Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr "Nəhcül-bəlağə"-dən hədislər

"Nəhcül-bəlağə"-dən hədislər

14 hədis
İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar barəsində) buyurmuşdur:
Fitnə-fəsad zamanı minilməyən və  südü sağılmayan  dəvə kimi ol.
٭٭٭
İmam Əli əleyhis-salam (tamah, hərislik, çətinlik və yoxsulluğu başqalarına bildirmək və düşünmədən danışmağın məzəmmətində) buyurmuşdur:
Tamah və hərisliyi (başqalarının əlində olan şeylərə göz tikməyi) öz şüarı etmiş kəs özünü kiçildib. (Çünki tamah möhtaclığa və insanın özünü əyməsinə səbəb olur. Möhtaclıq və özünü əymək isə alçaqlıq və kiçikliyə səbəb olur.) Öz çətinlik və pərişanlığını (başqasının yanında) bildirən kəs zillət və xarlığa qol qoyub. (Çünki çətinlik və pərişanlığı aşkar etmək həqirlik və xarlıqdır.) Dilini özünə hakim edən (fikirləşib düşünmədən dilinə gələni danışan) kəs öz yanında da xar və zəlildir.
 
 
٭٭٭
İmam Əli əleyhis-salam (xəsislik, qorxaqlıq, kasıblıq, yoxsulluq və acizliyin məzəmməti və səbrlilik, zahidlik və günahlardan uzaq olmağın mədhində) buyurmuşdur:
Xəsislik ardır. (Çünki xalq xəsis adamı dünya malına bağlılığına görə məzəmmət edir.) Qorxaqlıq nöqsan və çatışmazlıqdır. (Ona görə ki, hər hansı bir məqam və dərəcəyə çatmaq şücaət və cəsurluqdan sonra mümkün ola bilər.) Kasıblıq zirək şəxsi dəlil və sübutunu bəyan etməkdə lal və dilsiz edir (necə ki, varlılıq alçaq və nadanı natiqləşdirir). Yoxsul öz şəhərində qəribdir (heç kəs onunla get-gəl etmir). Acizlik (insanı əldən salan) bəla və biçarəlikdir. Səbr şücaətdir. Zahidlik sərvətdir. (Çünki zahid, heç kəsə ehtiyacı olmayan varlı şəxs kimi dünya və onun malına möhtac deyil.) Günah¬lardan uzaqlıq (ilahi əzab müqabilində) qalxandır. (Qalxan insanı qılıncdan qoruduğu kimi pərhizkarlıq da onu dünya və axirət çətinliklərindən xilas edir.)
٭٭٭
İmam Əli əleyhis-salam (insanın ilahi təqdirə razı olması, elm, gözəl xasiyyət və təfəkkürün mədhində) buyurmuşdur:
İlahi təqdirə razı olmaq gözəl yoldaşdır. (İnsanın yoldaşı onu rifah və əmin-amanlıqda saxladığı kimi, Allahın istədiyi şeyə razı olan şəxs də rifah və əmin-amanlıqda olur.) Elm müqəddəs və əziz bir mirasdır (ki, belə bir irs çatmış hər bir kəs səadət və xoşbəxtlik açarını əldə edib). Gözəl xasiyyətlər (heç vaxt köhnəlməyən) təzə və yeni zinətlərdir. (Hər bir işdə) fikirləşmək təmiz və pak güzgüdür (güzgü kimidir ki, fikirləşən şəxs onunla işin xeyir və ziyanının görür).
٭٭٭
İmam Əli əleyhis-salam (özündənrazılığın məzəmməti, yoxsullara sədəqə vermək və bəxşiş etməyin faydaları və hər kəsin öz əməlinin savab və cəzasına çatacağı barəsində) buyurmuşdur:
Özündənrazı kimsəyə qəzəb edən çox olar. (Çünki özündən razı olan kimsə xalqı xar sayar və buna görə də hamı ona qəzəb edər.) Sədəqə xeyirli və şəfaverici dərmandır. Bəndələrin dünyadakı əməlləri axirətdə gözləri önündə olacaq.
٭٭٭
İmam Əli əleyhis-salam (insanın yaradılışının heyrətamizliyi barəsində) buyurmuşdur:
Bu insana (onun yaradılışına) heyrətlənin (onun xilqəti barəsində düşünün ki, onu yaradanın qüdrət və bacarığını dərk edəsiniz. Yaradan onu elə yaradıb) ki, piylə (göz ilə) görür, ətlə (dil ilə) danışır, sümüklə (qulaq ilə) eşidir və dəlikdən (burundan) nəfəs alır!!
٭٭٭
İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyurmuşdur:
Dünya bir dəstəyə üz tutan zaman başqalarının yaxşılıqlarını müvəqqəti olaraq onlara (nisbət) verər. Onlara arxa çevirəndə isə onların öz yaxşılıqlarını da alar. (Biri imkanlı olanda və bir məqama çatanda dünyapərəstlər onun üçün yaxşılıqlar uydurarlar. Yoxsul və imkansız olanda isə onun öz kamilliklərini də yaddan çıxararlar.)
٭٭٭
İmam Əli əleyhis-salam (xalqla mehriban davranmağın faydası barəsində) buyurmuşdur:
İnsanlarla elə qaynayıb-qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz (onlardan ayrıldığınız üçün) sizə ağlasınlar və əgər sağ qalsanız sizinlə ünsiyyətdə olmağa can atsınlar.
٭٭٭
İmam Əli əleyhis-salam (düşməni bağışlayaraq onun günahlarından keçmək barəsində) buyurmuşdur:
Düşmənini ələ keçirən zaman onu bağışlayaraq günahından keçməyi ondan üstünlük qüdrətinin (bu nemətin) şükrü et.
٭٭٭
İmam Əli əleyhis-salam (dostu olmamaq və dostu itirməyin məzəmmətində) buyurmuşdur:
İnsanların ən acizi dost tapmaqda aciz olan kəsdir. Ondan da acizi isə qazandığı dostlardan birini itirən kəsdir. (Çünki dost tapmaq onu qoruyub saxlamaqdan daha asandır.)
٭٭٭
İmam Əli əleyhis-salam onunla birlikdə (düşmənə qarşı) vuruşmaqdan kənara çəkilmiş şəxslər barəsində buyurmuşdur:
Haqq ilə (İmam əleyhis-salamla) yoldaşlıq etmədilər və batilə (Müaviyəyə) kömək göstərmədilər.
٭٭٭
İmam Əli əleyhis-salam (Allahın nemətlərinə şükr etməyə həvəs¬ləndirərək) buyurmuşdur:
Nemətlərin nümunələri sizə çatanda şükrün azlığı ilə onun qalan hissəsini uzaqlaşdırmayın.
٭٭٭
İmam Əli əleyhis-salam (Allahın köməksizlərə yardım etməsi barəsində) buyurmuşdur:
(Qardaş, əmi, dayı kimi) çox yaxın qohumların tərk etdikləri şəxsə (onun köməyinə) çox uzaq olan yad çatar. (Allah adamlar göndərər ki, onu tək qoymasınlar.)

Hədislərin tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə