Şn09232017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Bilirsinizmi Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır

Bilirsinizmi

Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır

İbn Abbas deyir:
 Tanrı, Adəmi “Zülfüqar” qılıncı ilə birlikdə cənnətdən çıxardı. Adəm , o qılınc vasitəsi ilə düşmənlər, cinlər  və şeytanlarla vuruşurdu. Nəhayət Əli ələyhis-salamın əlinə çatdı. O, o qılıncla Peyğəmbərin düşmənləri ilə vuruşurdu. “Zülfüqar”- “fəqərə” sahibi mənasındadır. Deyilənə əsasən bu qılıncın arxasında əyri və düz oyuqlar (çıxıntılar) olduğu üçün belə adlanıb.
Bu qılınc, islamın əziz Peyğəmbəri (səlləllahi ələyhi və alihi vəs-səlləm) tərəfidən Uhud döyüşündə İmam Əli ələyhis-salama əta edilib.
İmam Sadiq ələyhis-salam buyurub:
  Uhud döyüşündə Peyğəmbərin səhabəsi qaçdı. Təkcə Əli və Əbu Dəccanə Peyğəmbərlə qaldılar. Hər zaman Peyğəmbərə (səlləllahi ələyhi və alihi vəs-səlləm) hücüm olanda Əli ələyis-salam onu müdafiə edir və düşmənə hücum edirdi. Nəhayət qılıncı sındı.  Peyğəmbər (səlləllahi ələyhi və alihi vəs-səlləm) də, Cəbrailin onun üçün gətirdiyi “Zülfüqar” adlı öz qılıncını Əli ələyhis-salama əta etdi. (Biharül-ənvar, c. 42, s.66)
İmam Sadiq ələyhis-salam buyurub:

“Əmirəl-möminin qılıncını zülfiqar adlandırlar. Çünki (onun üzərində) qılıncı boyunca bel fəqərələrinə bənzər, xətt var idi. Bu qılıncı Cəbrail səmalardan gətirdi. Onun tutacağı gümüşdən idi. Qılıncı yerə enən zaman nidaçı nida etdi: “La Seyfə İlla Zülfəqar, La Fəta İlla Əli “ (tərcümə: Zülfüqar kimi qılınc, Əli kimi igid yoxdur.” (“İləlüş-şərae”, c. 1, s. 160)


İmam Rza ələyhis-salam buyurub:


  “Zülfüqar”ı Cəbrail səmadan gətirdi. Onun bəzəkləri gümüşdəndir və o qılıncı indi məndədir. (Əl-Kafi, c. 1, s. 234)
İmam Məhəmməd Baqir ələyhis-salam buyurub: “Zülfüqar qılıncına o cəhətdən Zülfüqar deyirlər ki, əgər bir şəxsə vurulsa fəqr və dünyadan,ailə və övladlarından uzaq düşməsinə, axirətdə isə cənnətdən uzaq düşməsinə səbəb olacaq.  (İləlüş-şərae, c. 1, s.160)
Zülfüqar, indi İmam zamanın (əccəlləllahu fərəcəh əl şərif) əlindədir. İmamların nişanəsi odur ki, əziz Peyğəmbərin, Əmirəl-möminin Əli ələyhis-salama verdiyi Zülfüqar adlı qılıncı onların yanındadır. (“Rəsulullahın silahı və qılıncı ondadır.”) (Biharül-ənvar, c. 25,  s.117)
Zühur zamanında, Zülfüqar qılıncı İmam Zamannın (əccəlləllahu fərəcəh əl şərif) əlində olacaq. (Biharül-ənvar, c.52, s.307)