فیكم حسكة النفاق.‏» (28)
Xanım Zəhra (ə) xütbənin başqa yerində gözəl bir kinayə ilə nifaq salmağa toxunaraq buyurmuşdur:
« تشربون حسوا فى ارتغاء و تمشون لاهله و ولده فى الخمر والضراء و نصبر منكم على مثل حز المدى، و وخز السنان فى الحبشاء (29)
“Südə tədricən su qatdınız və su içmək bəhanəsi ilə südü içdiniz. Bu, nifaqa kinayədir, yəni zahirdə özünüzü başqa cür göstərdiniz, halbuki həqiqət bunun əksinədir. (30) Onun əhli-beytini məhv eləmək üçün ağac və təpələrin arxasında pusqu qurdunuz. Biz sizin bıçağın kəsməsi və qarına nizənin batması kimi, ağrılı və öldürücü olan bu rəftarınıza səbir edirik.”

6. Din və mənəviyyətin dəyərini itirməsi
« و سمل جلباب الدین.‏» (31)
Cəlbab insanın bədənini örtən çadra və ya əbadır. Xanım Zəhra (ə) dinlə bağlı cəlbab sözünü işlətmişdir, çünki çadra insanın bütün bədənini əhatə etdiyi kimi, din də insanın fərdi və ictimai olmaqla insan həyatını bütün sahələrini tamamilə əhatə edir. (32)
Başqa bir ifadədə belə buyurmuşdur:
«... اطفاء انوار الدین الجلى و اهمال سنن النبى الصفى (33)
“Dinin parlaq nurunu söndürmək və Allahın seçilmiş Peyğəmbərinin (s) sünnələrini dəyərdən salmaq və dəyişdirməyə çalışdınız.”
7. Camaatın laqeydliyə düçar olması
Xanım Zəhra (ə) Peyğəmbərə (s) can və malı ilə yardım edən ənsara xitab edərək buyurdu:
« یا معاشر الفتیة و اعضاء الملة، و حضنة الاسلام ما هذه الغمیزة فی حقی و السنة عن ظلامتى (34)
“Ey mərdlər dəstəsi! Ey millətin qolları və İslamın yardımçıları! Sizin mənim haqqımla bağlı zəiflik və süstlüyünüz, mənim yardım istəməyim barədə özünüzü bilməməzlik və laqeydliyə vurmağınız nə deməkdir? ”
8. Camaatın əhd-peymanı pozması
Xanım Zəhra (ə) buyurdu:
فانى حرتم بعد البیان و اسررتم بعد الاعلان و نكصتم بعد الاقدام (35)
“Nə üçün haqqın bəyanından sonra heyrətdədirlər və əqidəni aşkar etdikdən sonra məsələni ört-basdır edirlər. Nə üçün irəli addım atıb üz gətirdikdən sonra geri çəkilərək üz çevirirlər?” Xütbənin bu cümlələrində xanım Zəhra (ə) Qədir-Xum hadisəsinə işarə edir. Belə ki, Peyğəmbər (s) onu camaata bəyan edərək bildirmiş və onlar da Əli (ə) ilə beyət etmişdilər. Amma indi idə öz beyətlərini pozmuşdular.
9. Camaatın şeytani vəsvəsələrə düçar olması
« تستجیبون لهتاف الشیطان الغوى (36)
“Azdırıcı şeytana müsbət cavab verdilər.”
Xütbənin başqa yerində belə buyurmuşdur:
اطلع الشیطان راسه من مغزره هاتفا بكم فالفاكم لدعوته مستجیبین (37)
“Şeytan öz gizləndiyi yerdən başını çıxardı və sizi çağırdı. Gördü ki, onun batil dəvətinə müsbət cavab verirsiniz….
“Məğzər” “gizlənmək yeri” deməkdir. Şeytan burada tısbağa və kirpiyə təşbih edilmişdir. Ona görə ki, onlar düşməni gördükdə başlarını öz çanaqlarına salıb gizlədirlər. Elə ki, ara sakitləşdi, başlarını oradan çıxardırlar. Peyğəmbər (s) nə qədər ki, sağ idi, şeytan başını öz çanağında gizlətmişdi və özünü göstərməyə cürət etmirdi. Lakin həzrətdən sonra başını çölə çıxardı və camaatı təhrik elədi. (38)
10. Yersiz və boş sözləri eşitməyə tələsmək
معاشرالناس المسرعة الى قیل الباطل المغضیة على الفعل القبیح الخاسر (39)
“Ey boş sözləri eşitməyə tələsən, çirkin və zərərverici əməlləri görməzdən gələn insan kütləsi!”
11. Fəsad mənbəyi olan nütfənin inkişaf etməsi
Xütbənin sonunda mühacir və ənsardan olan qadınlara xitab edərək buyurdu:
« اما لعمری لقد لقحت فنظرة ریثما تنتج ثم احتلبوا مل‏ء القعب دما عبیطا و ذعافا مبیدا
“Canıma and olsun ki, fəsadın nütfəsi bağlandı (fəsadın əsası qoyuldu). Fəsad xəstəliyinin İslamın bədənini nə zaman taqətdən salacağının intizarında olmaq lazımdır. Bundan sonra dəvələrin əmcəyindən süd yerinə qan sağılacaq və onun zəhəri sürətli şəkildə öldürücüdür.” (40)
12. Fürsətçilərin iş başına gəlməsi
Fədək xütbəsinin ifadələrində xanım Fatimə (ə) Peyğəmbərin (s) vəfatından sonra vəziyyətdən istifadə etmək fürsəti gözləyən qruplara işarə və onların xüsusiyyətlərini də bəyan etmişdir.

İstifadə olumuş kitablar


1. Sübi-Saleh, “Nəhcül-bəlağə”, xütbə 253.
2. Həmin mənbə, xütbə 197.
3. Həmin mənbə, xütbə 192, 98-102-ci bəndlər.
4. Həmin mənbə, məktub 9.
5. Həmin mənbə, məktub 36.
6. “Nəhcül-həyat”, Fərhənge suxənane Fatimə ələyhas-səlam, səh. 138, hədis 59.
7. Hucurat surəsi, ayə 14.
8. “Nəhcül-bəlağə”, məktub 62.
9. “Biharul-ənvar”, c. 43, səh. 23, hədis 17.
10. “əl-İhticac” (Üsvə nəşriyyatı), c. 1, səh. 282.
14. Bu xütbə müxtəlif mənbələrdə qeyd edilmişdir. O cümlədən: “əl-İhticac” (Üsvə nəşriyyatı), c. 1; İbn Əbil-Hədid Mötəzili, “Nəşcül-bəlağənin şərhi, c. 16, səh. 211-dən sonra. Digər kitablarda da onun tərcümə və şərhi qeyd olunmuşdur: Həsənəli Müntəziri, Dərshayi əz xutbeye həzrəti Zəhra; İzzəddin Hüseyni Zəncani, Şərhe xutbeyi həzrəti Zəhra, iki cilddə; Əli Rəbbani Gulpayiqani, Qətreyi əz dərya.
15. Müraciət edin: “əl-İhticac”, c. 1; “Biharul-ənvar”, c. 43, səh. 158-dən sonra.
16. “əl-İhticac”, c. 1, səh. 270.
17. Həmin mənbə, səh. 287.
18. Həmin mənbə, səh. 270.
19. “Ənbiya” surəsi, ayə 30.
20. “əl-İhticac”, c. 1, səh. 270.
21. Həmin mənbə,
22. Səqifə barəsində müraciət edin: İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c. 2, səh. 20-60 və c. 6, səh. 5-50.
23. “Nəhcül-bəlağə”, məktub 62.
24. Şeyx Müfud, “əl-İrşad”, tərcümə: Rəsul Məhəllati, Nəşre Fərhənge İslami  ofisi, c. 1, səh. 250.
25. “Nəhcül-həyat”, fərhənge suxənane Fatimə səlamullahi ələyha, səh. 147.
26. Həmin mənbə, səh. 250.
27. “İmam Əli”, Əbdülfatih Əbdülməqsud (farsca tərcümə), c. 1, səh. 328.
28. “əl-İhticac”, c. 1, səh. 263-264.
29. Həmin mənbə, səh. 266.
30. Müraciət edin: “Qətreyi əz dərya”, Şərhe xutbeye həzrəte Zəhra, səh. 126.
31. “əl-İhticac”, c. 1, səh.
32. “Dərshayi əz xutbeye həzrəte Zəhra”, səh. 118.
33. “əl-İhticac”, c. 1, səh. 266.
34. Həmin mənbə, səh. 269.
35. Həmin mənbə, səh. 272.
36. Həmin mənbə, səh. 266.
37. Həmin mənbə, səh. 264.
38. “Dərshayi əz xutbeye həzrəte Zəhra”, səh. 120.
39. “əl-İhticac”, c. 1, səh. 278.
40. Həmin mənbə, səh. 290.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə