Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Bilirsinizmi Həzrət Adəmin (ələyhi-səlam) səhvinin kəffarəsini biz ödəməliyik

Bilirsinizmi

Həzrət Adəmin (ələyhi-səlam) səhvinin kəffarəsini biz ödəməliyik

 İmam Hüsuyn ələyhis-salam buyurub: Yəhudilərdən biri Peyğəmbərin (səlləllahu ələyhi və alih) hüzuran çatıb soruşdu: Nə üçün Allah Taala orucu sizin ümmətə vacib etdi? Bir halda ki, başqa ümmətlərə bundan artıq vacib olmuşdu? Peyğəmbər (səlləllahu ələyhi və alih) buyurdu: Adəm ələyhis-səlam “qadağan olnmuş meyvədən” yeyən zaman onun qarnında otuz gün qaldı və buna əsasən Allah onun övladlarına otuz gün aclıq və susuzluğu (orucluğu) vacib etdi. Və yeməyi gecə yeyirlər, (bu, bir növ) təfəzzüldür. Və həzrət Adəmin (ələyhis-salam) özü üçün də otuz gün orucu vacib etdi. Beləliklə Allah bu otuz günü mənim ümmətimə də vacib qərar verdi. Sonra bu ayəni tilavət etdi:

  (1)... کما کتب علی الذین من قبلکم لعلکم تتقون أیاماً  معدودات

 Yəhudi, Peyğəmbərin (səlləllahu ələyhi və alih) sözlərini təsdiq edib əlavə etdi: bu ayın orucunun mükafatı nədir? Peyğəmbər (səlləllahu ələyhi və alih) buyurdu: Elə bir mömin yoxdur ki, bu ayı oruc tutsun, Allah ona yeddi şeyi əta etməmiş olsun:

1. Haramı onun bədənindən əridər.

2. Onu, Allah cəlli cəlalənin rəhmətinə yaxınlaşdırar.

3. Atası Adəmin günahın kəffarəsi olar.

4. Ölümün səkəratını (red: çətinliyini, dəhşətini) ona asan edər.

5. Orucluğu, qiyamət gününün aclıq və susuzluğundan amanda qalmaq üçün aman mayəsi qərar verər.

6. Atəşdən bəraəti ona əta edər.

7. Cənnət yeməklərindən ona nəsib edər. Yəhudi, (onun sözlərini təsdiqləyib) dedi: doğru dedin ey Məhəmməd

 

 

(1.) Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

www.sibtayn.com.az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə