Çr.ax09192017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Şiə sözü Təqva – Əhli-beyt (ə) vilayətinin meyarı

Təqva – Əhli-beyt (ə) vilayətinin meyarı

Bismillahir-Rəhmanir-Rəhim

  İmam Rzanın (ə) çoxlu bacı və qardaşları olmuşdur. Həzrətin (ə) qardaşlarından birinin adı Zeyd idi və o, Məmunun əleyhinə qiyam edərək Bəni-Abbasın Bəsrədəki evinə od vurmuşdu. Həmin səbəbdən, “Zeydun-nar” ləqəbilə məşhurlaşmışdı.
Məmunun məmurları Zeydi tutdular. Məmun İmam Rzaya (ə) ehtiram olaraq onu bağışladı və onu İmam Rzanın (ə) yanına aparmalarını əmr etdi.
İmam Rza (ə) buyurmuşdu: “Təqvalı ol və kim təqvalı olmasa, bizdən deyil.”
İmam Rza (ə) Zeydi görən kimi buyurdu: “Ey Zeyd! Kufənin alçaq şəxslərinin sözlərinə aldanmısan. Onlar demişlər ki, sən Fatimeyi-Zəhranın (ə) övladlarından olduğuna görə, cəhənnəm atəşi sənə haramdır (səni yandırmaz). Allaha and olsun, bu İmam Həsən (ə), İmam Hüseyn (ə) və Fatimənin (s) digər övladları haqqındadır.
  Ey Zeyd! Əgər qiyamət günü sən və atamız Musa ibn Cəfəri (ə) gətirsələr və sən günahkar olduğun halda cənnətə daxil olsan və Allaha itaət edən, gündüzlər oruc tutub gecələr ibadət edən atamız Musa ibn Cəfəri (ə) də cənnətə daxil etsələr, belə çıxır ki, sən Allahın nəzərində Musa ibn Cəfərdən (ə) daha dəyərli və sevimlisən. Ona görə ki, sən cənnətə heç bir zəhmət çəkmədən daxil olmusan. Ey Zeyd! Təqvalı ol. Kim təqvalı olmasa, bizdən deyil. Cəddimiz İmam Səccad (ə) belə buyurub: “Əhli-beytdən (ə) kim yaxşı bir iş görsə, onun mükafatı iki bərabər olar. Kim də pis bir iş görsə, onun cəza və əzabı da iki bərabər olar.”
Zeyd dedi: “Amma mən sənin qardaşın və sənin atanın oğluyam.”
İmam Rza (ə) buyurdu: “Əgər Allaha itaət etsən, biz Əhli-beytdənsən, əgər günah etsən, Əhli-beytdən xaric olacaqsan.” Həzrət sonra belə buyurdu: “Sən Allaha itaət etdiyin müddətdə mənim qardaşımsan. Amma Allaha qarşı günah etdiyin zaman, artıq səninlə qardaş deyiləm. Bəyəm, Quranda həzrət Nuhun (ə) Allaha belə dediyini oxumamısan: “İlahi! Oğlum mənim ailəmdəndir...”
Amma Allah-taala buyurur:


یا نوح انه لیس من اهلک انه عمل غیر صالح

“Ey Nuh! O, sənin ailəndən deyil, çünki o, qeyri-saleh əməldir (ləyaqəti olmayan bir adamdır)...”” (1)
Allah-taala onun pis əməli və günahına görə, onu Nuhun (ə) ailəsindən xaric etdi. Ey Zeyd! Sən də əgər Allaha itaət etsən, biz Əhli-beytdənsən, əgər günah etsən, Əhli-beytdən xaric olarsan. (2)

 

İstifadə olunmuş ədəbiyyat

1. “Hud” surəsi, ayə 45-46..
2. “Uyuni əxbarir-Rza (ə) ”, c. 2, səh. 234.

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə