Çr.ax11212017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Bu gün (8 şəvval) müqəddəs Cənnətul-Bəqi məzarlığının dağıdıldığı gündür.

Şiə məqalələri

Bu gün (8 şəvval) müqəddəs Cənnətul-Bəqi məzarlığının dağıdıldığı gündür.

  Hicri təqvimi ilə 1344-cü il, şəvval ayının səkkizinci günü Bəqi qəbristanlığında olan 4 Əhli-Beyt İmamının və şəhidlər ağası həzrət Həmzənin (ə) məzarının və qəbrüstü məqbərələrinin azğın vəhabilərin əli ilə dağıdıldı. مستدرك سفينة البحار - الشيخ علي النمازي الشاهرودي - ج ٦ - الصفحة ٦٦ – "Müstədrəku Səfinətil-bihar”, c.6, s.66

 Onlar İmamların (ə) pak məzarlarından əlavə digər məzarları da dağıtdılar ki, onlar aşağıdakılardan ibarətdir: Həzrət Fatiməyə (ə.s) aid məzar, Fatimə binti Əsəd, həzrət Ümmül-Bənin (ə.s), Peyəmbərin (s) oğlu İbrahim, həzrət İmam Sadiqin (ə) övladı İsmail, Peyğəmbərin (s) qızları, Peyğəmbərin (s) zamanın da şəhid olmuş şəhidlərin və sair səhabələrin məzarlarını partladaraq viran edib yerlə bir etdilər. Vəhabilər, hicri təqvimi ilə 1343-cü il, Məkkədə həzrət Əbdül-müttəlibin, Əbi Talibin, Xədicənin və Peyğəmbərin doğulduğu məkanı dağıtdlılar. Mədinədə nurlu Nəbəvi günbəzini topla vurdular. Amma müsəlmanların qorxusundan şərif məzarı dağıtmadılar. Hicri təqvimi ilə 1343-cü il, İmamların pak məzarlarını dağıtmaqla yanaşı o məzarların nəfis və qiymətli əşyalarını da yağmaladılar. Peyğəmbərin (s) ata-anası ; Abdullah və Aminənin məzarlarını dağıdıb, Həmzənin və Ühüd şəhidlərinin məzarlarını da, yerlə yeksan etdilər. O il, Kərablaya da hücum edərək müqəddəs zərihi sökdülər. Pak hərəmdə, o zamankı şahların gözündə çox dəyərli sayılan nəfis və qiymətli əşyaları qarət edib camaat arasından yeddi minədək alim, hikmət sahiblərini və seyyidləri öldürdülər. Sonra Nəcəfə getdilər. Amma orada qarət etməyə nail olmayıb uduzub qayıtdılar.

كشف الارتياب في أتباع محمد بن عبد الوهاب - السيد محسن الأمين - الصفحة ٧٧ – "Kəşful-irtiyab”, s. 77

 Qeyd edək ki, Bəqi qəbiristanlığında imamların məqbərələrinin radikal sələfilər tərəfindən dağıdılması tarixdə iki dəfə - miladi tarixi ilə 1800 və 1923-cü illərdə baş verib. Hazırda bu qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan edilib.