Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Ramazan Məqalələr «And olsun Kəbənin Allahına, qurtuldum»

«And olsun Kəbənin Allahına, qurtuldum»


Əbdürrəhman ibn Mülcəm hicri qırxıncı il şəban ayının axırlarında Kufəyə gəlir. Kimsə onun məqsədindən xəbərdar deyildi. İbn-Mülcəm tanışlarından birinin evində qalıb, mübarək ramazan ayının on doqquzuncu gecəsini gözləməyə başladı...

 Əbdürrəhman ibn Mülcəm hicri qırxıncı il şəban ayının axırlarında Kufəyə gəlir. Kimsə onun məqsədindən xəbərdar deyildi. İbn-Mülcəm tanışlarından birinin evində qalıb, mübarək ramazan ayının on doqquzuncu gecəsini gözləməyə başladı. Bir gün dostlarından birinin görüşünə gedərkən orada Qutam adlı gözəl bir qadınla rastlaşdı. Bu qadının atası və qardaşı Nəhrəvan döyüşündə öldürülmüşdü. İbn-Mülcəm bu qadınla ilk görüşdə onun gözəlliyinə aldandı və eşqini elan etdi. Qutam dedi: «Mənə mehriyyə nə verəcəksən?» İbn-Mülcəm dedi: «Hər nə istəsən». Qutam dedi: «Mənim mehriyyəm üç min dirhəm pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin qanıdır». Necə də ağır bir mehriyyə! Şair bu barədə deyir:
Qutamın mehrinə tarix məəttəl-
Tələb etdi: Əli qanın götür gəl.
Bəli, İbn-Mülcəmin cinayəti tarixdə görünməmiş bir cinayət oldu. Məqsədini daim gizli saxlamış İbn-Mülcəm Qutamı yoxlamaq üçün dedi: «Nə istəsən verərəm, Əlini qətlə yetirmək necə mümkündür?» Qutam dedi: «Bəli, adi halda kimsə bu işi görə bilməz. Onu yalnız qəfildən hücum edib öldürmək mümkündür. Onu öldürüb, mənim könül dərdimə şəfa ver, həm də öz kamına çat. Əgər bu işi görərkən ölsən, axirət mükafatın dünya mükafatından da üstün olacaq». İbn-Mülcəm başa düşdü ki, Qutam da xəvaricdəndir və onun əqidə yoldaşıdır. Dedi: «And olsun Allaha, mən Kufəyə yalnız bu işi görmək üçün gəlmişəm». Qutam dedi: «Mən də bu işi görməkdə sənə yardım edərəm. Sənə yardım üçün bir neçə nəfər ayıraram». Qutam İbn-Mülcəmi öz qəbiləsindən olan xəvaric əqidəli Vərdan ibn Məcalidin yanına göndərdi. Vərdan Qutamın istəyini yerinə yetirəcəyinə söz verdi.

Yazı, Şəbistan saytından əxz olunub

Həzrət Əli (ə) şəhadət-rözə

sıra zaman həcm yüklə din
İsfəndiyari 00:08:44 4.0 MB دانلود

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Mənsuri 00:05:55 2.73 MB دانلود

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Rastiqari 00:18:42 8.56 MB دانلود

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Rastiqari 00:23:14 10.6 MB دانلود

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Zare 00:19:14 8.81 MB دانلود

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə