Çr.ax06252019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Həsən Əskəri (ə) həyatı İmam Həsən Əskəri (ə)-nin təvəllüdü

İmam Həsən Əskəri (ə)-nin təvəllüdü

13-cü Məsum, İmam HƏSƏN  ƏSKƏRİ (ələyhis-salam)
Ləqəbləri: Əsgəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi.
Künyəsi: Əbu Muhəmməd.
Atası: İmam Hadi (əleyhissalam).
Anası: Hədisə (Süsən, Hərbiyyə). O ilahi ariflərdəndi.
Doğulduğu gün: 10 Rəbiüs-sani.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 232-ci hicri ili.
Şəhid olduğu gün: 8 Rəbiül-əvvəl, cümə günü.

Şəhid olduğu il: 260-cı hicri ili.
Ömrü: 28 il.
Şəhadət səbəbi: Əbbasi xəlifələrindən olan Mötəmid onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Samirra.
Övladlarının sayı: O Həzrətin yeganə övladı Həzrət Məhdidir (əleyhissalam).
Üzüyünün yazısı: “İnnəllahə şəhidun” (Allah hər bir işə nəzarət edəndir).
İmam Həsən Əsgərinin(ə) möcüzələrindən
Əli ibni Asim deyir:İmam Həsən Əsgərinin(ə) yanına gəl! Onun yanına getdim. O mənə buyurdu: Ey Əli ibni Asim aşağıya bax! Sən durduğun yerdə çoxlu peyğəmbər və imamlar oturublar.
Öz-özümə dedim: Ey kaş bu səhnəni görərdim.
İmam Mənim fikrimi başa düşüb dedi: Mənim yanıma gəl! Onun yanına yaxınlaşdım. Əlini üzümə çəkdi. Bəsirət gözlərim açıldı. Elə bu zaman bir neçə qədəm və sifətlər gördüm. İmam buyurdu: Bu Adəm peyğəmbərin qədəmi və oturduğu yerdir. Bundan sonra aşağıdakı qeyd etdiyim adları çəkib, surətlərini mənə göstərdi: Habil(ə), Şeys, Nuh(ə), Qeydar, Məhlail, Yarə, İdris(ə), Sam, Ərfəxşəd, Hud(ə), Saleh(ə), Loğman, İshaq(ə), Yəqub(ə), Yusif(ə), Şüeyb(ə), Musa(ə), Yuşe ibni Nun(ə), Talut, Davud(ə), Süleyman(ə), Xızır, Danyal(ə), Kilab, Qüsəyy, Ədnan, Əbdümənaf, Əbdülmütəllib və Abdullah. Bu isə bizim Peyğəmbərimiz Mühəmmədin(s) surətidir. Bu isə Əlinin(ə) və bunlarda ondan sonra olan İmam Məhdiyə kimi İmamların surətləridir. Sonra buyurdu: Allah dininin bu əsərlərinə yaxşı bax. Bunlar da şəkk edib onları inkar edən Allahın vücudunda şəkk edib, onu inkar edir. Sonra buyurdu: Ey Əli ibni Asim! Gözlərini yum! Gözlərimi yumdum və bir daha o səhnəni görmədim.
Administrator
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə